Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-438/2020 13.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx xxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, xx xxxxxx 2019-cu il təvəllüdlü X2 3 yaşına çatana kimi Cavabdeh onun xeyrinə hər ay 100 manat aliment ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 2019-cu ildə el adəti ilə toy edərək ailə qurmuş və həmin vaxtdan cavabdehin Yevlax şəhərində yerləşən evinə gəlin köçərək yaşamışdır. xx xxxx 2019-cu il tarixdə X6 Xidməti Mərkəzinin Qeydiyyat Şöbəsində cavabdehlə 253№-li rəsmi nikah bağlamışlar. Birgə nikahdan xx xxxxxx 2019-cu il tarixdə oğlu X3 anadan olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri çox yaxşı olmuş, həmişə birlikdə mehriban yaşamışlar. Lakin son vaxtlar aralarında olan münasibətlər soyumuş və demək olar ki, tez-tez mübahisələri olmuşdur. Ona görə də artıq xeyli vaxtdır ki, cavabdehlə faktiki olaraq ayrılaraq atasına məxsus evdə yaşayır. Oğlu Yusifdə onun himayəsindədir. Cavabdeh uşağın saxlanmasında iştirak etmədiyinə, onun maddi tələbatını təmin etmədiyinə, uşağın qayğısına qalmamaqla öz valideynlik borcunu yerinə yetirməkdən yayındığına görə məhkəmə vasitəsi ilə onun uşağın saxlanmasında iştirak etməsini tələb edir. İddiaçı nümayəndəsi Məhsəti Rüstəmova məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş sənədlərin surətləri ilə təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı xx xxxx 2019-cu il tarixdə Bərdə Regional “Asan” xidmət mərkəzində Qeydiyyat Şöbəsində nikah bağlamışlar, tərəflərin xx xxxxxx 2019-cu il təvəllüdlü X3 adlı övladları vardır. Ailə Məcəlləsi: Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 1 övladının yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində aliment tutulması hissəsində iddia əsaslıdır və həmin hissədə təmin edilməlidir. Cavabdehin daimi qazanca malik olmasını təsdiq edən sübut müəyən edilmədiyindən tutulacaq aliment sabit pul məbləğində və 140 manat miqdarında müəyyən edilməlidir. Qeyd olunmalıdır ki, İddiaçı, Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması və oğlunun 3 yaşına çatana kimi cavabdehdən onun xeyrinə hər ay 100 manat aliment ödəməsi barədə iddia irəli sürsə də, cavabdehin buna maddi imkanın, onun zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, azyaşlı xx xxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ödənilməli olan aliment 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-438/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-438/2020
13.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver