Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-325/2021 09.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsinə verilməsi tələbinə” dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2011-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh ilə 2010-cu il tarixdə ailə quraraq nikahlarını xx.xx.2011-ci il tarixdə Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Milabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsimləşdirmişlər. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Quliyeva Duyğu Elgün qızı və xx.xx.2014-cü il Quliyev Ömər Elgün oğlu adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan Beylaqan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqları analarının himayəsinə verilmişdir. Hazırda qızı Duyğu onun, oğlu Ömər isə cavabdehin himayəsində yaşayır. Duğunun təlim tərbiyyəsi ilə bir valideyn olaraq o məşğul olmaq istəyir. Onun bu fikri ilə cavabdeh də razıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, Duyğunun hazırda atasının himayəsində olduğunu və atasının himayəsinə verilməsinə etirazı olmadığını əsas gətirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında fikri öyrənilmiş X3, uzun müddətdir atasının yanında yaşadığını və atası ilə qalmaq istədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZ-İİ seriyalı 715184 nömrəli doğum haqqında arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü xx.xx.2011-ci il təvəllüdlü X2 atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Beylaqan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından olan uşaqlarıxx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il Quliyev Ömər Elgün oğlu anası Cavabdeh himayəsində saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respubilikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 60.4-cü maddəsində qeyd olunmuşdur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, uşağın atası ilə birgə yaşamasını istisna edən hallar mövcud deyildir. Atası uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq və bunlara görə məsuliyyət daşımaq iqtidarındadır. Məhkəmə iclasında iştirak edən cavabdeh də buna etiraz etməmiş və uşağın atasının himayəsində qalmasına razılıq vermişdir. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən xx.xx.2011-ci il təvəllüdlü X3 atası ilə birlikdə yaşamaq istədiyini bildirmişdir. Qeyd olunan hallarını nəzərə alıb məhkəmə hesab edir ki, idda tələbi qanuni və əsaslı olduğundan təmin olunmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddiа təmin еdilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 atası İddiaçı himayəsinə verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-325/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-325/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver