Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-3014/2025 26.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Baxşəliyeva Ülkər Asif qızının katibliyi, İddiaçı və iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ər-arvadın əmək fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlərin bölünməsi» tələbi barədə iddiasına dair mülki işə işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ər-arvadın əmək fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlərin bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onunla ər-arvad münasibəti dövründə əmək fəaliyyəti nəticəsində əldə edilmiş gəliri olaraq Cavabdeh 6400 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəmənin suallarına cavab olaraq cavadeh tərəfindən verilmiş vəsatətin təmin edilməməsini, hazırki iş üzrə cavabdehlə aralarında olan başqa mülki mübahisə üzrə hakim Aybəniz Babayeva tərəfindən onun əleyhinə qərar çıxarıldığını, bu səbəbdən hazırki işin digər hakim Aybəniz Babayevanın icraatında olan Cavabdeh ona qarşı olan pul tələbinə dair işə birləşdirilməsinə razı olmadığını bildirmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının vəkili X3 iddiaçı ilə eyni məzmunlu izahat vermiş, vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, Cavabdeh vəsatət ünvanlayaraq hazırki işin Yevlax Rayon məhkəməsinin hakimi xanım Aybəniz Babayevanın icraatında olan 2(039)- 2934/2025 saylı mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ər-arvadın əmək fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlərin bölünməsi” tələbinə dair hazırki mülki işin Yevlax Rayon Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair 2(039)-2934/2025 mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmələri məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-ci maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 43.1 və 43.2-ci maddəsinə görə isə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “ər-arvadın əmək fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlərin bölünməsi” tələbinə dair hazırki mülki iş Yevlax Rayon Məhkəməsinin icraatında olan Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair 2(039)-2934/2025 saylı mülki işlə birlikdə bir icraatda baxılması üçün həmin mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-3014/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-3014/2025
26.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver