Məhkəmə qərarları › İş №2(039)-2648/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2648/2025

08.12.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2648/2025 08.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1787.93 ABŞ dolları əsas borc, 317.55 ABŞ dolları faiz borcu, 30.58 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2136.06 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən baxılmamış saxlama haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının 3.3-cü bəndinə əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. İddiaçı "xxxx" ASC xx.xx.2016-ci il tarixdə cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(039)-4632/20216 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu3 xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(039)-4632/20216 nömrəli məhkəmə əmri ləğv edilərək iş iddia icraatına keçirilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 20 manat dövlət rüsumu xx.xx.2016-ci il tarixdə ödənilmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən və “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının 3.3-cü bəndinə əsasən bu qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlansa belə, ödənilmiş dövlət rüsumu qaytarılmamalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı pul tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron üzərindən )Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar