Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-3169/2023 01.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş müvafiq sənədlərdə iddiaçının Yevlax rayonu Ərəbbəsrə kəndində yaşaması qeyd olunsa da, “Elektron Məhkəmə İnformasiya” sistemindən əldə olunmuş məlumatda iddiaçı X1 (FİN xxxxxxx, şəxs.vəsq AA 5076675, xx.xx.1987-ci il təvəllüdlü) Göyçay rayonu, Qarabaqqal kəndində qeydiyyatda olduğu göstərilmiş, həmçinin Cavabdeh (FİN 003C5BU, şəxs.vəsq AZE 17782293, xx.xx.1964ceü il təvəllüdlü) Göyçay rayonu, Qarabaqqal kəndində qeydiyyatda olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçının hazırkı tələbi ilə bağlı Yevlax Rayon Məhkəməsinə müraciət etməsi qanunda nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının şəxsiyyət vəsiqəsində adı Birliyant olsa da iddia ərizəsində sonuncunun adı Brilyant, müvafiq mediasiya arayışında isə Brillyant kimi qeyd olunmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-3169/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-3169/2023
01.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver