Məhkəmə qərarları › İş №2(039)-405/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-405/2020

04.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-405/2020 04.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları xx xxxxxxxx 2016-cı il təvəllüdlü X4 və xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 50 manat, cəmi 100 manat məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə 2015-ci il tarixdə faktiki ailə qurub evlənmişlər. Birgə yaşadıqları müddətdə xx xxxxxxxx 2016-cı il təvəllüdlü X8 və xx xxxxxx 2018-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh ilə xx xxxx 2019-cu il tarixdən faktiki ayrılmış, uşaqlar onun himayəsindədir. O, heç bir yerdə işləmir, uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh uşaqların saxlanılması üçün ona heç bir maddi köməklik göstərmir. Ona görə də, məcburiyyət qarşısında qalaraq Cavabdeh aliment tutulması tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izah etdi ki, iddiaçıilə ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Birgə yaşayışlarından xx xxxxxxxx 2016cı il təvəllüdlü X8 və xx xxxxxx 2018-ci il təvəllüdlü X5 adlı iki uşaqları olmuşdur. Hər ay hər uşağa görə 50 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə RPŞ tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylışəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1996-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Fizuli küçəsi ev 117-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ASAN-BƏRDƏ tərəfindən xx xxxxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı 16276205 saylışəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X6 xx xxxx 1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri E.Ağayev küçəsi ev 132-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2018-ci il tarixli, AZ-İV 213177 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 xx xxxxxx 2018-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxx 2019-cu il tarixli, AZ-İV 273383 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 xx xxxxxxxx 2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2018-ci il tarixli, AZ-İ 350409 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxxxx 2016-cı ildə vətəndaş İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxx 2019-cu il tarixli, AZ-İ 374308 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 2018-ci ildə vətəndaş İddiaçı doğulmuş X7 atası hesab edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinəəsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinəəsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinəəsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağıöz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinəəsasən uşaqlar barəsində bütün tədbirlərdəəsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinəəsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə vəər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə vəümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işüzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isəAzərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından xx xxxxxxxx 2016-cı il təvəllüdlü X8 və xx xxxxxx 2018-ci il təvəllüdlü X5 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılıb ayrı yaşayırlar və uşaqlar analarının himayəsində saxlanılmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ünvanlayaraq aliment tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, uşağın layiqli, firəvan yaşayışşəviyyəsini, təlim-tərbiyəsini, təhsilini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşaqların saxlanmasıüçün hər ay hər uşaq üçün 50 manat məbləğində aliment tutulmalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2016-cı il təvəllüdlü X4 və xx xxxxxx 2018-ci il təvəllüdlü X218 yaşınaçatanadək saxlanılmalarıüçün hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Azərbaycan RespublikasıŞəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar