Məhkəmə qərarları › İş №2(039)-428/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-428/2021

22.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-428/2021 22.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 30.10.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə cavabdehin mülkiyyətində olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə onun istifadə hüququnun tanınması və həmin evə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikaha daxil olaraq ailə qurmuşlar. Uzun müddət ər-arvad olaraq yaşamışlar. Aralarında olan nikah qeydi artıq pozulmuşdur. Onun şəxsiyyət vəsiqəsindən göründüyü kimi o, Yevlax şəhəri Pişəvəri küçəsi 3A, mənzil 5-də daimi qeydiyyatdadır. Həmin ev Yevlax şəhəri İcra Hakimiyyətinin 04.04.2008-ci il tarixli, 31 nömrəli orderi ilə Yevlax şəhəri 2 saylı Mənzil Təmir İstismar sahəsinin 20.10.2008-ci il tarixli 1420 saylı, F-2 arayışı və Yevlax rayon 1 saylı Notariat Kontorunun 24.10.2008-ci il tarixli 7E-11-5253 reyestr nömrəli razılıq ərizəsinə əsasən 30.10.2008-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestirində Cavabdeh adına rəsmiləşmişdir. Münasibətləri pisləşdiyindən cavabdehlə boşanmış, cavabdeh isə birgə mülkiyyəti qeyri-rəsmi əsaslarla öz adına sənədləşdirmişdir. Onun mənzildən istifadə hüququ var. Həmin mənzilə istifadə hüququnun tanınmasını və həmin evə köçürülməyini istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X4 iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Şəki Apellyasiya Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(107)-648/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə İddiaçı istifadə hüququ yaranmışdır. Bu səbəbdən həmin mənzildən İddiaçı istifadə hüququna xitam verilməsi barədə Cavabdeh iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququ tanınsın və İddiaçı həmin evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar