Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2962/2025 16.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı və onun vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0.70 % mislində sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh onun həyat yoldaşıdır. Özü işləmir, uşaqların saxlanmasında anası (iddiaçının) kömək edir. Uşağı nitq qüsurludur, bu səbəbdən çox xərc tələb olunur. Hər ay hər uşağa 200-300 manat vəsait xərclənir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında könüllü olaraq ona kömək etmir. İddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə birgə nikahlarında Mirağa və Melisa adlı iki uşaqları doğulmuşdur. İddiaçı ilə beş aydır ki, ayrılmışlar və ayrı yaşayırlar. Əslində ailəni bərpa etmək niyyətindədir və ailəsinin dağılmasını istəmir. Uşaqlarının onun yanında olmasını istəyir. Özü rəngsaz işləmişdir. Əvvəllər işləyəndə 800 manat civarında qazancı olmuşdur. Lakin səhhəti ilə əlaqədar hazırda işləyə bilmir. Belə ki, 3-cü dərəcəli əlildir və ağır işlərdə işləməyə sağlamlığı imkan vermir. Hazırda işsizdir. Əlilliyə görə 2018-ci ildən 180 manat təqaüd alır. Əlavə heç bir gəliri yoxdur. Hər ay hər uşaq üçün 125 manat olmaqla, hər ay cəmi 250 manat aliment ödəməyə razıdır. İddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Salyan regional ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 yanvar 2024-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14 noyabr 2022-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarndan 31 yanvar 2024-cü il təvəllüdlü Melisa və 14 noyabr 2022-ci il təvəllüdlü Mirağa adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər faktiki olaraq ayrılmışlar və birgə nikahlarından doğulmuş uşaqları iddiaçının yanında qalmışlar. İddiaçı uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh uşaqların saxlanmasında mütəmadi olaraq ona (iddiaçıya) maddi cəhətdən köməklik etmir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh birgə nikahlarından doğulmuş 31 yanvar 2024-cü il təvəllüdlü Melisa və 14 noyabr 2022-ci il təvəllüdlü Mirağa adlı uşaqların saxlanılması üçün hər ay hər uşağ görə 125 manat olmaqla, cəmi 250 manat aliment ödəməyə razıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, iddiaçının işləmədiyini, uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkdiyini, cavabdehin köməyinə ehtiyacının olduğunu nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay hər uşağg görə minimum əmək haqqının 0,475 misli həddində sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 21 noyabr 2025-ci ildən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 21 noyabr 2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 14 noyabr 2019-cu il təvəllüdlü X4 və 31 yanvar 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 65.60 (altmış beş manat altmış qəpik) manat dövlət rusumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2962/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2962/2025
16.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver