Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-434/2020 13.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən xx xxxxxx 2010-cu il təvəllüdlü X1 və xx xxxxxx 2013-cü il təvəllüdlü Əliyev Ömər Kamil oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, xx xxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş və hazırda Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır. Göygöl Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(066)-230/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra uşaqlarının onun himayəsində qalması və uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3441/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin alimentin məbləği artırılaraq hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən olmuşdur. Daha sonra Cavabdeh onu aldatmış və o, aldanaraq Göygöl rayon icra və probasiya Şöbəsinə ərizə verərək alimentdən imtina etmişdir. Hazırda uşaqlar onun himayəsindədir və o, onları saxlaya bilmir. Ona görə də aliment tələb edir. İddiaçı məhkəmə iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-230/2018 №-li, xx xxxx 2018-ci il tarixli qətnamənin surətindən müəyyən olunur ki, xx xxxxxx 2020-cu il təvəllüdlü X1 və xx xxxxxx 2013-cü il təvəllüdlü Əliyev Ömər Kamil oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment xx xxxxxx 2018-ci il tarixdən başlayaraq alınıb İddiaçı verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3441/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin alimentin məbləği artırılaraq hər uşaq üçün 120 manat olmaqla , cəmi 240 manat məbləğində müəyyən olmuşdur. Ailə Məcəlləsi: Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişlik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq sabit pul məbləğində və hər ay hər bir uşaq üçün 130 manat həddində müəyyən edilməlidir. Belə ki, iddiaçı İlahə İsgəndərova Cavabdeh hər ay hər bir uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olduğunu qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3441/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx xxxxxx 2010-cu il təvəllüdlü X1 və xx xxxxxx 2013-cü il təvəllüdlü Əliyev Ömər Kamil oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-434/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-434/2020
13.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver