Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-392/2020 12.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun Cavabdeh Yevlax rayon Təhsil Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Yevlax rayon Təhsil Şöbəsinə və Yevlax şəhəri Maliyyə İdarəsinə qarşı «ödənilməmiş əmək haqqının qaytarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Yevlax rayon Təhsil Şöbəsinə və Yevlax şəhəri Maliyyə İdarəsinə qarşı «ödənilməmiş əmək haqqının qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Maliyyə İdarəsi tərəfindən N94cü il aprel ayından hesablanmaqla oktyabr N96-cı il tarixədək adına hesablanaraq mənimsənilmiş, əmək haqqının ödənilməyən hər ayı sonuncu əmək haqqına münasibətdə hesablanmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o xx xxxxxxxx N86-cı il tarixindən hal-hazıradək Yevlax şəhəri 7 saylı orta məktəbində riyaziyyat və şaxmat fənləri üzrə müəllim işləyir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə o 7 saylı orta məktəbdə işlədiyi bir ərəfədə vətənin ağır günləri ilə əlaqədar döyüş bölgəsinə çağırılmışdır. Ona Yevlax rayon Hərbi Komissarlığından çağırış gələrək, orduya səfərbər olunmağı rəsmi qaydada bildirilmişdir. O da bütün bunların çərçivəsində səfərbər olaraq orduya getmək üçün 7 saylı orta məktəbə gəlmiş və vidalaşaraq döyüş bölgəsinə getmişdir. Hərbi Komissarlıqdan ona verilmiş çağırışda bildirilirmişdir ki, onun işi və əmək haqqısı saxlanılmaqla o müvəqqəti olaraq orduya çağrılır. Bu baxımdan da aprel N94- N95-N96-cı illin noyabr ayında iş yeri və əmək haqqısı saxlanılmaqla döyüş bölgəsində olmuşdur. Məktəb tərəfindən qeyd olunan əmək haqqı heç bir halda ona ödənilməmişdir. Halbuki, onun iş yeri və əmək haqqı saxlanılmaqla o orduya getmişdir. Bundan sonra ona məlum olmuşdur ki, ona məxsus olan əmək haqqı hesablanmış, ancaq həmin pul heç bir halda ona ödənilməmişdir. Yerinə imza atılmaqla pulunu götürmüşdürlər. O aprel 20N-cu il tarixində bu barədə xəbərdar olan zaman, Cavabdeh1nə müraciət edərək onun N94-N95 və N96-cı illərə aid əmək haqqısına dair arayışı onlardan istəmişdir. Həmin idarə 99 saylı xx xxxxxxxx 20N-cu il tarixli məktubla ona cavab verərək, N94-cü ilin 9 ay ərzində adına yazılmış əmək haqqını, N95-ci ildə 4 ay ərizində adına yazılmış əmək haqqını, N96-cı ildə oktyabr-noyabr aylarında ümumi 2 ay ərzində 10 ayın hesablanmış əmək haqqının cədvəlini ona təqdim etmişlər. Üst-üstə onun adına yazılmış əmək haqqı qeyd etdiyi dövr ərizində adına yazılsa da bu məbləğ ona ödənilməmişdir. Tam məsuliyyəti ilə deyir ki, bu məbləğ onun adına yazılmaqla başqa bir şəxs tərəfindən imzalanaraq götürülmüşdür. O bu barədə Baş Prokurorluğa rəsmi müraciət etmiş, həmin orqan bu məsələnin araşdırmaq üçün Əmək Müfəttişliyinə şikayətin araşdırılmasını göndərmiş, Əmək Müfəttişliyidə nə etdiyini, nəyi araşdırdığını, necə araşdırdığını, nə aşkarladığını o müəyyən edə bilməmişdir. Əsil həqiqət odur ki, o aprel N94-cü il tarixindən hərbiyə çağırılmış, N saylı hərbi hissənin tərkibində döyüş zonasında iştirak etmişdir. Təqdim etdiyi əmək haqqı cədvəlində onun aprel N94-cü il tarixdən, aprel N95-ci il tarixidə qeyd edilməklə əmək haqqı aldığım qeyd edilir. Həmin aylarda Avqust N94-ci il tarixində 22668 manat, sentyabr ayı üçün 20052, oktyabr ayı üçün 20052, noyabr ayı üçün 46828, dekabr ayı üçün 46828 manat adına əmək haqqı yazılmışdır. Bundan sonra N95-ci il tarixində yanvar ayı üçün 51516 AZN, fevral ayı üçün 70734 AZN, mart ayı üçün 70834 AZN, aprel ayı üçün 70834 AZN əmək haqqı hesablanmışdır. N96-cı il yanvar-sentyabr ayı üçün əmək haqqı yazılmasa da, oktyabr ayı üçün N3087 AZN, noyabr ayı üçün 294896 AZN ona pul hesablanmışdır. Halbuki, o bu məbləği almamışdır. Belə olan halda onun pulunu döyüşdə olan bir şəxsin ailəsinə verməli olduqları halda bu məbləğ nə ona, nə də ailəsinə verilməmişdir. İşi araşdıran Əmək Müfəttişliyi araşdırmanı səthi aparmış, ümumi sözlərlə bir cavab məktubu hazırlamışdır. Sonluğunda isə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlu iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı N86-cı il tarixdən həmin məktəbdə müəllim işləyir. Torpaqların uğrunda gedən döyüşlərə səfərbər olunub və N94-N96-cı illərdə xidmətdə olmuşdir. İddiaçının hərbi xidmətdə olduğu vaxt iş yeri və əmək haqqısı saxlanılmışdır. Lakin həmin əmək haqqı ödənilmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Yevlax rayon Təhsil Şöbəsinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Cavabdeh1 tərəfindən İddiaçı əmək haqqın hesablanmış və bu barədə İddiaçı müvafiq arayış da verilmişdir. Həmin dövr üçün əmək haqqını onlar hesablasalar da, işçilərə pulu verən şəxs Təhsil şöbəsinin əməkdaşları olmamışdır. Belə ki, tərəflərindən hazırlanmış kassa məxaric orderləri və cədvəllər əsasında əmək haqqıları məktəbin direktoruna və ya mühasibinə verilirdi və onlar da müvafiq sənədə qol çəkdirib işçilərə verirdilər. Cavabdeh Yevlax rayon Təhsil Şöbəsinin nümayəndəsi X2 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Yevlax şəhəri Maliyyə İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Yevlax şəhəri Maliyyə İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənAzərbaycan Respublikası Təhsil Nazirliyi 9 saylı X3 Mərkəzi tərəfindən xx xxxxxx 20N-cu il tarixdə verilmiş 559 saylı arayışdan məlum olur ki, İddiaçı həqiqətən xx xxxxxxxx N86-cı ildən halhazıradək Yevlax şəhər 7 nömrəli tam orta məktəbdə işləyir və 20N/2020-ci tədris ilində riyaziyat və şahmat fənləri üzrə 21 saat dərs yükü tarifləşərək 694.17 manat əmək haqqı hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənAzərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən xx xxxxxxx N95-ci il tarixdə verilmiş 3044/20 saylı arayışdan məlum olur ki, İddiaçı həqiqətən xx xxxxxx N94-cü ildən hal-hazıradək N saylı hərbi hissədə döyüş sahələrində xidmət edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxx 2009-cu il tarixdə verilmiş seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx N56-cı il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, B.İmanov küçəsi mənzil 71-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəb üzrə xx xxxxx N94-cü il tarixli 31 saylı əmrdən çıxarışdan məlum olur ki, İddiaçı məktəbin riyaziyyat müəllimi üz nahiyyəsindən aldığı zədədən xəstəxanadan yatdığı üçün onun iş yükü müvəqqəti olaraq aşağdakı müəllimlərə həvalə edilmişdir: Abbasova Tamella, Balakişiyeva Şəhla, Quliyeva Briliyant. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx N94-cü il tarixli 33 saylı əmrdən çıxarışdan məlum olur ki, aprel ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda (30 saat), verilir Ş.Gözəl – 20 saat, K.Arzu 10 saat. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxx N94-cü il tarixli 35 saylı əmrdən çıxarışdan məlum olur ki, may ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda (21 saat), verilir Ş.Gözəl – 13 saat, K.Arzu 8 saat. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx N94-cü il tarixli 49 saylı əmrdən çıxarışdan məlum olur ki, oktyabr ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda (30 saat, 2 saat dərnək), verilir K.Arzu 5 saat, Ş.Gözəl – 9 saat, A.Natella – 5 saat, S.Reyhan 2 saat (dərnək). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx N94-cü il tarixli 53 saylı əmrdən çıxarışdan məlum olur ki, noyabr ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda (21 saat, sinif rəhbərliyi), verilir Ş.Gözəl – 9 saat, A.Natella – 10 saat, S.Reyhan 2 saat (sinif rəhbərliyi). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx N94-cü il tarixli 55 saylı əmrdən çıxarışdan məlum olur ki, dekabr ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda (21 saat, sinif rəhbərliyi), verilir Ş.Gözəl – 9 saat, A.Natella – 10 saat, T.Şəfiqə sinif rəhbərliyi, M.Qəhrəman – 2 saat (dərnək). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxx N95-ci il tarixli 11 saylı əmrdən çıxarışdan məlum olur ki, may ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda (21 saat, sinif rəhbərliyi), verilir M.Qəhrəman – 2 saat, K.Arzu - 10 saat, M.Xəzəngül – 9 saat, İ.Raya sinif rəhbərliyi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx N95-ci il tarixli 23 saylı əmrdən çıxarışdan məlum olur ki, sentyabr ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda (21 saat, 3 saar dərnək, sinif rəhbərliyi), verilir M.Xəzəngül – 15 saat (sinif rəhbərliyi), H.Şahverdi – 6 saat, K.Fəxrəddin – 3 saat. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx N95-ci il tarixli 24 saylı əmrdən çıxarışdan məlum olur ki, oktyabr ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda 24 saa (sinif rəhbərliyi), verilir M.Xəzəngül – 15 saat (sinif rəhbərliyi), H.Şahverdi – 6 saat, Ə.Ruxsarə – 3 saat (dərnək). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx N95-ci il tarixli 26 saylı əmrdən çıxarışdan məlum olur ki, noyabr ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda 24 saat (sinif rəhbərliyi), verilir M.Xəzəngül – 15 saat (sinif rəhbərliyi), H.Şahverdi – 6 saat, Ə.Ruxsarə – 3 saat (dərnək). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx N96-cı il tarixli 10 saylı əmrdən çıxarışdan məlum olur ki, iyun ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda 21 saat, verilir M.Xəzəngül –5 saat, H.Nübar – 5 saat, İ.Nadir – 6 saat, M.Könül - 5 saat. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx N96-ci il tarixli 11 saylı əmrdən çıxarışdan məlum olur ki, iyun ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda 21 saat, verilir M.Xəzəngül –5 saat, Ə.Rüxsarə – 5 saat, İ.Nadir – 6 saat, A.Natella 5 – saat. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx N96-ci il tarixli 20 saylı əmrdən çıxarışdan məlum olur ki, sentyabr ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda 27 saat (3 saat dərnək), verilir K.Fəxrəddin – 14 saat, Ə.Rüxsarə – 10 saat, Q.Brilyant - 3 saat (3 saat dərnək). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx N96-ci il tarixli 22 saylı əmrdən çıxarışdan məlum olur ki, noyabr ayı üçün əvəzetmələr aşağıdakı kimi hesablanmışdır: tutulur İddiaçı – orduda 27 saat (3 saat dərnək), verilir K.Fəxrəddin – 14 saat, Ə.Rüxsarə – 10 saat, Q.Brilyant - 3 saat (3 saat dərnək). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənAzərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil şöbəsi tərəfindən xx xxxxxxxx 20N-cu il tarixdə verilmiş 99 saylı arayışdan məlum olur ki, İddiaçı həqiqətən N86-cı ildən etibarən Yevlax şəhər 7 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsində işləyir və N94, N95, N96-cı illər ərzində orduda hərbi xidmətdə olduğu müddətdə əmək haqqı hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənxx xxxxxx 2020-ci il tarixli aktdan məlum olur ki, Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Təbiyət” şadlıq sarayının arxasında Cavabdeh1 arxivi olmuş, həmin arxiv N96-cı ildə Yevlax şəhərində baş vermiş təbii fəlakət nəticəsində sel sularında qalmış və bütün sənədlər oxunmaz hala düşdüyü üçün şəhər İnternat məktəbinin həyətində ləğv edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənAzərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 58 saylı arayışdan məlum olur ki, Cavabdeh1 əmr kitabları və əmək haqqı sənədləri mühafizə üçün Yevlax Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 86-cı maddəsinə əsasən fəhlələrin əməyi mərkəzləşdirilmiş qaydada təsdiq edilən tarif dərəcəsi (maaşlar) əsasında ödənilir. Görülən işlərin müəyyən tarif dərəcəsinə aid edilməsi və fəhlələrə ixtisas dərəcələri verilməsi tarif – ixtisas arayış kitabçasına uyğun olaraq müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinin razılığı ilə müəssisənin, təşkilatın müdriyyəti tərəfindən həyata keçirilir. Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 90-cı maddəsinə əsasən əməyin vaxtamuzd və işmuzd ödənilməsi sisteminin müəyyən olunması, habelə fəhlə və qulluqçuları mükafatlandırmaq haqqındakı əsasnamələrin təsdiq edilməsi müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinin razılığı ilə müəssisənin, təşkilatın müdriyyəti tərəfindən həyata keçirilir. Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 116-cı maddəsinə əsasən, Dövlət vəzifələrini və ya ictimai vəzifələri yerinə yetirdikləri vaxt, əgər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən bu vəzifələr iş vaxtı yerinə yetirilə bilərsə, işçilər üçün iş yerinin (vəzifənin) və orta əmək haqqının saxlanmasına təminat verilir. Ümumi əsgəri vəzifə haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə cəlb edilən işçilərə həmin Qanuna uyğun olaraq təminatlar və güzəştlər verilir. Orta əmək haqqı aşağıdakı dövlət vəzifələrinin və ya ictimai vəzifələrin iş vaxtı yerinə yetirildiyi hallarda saxlanılır: 1) seçki hüququ həyata keçirildikdə; 2) deputatlar xalq deputatları Sovetlərinin sessiyalarında iştirak etdikdə; qanunvericiliklə müəyyən edilmiş hallarda isə həm də digər deputat vəzifələrini yerinə yetirdikdə; 3) dövlət, həmkarlar ittifaqı təşkilatlarının və digər ictimai təşkilatların çağırdıqları qurultaylarda, plenumlarda, konfranslarda nümayəndə sifəti ilə iştirak etdikdə; 4) şahid, zərər çəkimiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq orqanlarına, prokurorun yanına və məhkəməyə çağırıldıqda, habelə xalq iclasçısı, ictimai ittihamçı və ictimai müdafiəçi, ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndəsi sifəti ilə məhkəmə iclaslarında iştirak etdikdə; 5) xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında pensiya təyin edən komissiyaların və həkim-əmək ekspert komissiyalarının (HƏEK) həmkarlar ittifaqı təşkilatları tərəfindən ayrılmış üzvləri sifəti ilə həmin komissiyaların işində iştirak etdikdə; 6) əmək stajı haqqında ifadə vermək üçün şahid sifəti ilə pensiya təyin edən komissiyaya çağırıldıqda; 7) könüllü yanğınsöndürən drujinaların üzvləri yanğının və ya qəzanın ləğv olunmasında iştirak etdikdə; 8) digər dövlət vəzifələrini və ya ictimai vəzifələri yerinə yetirdikdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasənAzərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı xx xxxxxxxx N86-cı il tarixdən halhazıradək Yevlax şəhər 7 nömrəli tam orta məktəbində riyaziyat müəllimi vəzifəsində işləmişdir. N94-N96-cı illər ərzinə Azərbaycan Respulbilkası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin hərbi xidmət keçmişdir. Hərbi xidmətdə olduğu zaman onun iş yeri və əmək haqqısı saxlanılmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, həmin əmək haqqının almadığını bildirərək, ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil şöbəsindən bildirilmişdir ki,İddiaçı həqiqətən N86-cı ildən etibarən Yevlax şəhər 7 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsində işləyir və N94, N95, N96-cı illər ərzində orduda hərbi xidmətdə olduğu müddətdə əmək haqqı hesablanmışdır. Əmək haqqı sənədləri Dövlət arxivinə təhvil verilməmiş və təbii fəlakət nəticəsində yararsız hala düşdüyündən məhv edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlər həmin dövr üçün əmək haqqı verən orqan olmamışlar. Əmək haqqının yalnız hesablanması onların üzrlərinə düşən vəzifə olmuş və həmin vəzifə yerinə yetirilmişdir. Belə ki, Yevlax rayon Təhsil şöbəsi iddiaçıya əmək haqqını hesablamışdir. Pulun verilməsi cavabdehlərin səlahiyyətlərinə yox müəssisənin (məktəbin) səlahiyyətli şəxsinin (direktor və ya mühasib) üzərinə düşdüyündən cavabdehlərə qarşı olan tələb təmin edilə bilməz. Ona görə də məhkəmə, İddiaçı cavabdehlər Yevlax rayon Təhsil Şöbəsinə və Yevlax şəhəri Maliyyə İdarəsinə qarşı «ödənilməmiş əmək haqqının qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx N70-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx N82-ci il tarixli qərarı; “X5rşı” iş üzrə xx xxxxxxx N84-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddiaçı cavabdehlər Yevlax rayon Təhsil Şöbəsinə və Yevlax şəhəri Maliyyə İdarəsinə qarşı «ödənilməmiş əmək haqqının qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-392/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-392/2020
12.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver