Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-287/2021 19.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızının, Cavabdeh iştirakları ilə, iddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızının Cavabdeh qarşı nikah pozulduqdan sonra zəruri vəsaitə malik ərdən iddiaçının mənafeyi naminə aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında olan rəsmi nikahın pozulmasına nəzərə alaraq, özünün mənafeyinə naminə, yəni cavabdehlə birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək cavabdehdən 100 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun sabiq həyat yoldaşıdır. Onların arasında olan rəsmi nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Cavabdehlə onun birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları vardır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan rəsmi nikah pozulmuş və həmin qətnaməyə əsasən azyaşlı övladı Zeydin onun yanında saxlanılması və uşağın saxlanılması üçün 140 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Övladı hələ 8 aylıqdır. Onun iş qüvvəsi yoxdur. Yalnız körpə övladının qayğısına qalır. Məhkəmə iclasında iştirak edən iddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, hazırda heç bir yerdə işləmir, iddiaçının xeyrinə aliment ödəməsi üçün maddi imkanı yoxdur. İmkanı olduqca uşağına aliment ödəməyə çalışır. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-İV seriyalı 456301 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü Zeyd adlı uşaqları var. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 359861 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah qeydi xx.xx.2020-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1764/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan övladları- xx.xx.2020-ci il təvəllüdlü X2 anasının yanında qalması, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən nikah pozulduqdan sonra keçmiş arvad ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində zəruri vəsaitə malik olan keçmiş ərdən aliment tələb etmək hüququna malikdir. Qeyd olunan normanın tələbinə görə keçmiş arvad öz manafeyi üçün zəruri vəsaitə malik olan ərdən aliment tələb edə bilər. Lakin iddiaçı məkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Mülki işin materialları əsasında da cavabdehin belə vəsaitə malik olduğu müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İsmayılova (Məmmədova) Nəzrin Tahir qızının Cavabdeh qarşı nikah pozulduqdan sonra zəruri vəsaitə malik ərdən iddiaçının mənafeyi naminə aliment tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-287/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-287/2021
19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver