Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2850/2023 06.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı aliment tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, xx.xx.2022-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi cavabdehdən onun xeyrinə hər ay 100 manat alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X8 ilə ailəli olmuşdur. Onların birgə evliliyindən xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X9 adlı iki uşaqları anadan olmuşdur. Hazırda cavabdeh ilə faktiki olaraq ayrılmış və uşaqların hər ikisi onun himayəsindədir. Cavabdeh hazırda uşaqların saxlanılmasında iştirak etmədiyinə, onların maddi tələbatını təmin etmədiyinə, uşaqların qayğısına qalmamaqla öz valideyinlik borcunu yerinə yetirməkdən yayındığına görə uşaqların saxlanılmasında iştirak etməsini tələb edir. Cavabdeh özü diş texnikidir. Hazırda isə kənd təsərrüfatı ilə məşğuldur (malqara, əkinçilik). Aylıq gəliri kifayət qədər yüksəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək uşaqların saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat alimentin tutulmasına razı olduğunu bildirmiş, əlavə olaraq xx.xx.2022-ci il təvəllüdlü Rəhmli Azərin adlı uşağın 3 yaşına kimi saxlanılması üçün hər ay 70 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir(müvafiq ərizə təqdim edir). Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh X8 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Eyni zamanda cavabdeh X8 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı aliment tələbinə dair iddia tələbində 10 iyun 2020-ci il təvəllüdlü X3 və 11 mart 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin, 11 mart 2022-ci il təvəllüdlü X4 3 yaşına çatana kimi hər ay 100 manat alimetnin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmin iddiaya aşağıdakı göstərilənlərə görə etiraz edir. Bildirir ki, İddiaçı ərizədə göstərdiyi tələblərin heç bir sübutu, izahı yoxdur və həqiqətə uyğun deyildir. Belə ki, o, uşaqlarının saxlanması və böyüməsində yaxından iştirak etmiş, onların maddi tələbatının ödənilməsinə çalışmışdır. Validevnlik borcunu yetərincə yerinə yetirmişdir. Ailələri atası, anası və onlardan ibarətdir. Atası, anası həmişə nəvələrinin qayğısına qalmışdır. İddiaçı heç bir səbəb olmadan evdən gedib məhkəməyə alimentlə müraciət etməsi təəccüb doğurur. Bu onun ailəsi tərəfindən düşünülmüş bir işdir. İddiaçı iddia ərizəsində göstərir ki, onların imkanları böyükdür. Lakin bu həqiqətə uyğun deyildir. O, ixitsasca diş texnikidir. Ancaq həmin sahədə iş tapa bilmədiyi üçün sürüciilüklə ailəsini dolandırırdı. Onların həyətyanı torpaq sahəsindən başqa heç bir torpaq sahəsi yoxdur. Cəmi bir baş inəyi var. Atası İ qrup gözdən əlildir, sonuncuya baxılması bir oğul kimi ona həvalə edilibdir. Anası yaşlı qadındır. Müəllimədir. Artıq pensiya yaşına çatıbdır. Atası ailənin dolanması üçün xəstə halda olmasına baxmayaraq Beynəlxalq Bankdan kredit götürüb, hər ay 252 manat pul ödəyir. Bunu nəvələri üçün etmişdir. O, bir ata kimi övladlarını saxlamağa borcludur. Lakin iddiaçının həmin məbləğdə alimentin tələb etməsi onların ailəsi üçün çox çətindir. Ailəsinin gəliri həmin məbləği ödəyə bilmədiyini və atası eyni zamanda ürəyindən əməliyyat olubdur. Onun dərmanlarının almaq üçün onların çox çətinlik yaradır. Alimentin tələb elə olmalıdır ki, onlar da bu həyətdə yaşaya bilsin. İddiaçı ona qarşı aliment tələbi qismən təmin edilməsini bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZ-İV seriyalı 475167 №li və AZ-İV seriyalı 728702 №li doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından olan xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 atası X8 anası İddiaçıdır. AZ-İ N 352691 saylı və AZ-İ N 418352 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrinin surətindən görünür ki, müvafiq olaraq xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 atası X8 anası İddiaçıdır. xx.xx.2023-cü il tarixli, MŞY/MT034/2023-00295 saylı arayışdan məlum olur ki, İddiaçı aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********592400 nömrəli uçota dair arayışdan görünür ki, X1 və ya digər vergi tutulan əməliyyatları xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyərini dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçının cavabdehdən azyaşlı Azərin yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına kimi saxlanılması üçün 100 manat alimentin tutulmasını xahiş etmişdir. Hazırkı halda xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi qismən-hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması hissəsində təmin olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Tərəflərin birgə nikahdan olan uşağının 3 yaşına çatanadək iddiaçının özünün saxlanılması üçün cavabdehdən aliment tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, tələbin qanuni əsasını Ailə Məcəlləsinin 85-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.(maddə 85.1.1). Məhkəmə cavabdehin maddi imkanlarını, habelə işin digər hallarını əsas tutaraq qeyd edir ki, bu tələb ilə bağlı iddia 70 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən aliment də həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq cavabdeh X2 hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X9 3 (üç) yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 70 (yetmiş) manat məbləğində aliment alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi - 30 (otuz) manat cavabdeh X2 dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2850/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2850/2023
06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver