Məhkəmə qərarları › İş №2(039)-441/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-441/2022

28.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-441/2022 28.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili X1 iştirakı ilə İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər (bundan sonra iddiaçı) İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «cehiz əmlakın çıxarılması» və Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı «əmlak» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «cehiz əmlakın çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından divan-kreslo dəsti, qonaq otağı üçün mebel dəsti, yataq dəsti (mebel), gəbələr, kuxna üçün divan və stol, soyuducu, tozsovran, lüstur, televizor, ütü stolu, ütü, pərdə, qazan dəsti, adeyal adlı əşyalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı «əmlak» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı-cavabdehlər İddiaçı1 və İddiaçı2 1 ədəd mebel dəsti (taxt, şifaner, servant, divan, kreslo, stol, stullar, güzgü və s.) - 5500 manat, 2 ədəd uşaq beşiyi - cəmi 300 manat, mətbəx üçün divan - stol dəsti – 800 manat, soyuducu – 500 manat, tozsoran - 180 manat, smart televizor (Samsung) – 750 manat, sadə ütü - 50 manat, buxarlı ütü – 250 manat, paltar sərilən – 40 manat, duxovka – 150 manat, mikser - 50 manat, blender – 35 manat, salat doğrayan – 20 manat, ləpə cəkən – 20 manat, ətçəkən maşın – 160 manat, servis (qab-qaşıq dəsti) – 350 manat, 6 ədəd ədyal - cəmi 300 manat, 3 ədəd pərdə - cəmi 400 manat, 2 ədəd böyük divan üstü – cəmi 150 manat, 2 ədəd balaca divan üstü – cəmi 100 manat, boşqab dəsti – 600 manat, mətbəx üçün qabqaşıq dəsti - 1000 manat, qranit qazan – 350 manat, qranit tava – 330 manat, 2 ədəd böyük gəbə - 300 manat, 2 ədəd kiçik gəbə - 200 manat,1 ədəd ayaqaltı - 50 manat, cəmi 12935 manat dəyərində cehiz-əmlakları, qarnitur – komplekt (ağ qızıl) – 35 qram çəkidə, İtaliya istehsalı, 750 əyarlı – qiyməti 6000 manat, 5-lik qızıl – qiyməti 550 manat, nazik sep – 7 qram çəkidə, Rusiya istehsalı, 583 əyarlı – qiyməti 500 manat, tros sep- 20 qram çəkidə, Rusiya istehsalı, 583 əyarlı – qiyməti 1400 manat, brilliyant qaşlı nişan üzüyü – 5 qram çəkidə, Rusiya istehsalı, 583 əyarlı – qiyməti 650 manat, klon – 4 qram çəkidə, Rusiya istehsalı, 583 əyarlı – qiyməti 600 manat, cəmi 9700 manat dəyərində qızıl-zinət əşyalarının, ümumilikdə 22635 (iyiyrmi iki min altı yüz otuz beş) manat dəyərində olan cehiz-əmlakının və qızıl-zinət əşyalarının naturada özünün və yaxud dəyərinin eyni zamanda vəkil xidmətinə görə ödədiyi 115,00 (bir yüz on beş) manat məbləğin və 157,90 (bir yüz əlli yeddi manat doxsan qəpik) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. İddiaçı2 izah etdi ki, cavabdehlə o evlənmişlər. Bir müddət valideyinlərinin evində yaşamışlar. Sonradan ayrılıb ikisi yaşamışlar. Gülpərinin xəstəliyi var idi. Sonuncu gündə də xəstəliyi tutmuşdur. Evə gələrkən güzgünün sınmasını və Gülpərinin vəziyyətinin pisləşdiyini görüb qayınatasına zəng etmişdir. Onlar gəlib Gülpərinin və uşağın geyim və digər əşyalarını yığıb onları da aparıb getdilər. Qarşılıqlı iddia ərizəsində göstərilən əmlaklarla razıdır və qaytarmağa etiraz etmir. Lakin qarşılıqlı iddianın qızıl hissəsi ilə razı deyil. Belə ki, Gülpəriyə toy zamanı komplekt və briliyant qaşlı üzük hədiyyə olunubdur. Digər qızıllar olmamışdır. Qızıllar daima Gülpərinin özündə olubdur. O evdən gedəndə qızılları da özü ilə aparmışdır. Hətta Yevlax RPŞ-də Gülpərinin şikayəti əsasında aparılmş araşdırma zamanı Gülpəri heç bir şikayət və tələbinin olmadığı barədə ərizə vermişdir. Qızıllar onlarda qalmış olsaydı Gülpəri həmin ərizəni verməzdi. İddiaçı2 məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izah etdi ki, Eminlə 2017-ci ildə evlənmişlər. Toy zamanı ona qızıl və cehiz əşyaları hədiyyə olunmuşdur. Lakin qızılları qayınanası əlindən alıb saxlayırdı. 2019cu ildə Eminlə ikisi ayrı yaşamışlar. Lakin qızılları qayınanasında qalmışdır. Sonuncu dəfə Emin onu bərk döymüşdür. Döydükdən sonra qayınanası və qayınatası gəlmişdir. Onlar onu öz evlərinə aparmışlar. Sonra da atası evinə aparmışlar. Lakin əmlaklarını verməmişlər. Üç ildir ki, qızıllarından xəbəri yoxdur. O özü ilə qızıl aparmamışdır. Polis şöbəsində araşdırma aparılan zaman şikayət və tələbi olmaması barədə ərizəni məcburən yazmışdır. Belə ki, Emin onu qardaşının işində yaradacağı maneələrlə hədələmişdir. Cavabdeh hər iki iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X2 izah etdi ki, tərəflər ailəli olmuşlar. Toy zamanı cavabdehə cehiz və qızıl hədiyyə olunmuşdur. İddianın cehiz hissəsini iddiaçı özü etiraf edir. Qızıl hissəsi ilə də bağlı qızıl mövcud olmuşdur. Lakin cavabdeh evdən çıxan zaman qızılı verilməmişdir. Qızıllar iddiaçılarda qalmışdır. Cavabdeh nümayəndəsi vəkili X2 hər iki iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Gülpəri onun qızıdır. Toy zamanı qızıl hədiyyə olunmuşdur. Qızı dəfələrlə döyülmüş və gətirilib onlarda qoyulmuşdur. Eminlə qızı ayırı evə köçərək orada yaşamışlar. Sonuncu dəfə Emin Gülpərini döymüş və qudaları gətirib qızı onlara qoymuşlar. Qızının qızılları və cehizləri qaytarılmamışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Gülpəri onun qayının qızıdır. Emin qızı pis döymüşdür. Eminin valideyinləri qızı aparıb öz evlərinə sonradan isə gətirib atası evinə qoymuşlar. Qızılları qaytarmamışlar. Qızılların qızın qayınanasında olmasını görməmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Gülpəri gillə həm qonşu, həm də qohumdular. Emin qızı qaçırtdıqdan sonra barışıq qonaqlığına o da getmişdir. Həmin vaxt qızıl Gülpərinin üzərində idi. Gülpəri sonuncu dəfə evlərinə gələndə üzərində qızıl yox idi. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Afət gillə qonşudular. Toyda olmamışdır. Lakin barışıq qonaqlığında olmuşdur. Həmin vaxt qızıllar Gülpərinin üzərində idi. Emin qızı tez-tez döyüb gətirib atası evinə qoyurdu. Qız evə gələndə üzərində qızıl yox idi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 yanvar 2019-cu il tarixli ********** saylı çıxarışdan məlum olur ki, Yevlax şəhəri, C.Mustafayev küçəsi ev 160A, mənzil 36-da yerləşən mənzil İddiaçı1 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 dekabr 2021-ci il tarixli 2021-002459 saylı arayışdan məlum olur ki, İddiaçı1 və İddiaçı2 əmlakın çıxarılması ilə bağlı mediatora müraciət etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 fevral 2022-ci il tarixli mədaxil qəbzindən məlum olur ki, Cavabdeh hüquqi yardım üçün 115 manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 fevral 2022-ci il tarixli mədaxil qəbzindən məlum olur ki, Cavabdeh 157.90 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin araşdırma materiallarından məlum olur ki, Cavabdeh İddiaçı2 tərəfindən mütəmadi olaraq təhqir və zorakılıqlara məruz qalmağı, qızıl-zinət əşyalarının mənimsənildiyi barədə şikayət etmişdir. Araşdırma zamanı 02 sentyabr 2020-ci il tarixdə Cavabdeh heç bir şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı2 ilə cavabdeh evlənmişlər. Evləndikləri zaman cavabdeh özünə məxsus əmlaklarla birlikdə, İddiaçı2 valideyinlərinə məxsus evə köçmüşdür. Daha sonra ayrılaraq ayrı yaşamışlar. Ailə münasibətləri baş tutmadığından ayırlmışlar. Cavadehin əmlakları iddiaçıya məxsus evdə qalmışdır. İddiaçı cehiz əşyalarının çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavadeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsində qeyd edilməyən cehiz və qızıl əşyalarının iddiaçılardan alınaraq geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehə cehiz və qızıl-zinət əşyaları hədiyyə olunması tərəflərin izahatları ilə məhkəmə iclasında öz təsdiqini tapmışdır. İddiaçılar iddianın cehiz hissəsini tam qəbul edirlər. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh qızılların İddiaçı1 qalmasını və ona qaytarılmadığını bildirsə də, Yevlax RPŞ-nə cavabdehin şikayəti əsasında aparılmış araşdırılma zamanı İddiaçı1 onun İddiaçı2 heç bir şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. Yəni qızıl mübahisəsinin öz həllini tapdığını etiraf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından Cavabdeh məxsus1 ədəd mebel dəsti (taxt, şifaner, servant, divan, kreslo, stol, stullar, güzgü və s.) - 5500 manat, 2 ədəd uşaq beşiyi - cəmi 300 manat, mətbəx üçün divan - stol dəsti – 800 manat, soyuducu – 500 manat, tozsoran - 180 manat, smart televizor (Samsung) – 750 manat, sadə ütü - 50 manat, buxarlı ütü – 250 manat, paltar sərilən – 40 manat, duxovka – 150 manat, mikser - 50 manat, blender – 35 manat, salat doğrayan – 20 manat, ləpə cəkən – 20 manat, ətçəkən maşın – 160 manat, servis (qab-qaşıq dəsti) – 350 manat, 6 ədəd ədyal - cəmi 300 manat, 3 ədəd pərdə - cəmi 400 manat, 2 ədəd böyük divan üstü – cəmi 150 manat, 2 ədəd balaca divan üstü – cəmi 100 manat, boşqab dəsti – 600 manat, mətbəx üçün qabqaşıq dəsti - 1000 manat, qranit qazan – 350 manat, qranit tava – 330 manat, 2 ədəd böyük gəbə - 300 manat, 2 ədəd kiçik gəbə - 200 manat,1 ədəd ayaqaltı - 50 manat, əmlaklar olmadıqda isə onların dəyəri alınaraq Cavabdeh verilməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkil xidmətinə görə 115.00 manat məbləğin və 128.80 manat dövlət rüsumu alınaraq Cavabdeh verilməlidir. Qarşılıqlı iddia qalan hissəsində təmin edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlərlə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rusumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsində göstərilir ki, məhkəmə əmlakın natura şəkilində alınmasını qət etdikdə onun adını, alınmalı əmlakı qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından Cavabdeh məxsus1 ədəd mebel dəsti (taxt, şifaner, servant, divan, kreslo, stol, stullar, güzgü və s.) - 5500 manat, 2 ədəd uşaq beşiyi - cəmi 300 manat, mətbəx üçün divan - stol dəsti – 800 manat, soyuducu – 500 manat, tozsoran - 180 manat, smart televizor (Samsung) – 750 manat, sadə ütü - 50 manat, buxarlı ütü – 250 manat, paltar sərilən – 40 manat, duxovka – 150 manat, mikser - 50 manat, blender – 35 manat, salat doğrayan – 20 manat, ləpə cəkən – 20 manat, ətçəkən maşın – 160 manat, servis (qab-qaşıq dəsti) – 350 manat, 6 ədəd ədyal - cəmi 300 manat, 3 ədəd pərdə - cəmi 400 manat, 2 ədəd böyük divan üstü – cəmi 150 manat, 2 ədəd balaca divan üstü – cəmi 100 manat, boşqab dəsti – 600 manat, mətbəx üçün qabqaşıq dəsti - 1000 manat, qranit qazan – 350 manat, qranit tava – 330 manat, 2 ədəd böyük gəbə - 300 manat, 2 ədəd kiçik gəbə - 200 manat,1 ədəd ayaqaltı - 50 manat, əmlaklar olmadıqda isə onların dəyəri alınaraq Cavabdeh verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkil xidmətinə görə 115.00 manat məbləğin və 128.80 manat dövlət rüsumu alınıb alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissəsində təmin edilməsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar