Məhkəmə qərarları › İş №2(039)-364/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-364/2023

28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-364/2023 28.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh İsmayılova (Əliyeva) Gövhər İlqar qızına qarşı qızıl tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Gövhər Əliyevaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 960 manat dəyərində olan 583 əyyarlı, Rusiya istehsallı, 4 ədəd brilyant qaşlarla bəzədilmiş, 12 qram qızıl çəkisi olan, 1 ədəd dörd künc formalı kişi üzüyünün və yaxud onun dəyərinin, o cümlədən 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2021-cı il tarixində nikaha daxil olmuş, bu nikahdan uşaqları olmamışdır. Bir ailə olaraq bir yerdə mehriban olaraq yaşamışlar. Cavabdehin atası İlqar adlı şəxs tərəfindən ailəsinə müdaxilə edilmişdir. Sonra isə nikahda olduğu ərəfədə qayınatası həyat yoldaşını aparmış, bu günə kimi də həyat yoldaşı qaytarılmamış, əksinə nikahın pozulması istiqamətində hərəkətlər edilmiş, 2022-ci il tarixində nikah qeydi pozulmuşdur. Buna rəğmən boşanmamağı ortaya qoyaraq bu günə kimi mücadilə edir. Hazırkı iddianın əsası odur ki, aralarında olan ailə münasibətləri hazırda cavabdehin atası tərəfindən pozulmuşdur. Hazırda bu iddia ərizəsi ilə müraciət edərək cavabdehdən onda olan atası tərəfindən şəxsi məsrəflərinə satıb sərf olunan zınət əşyasının ondan alınmasını istəyir. Çünki həmin zinət əşyasını cavabdeh özü ilə aparmışdır. İddia olunan zinət əşyası kişi qızıl üzüyüdür. Kvadrat formasında olmaqla 4 ədəd böyük brilyant qaşlarla bəzədilmişdir. Rusiya istehsallı olmaqla 583 əyyarlıdır. Qızıl çəkısi 12 qramdır. Real bazar dəyəri xx.xx.2022-ci il tarixində 960 manat dəyərləndirilən qızıl üzüyü özü ilə aparıb. Birlikdə evdən çıxmışlar. Sürücü ilə cavabdehi evlərinə aparmış. Evdən çıxan zaman qiymətli əşyalar cavabdehdə olub. Hətta avtomobildə gedən zaman tərəfindən zinət əşyasını özü ilə götürüb-götürməməsini maşında soruşan zaman cavabdeh çantada götürdüyünü qızıl əşyasını rahat olun deyə götürmüşdür. Cavabdeh evlərinə gedəndən sonra atası tərəfindən təsir edilərək evə qayıtmamış, zinət əşyası isə onun atası İlqar tərəfindən satılaraq şəxsi məsrəflərinə xərclənmişdir. O, qayınatası İlqardan ona məxsus qızılı qaytarmağını istəsə də, İlqar boşanma bitən zaman bu qızılı qaytaracağını bildirmişdir. Ancaq şəxs nə qızılı qaytarır, nədə ki, onun dəyərini ödəmir. Tərəflərin izahatları: İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçıla 08 fevral 2021-ci il tarixdə nikaha daxil olmuşdur. Nikahda olduqları müddətdə İddiaçı hər hansı üzüyün olduğunu görməmiş, ona qardaşı tərəfindən hər hansı üzüyün hədiyyə verilməsindən məlumatlı olmamışdır. 2022-ci ilin sonlarında münasibətləri pozulmuş və o, məcburiyyət qarşısında İddiaçıla birgə yaşadığı evi tərk edərək taksi ilə atasına məxsus evə getmişdir. Evə gedərkən İddiaçı məxsus hər hansı əşya götürməmişdir. Atasının evinə gəldiyini atası bilməmiş, gələn günü onu görməmişdir, buna görə də onun üzərində hər hansı qızıl əşyanın olub olmadığını atası bilə bilməzdi. Atasının qızıla dair İddiaçı qohumları, qonşusu ilə bağlı danışıqlar barədə məlumatı olmamışdır. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: X1 bildirmişdir ki, Arzumanla qonşudur. Arzumanın Gövhərlə nikah dövründə çox sayda mübahisələri olmuş və bir qonşu, həmkəndli kimi onların barışması üçün cəhdlər etmişdir. Sonuncu dəfə Gövhər atasının evinə gedəndən sonra da onları barışdırmaq istəmiş və bu məqsədlə Gövhərin atası İlqarın evinə getmişdir. İlqara müraciət edərək Arzumanla Gövhəri barışdırmaq və Gövhəri də götürüb Arzuman evinə aparmaq istədiyini bildirmişdir. Buna cavab olaraq İlqar qəti etiraz etməmiş, lakin bildirmişdir ki, qıza görə qurban kəsdirməlidir, bu məqsədlə də ziyarətgaha getməlidirlər. Lakin, sonradan Gövhər barışmaqdan və Arzumanın evinə qayıtmaqdan imtina etmişdir. İlqar ondan xahiş etmişdir ki, qızın cehiz əşyalarını Arzumangil qaytarsın. Bununla əlaqədar Arzumana müraciət etmiş və Arzuman buna etiraz etməmiş, lakin, xahiş etmişdir ki, Gövhərdə olan kişi üzüyünü qaytarsınlar. Telefonla İlqara zəng edərək bunu ona dedikdə İlqar bildirmişdir ki, razıdır, cehiz əşyaları gətirən adama üzüyü verəcəkdir. Lakin, cehiz əşyaları yollasalar da üzüyü qaytarmamışlar. X4 bildirmişdir ki, Gövhər onun qızıdır. Gövhər Arzumanla nikaha daxil olduqdan sonra aralarında mütəmadi mübahisələr olmuşdur. Sonuncu dəfə aralarında mübahisə olmuş və Arzuman Gövhəri döydüyü üçün Gövhər çıxıb onun evinə gəlmişdir. Gövhər evə gələndə onun barmağında üzük olduğunu görmüşdür. Arzumanın qonşusu olan Xəyyamı yaxşı tanıyır, ara sıra qızının mübahisələri ilə bağlı telefon danışıqları olmuşdur. Sonuncu dəfə Xəyyam gələrək qızı Gövhəri Arzumanın evinə aparmaq istədiyini bildirmişdir. Lakin, Gövhər imtina etmişdir. Buna görə də Xəyyama demişdir ki, qızının cehizlərini qaytarsınlar. Sonradan Xəyyam ona zəng edərək bildirmişdir ki, Gövhərin cehiz əşyalarını göndərəcəkdir. Danışıq zamanı Xəyyam bildirmişdir ki, Arzuman xahiş edir ki, Gövhərdə olan qızılları qaytarsın. Belə anlamışdır ki, Gövhərə aid qızılları Arzuman istəyir, çünki Gövhər evə gələn zaman barmağında üzüyün olduğunu görmüşdür. Bu səbəbdən Xəyyama demişdir ki, cehiz gətirən şəxsə qızılları qaytaracaqdır. Lakin, sonradan ona məlum olmuşdur ki, Arzuman özünə məxsus kişi üzüyünü istəyir. Həmin üzük Gövhərdə olmadığı üçün onu qaytarmamışlar. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş rəydə qeyd olunur ki, qızıl üzük (kişi üçün, üstü kvadrat formasında, 4 ədəd brilyant qaşlarla bəzədilmiş) 1 ədəd Rusiya istehsalı 583 əyarlı, 12 qram çəkisi real bazar dəyəri 960 manat təşkil edir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(075)-906/2022 saylı qətnamənin surətindən görünür ki, Əliyeva (İsmayılova) Gövhər İlqar qızı ilə İddiaçı Mövlüd oğlunın arasında 08 fevral 2021-ci il tarixdə Şəki Regional “ASAN Xidmət” X2 bağlanmış 32 nömrəli nikah pozulmuş Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 34.1. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəlləsi: Maddə 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyalara) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə İddiaçı məxsus kişi üzüyü mövcud olmuşdur. İddiaçıla Cavabdeh arasında olan münasibətlər pozulduğundan iş üzrə tərəflər faktiki olaraq ayrılmışlar. Bu zaman cavabdeh iddiaçıya məxsus üzüyü də özü ilə aparmışdır. İddiaçı həmin üzüyün qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Bu hallar iş üzrə şahidlərin ifadələri ilə təsdiqini tapmışdır. Belə ki, Cavabdeh atası İlqar Əliyev şahid Xəyyam Daşdəmirovla telefon danışığı zamanı sonuncuya qızılı qaytaracağına dair vəd verdiyini təsdiq etmişdir. X5 evə qayıdarkən barmağında üzük gördüyünü, buna görə də qızına məxsus qızılı qaytaracağını nəzərdə tutduğunu bildirsə də, cavabdehin izahatı ilə təsdiq olunur ki, evə qayıtdıqda atası onu görməmişdir. Bundan başqa Gövhər Əliyevaya məxsus qızılın hansı əsasla İddiaçı qaytarılmalı olması da onun tərəfindən izah edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 583 əyyarlı, Rusiya istehsallı, 4 ədəd brilyant qaşlarla bəzədilmiş, 12 qram qızıl çəkisi olan, 1 ədəd dördkünc formalı kişi üzüyü, olmadığı təqdirdə onun dəyəri 960 (doqquz yüz altmış) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Toğrul Əliyev: Hakim: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar