Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-481/2020 13.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda himayəsində olan xx xxxxxxx 2015-ci ildə doğulmuş X1, onun normal həyat səviyyəsinin təmin edilməsi, fiziki-psixoloji və mənəvi inkişafının daha da yaxşılaşdırılması üçün Cavabdeh hər ay 1500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz ünvanlayaraq, iddianın qismən təmin edilməsini və ondan hər ay 130 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə xx xxxx 2014cü ildə birgə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx xxxxxxx 2015-ci il tarixdə övladları X5 dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6581/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Cavabdeh ilə olan birgə nikahları pozulmuş, birgə nikahdan xx xxxxxxx 2015-ci il tarixdə doğulmuş X3 onun himayəmə verilməsi, X1 üçün Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-6581/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi icra olunması üçün cavabdehin qeydiyyat ünvanı üzrə xx xxxxxxxx 2018-ci il tarixdə 2(004)-6581/2018 saylı icra vərəqəsi ilə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və həmin tarixdə icra işinin başlanılmasına dair qərar qəbul edilmişdir. Cavabdeh real gəlirlərini və qazancını hər hansı şəkildə gizli saxladığından həmin dövrdə Yevlax Rayon İcra və Probasiya Şöbəsi cavabdehin rəsmi gəlirlərini müəyyən edə bilməmiş bununlada cavabdehdən tutulacaq alimenti 132 manat 12 qəpik həddində müəyyən edərək tutmanı bu həcmdə həyata keçirmişdir. Hal-hazırda övladı xx xxxxxxx 2015-ci il təvəllüdlü X4 onun himayəsində yaşamaqdadır və onun normal həyat səviyyəsinin təmin edilməsi, tərbiyəsi və fiziki- psixoloji inkişafı üçün əlindən gələn bütün maddi və mənəvi imkanları səfərbər etməkdədir. xx xxxxxxx 2015-ci il təvəllüdlü X1, uşağın normal həyat səviyyəsinin və zəruri ehtiyaclarının qarşılanması üçün Cavabdeh tutulan 132 manat 12 qəpik miqdarında sabit pul məbləğində aliment kifayət etməməkdədir. Belə ki, cavabdeh hal-hazırda əmək fəaliyyəti ilə məşğul olmaqdadır və onun kifayət qədər yüksək gəlirləri və qazancı mövcuddur. İş üzrə cavbdeh Cavabdeh həkim - stomatoloqdur və hal -hazlrda ünvan 1 ünvanda yerləşən evdə özünə məxsus "Stomatoloq Kabineti"ndə həkimlik fəaliyyəti ilə məşğul olaraq həmin fəaliyyət nəticəsində yüksək qazanc əldə edir. İş üzrə Cavabdeh ilə birgə nikahları dövründə o 3 il ərzində həmin ünvanda yaşamış və hələ həmin vaxtlardan iş üzrə Cavabdeh qeyd edilən "Stomatoloq Kabineti"ndə həkimlik fəaliyyəti ilə məşğul idi və onun aylıq qazancı 3000- 4000 manat miqdarında idi. Digər tərəfdən Cavabdeh hal-hazırda aylıq yüksək məbləğli kredit ödəyicisidir. Bu kimi aylıq ödənişləri həyata keçirə bilməsinin özü Cavabdeh yüksək gəlir və qazanca malik olan biri olmasının, maddi imkanlarının kifayət qədər geniş olmasının ən bariz sübutlarından biridir. Belə yüksək qazanca və gəlirlərə malik olan bir atanın öz doğma ovladına qanunvericilikdə nəzərdə tutulan alimenti ödəməmək üçün gəlirlərini gizlətməsi, bununla da az təminatlı biri kimi 132 manat 12 qəpik miqdarında sabit pul məbləğində aliment ödəməsi yol verilməz haldır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini, hazırda himayəsində olan xx xxxxxxx 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 1500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izah etdi ki, iddiaçı ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxxx 2015-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, uşaq anasının himayəsində saxlanılmış və uşağın saxlanılması üçün aliment ödəyir. Hazırda yenidən ailə qurmuş və yeni ailəsindən də bir övladı dünyaya gəlmişdir. Özünə məxsus "Stomatoloq Kabineti"ndə həkimlik fəaliyyəti ilə məşğul olur. Lakin yüksək gəlirə malik deyil. İpək Süleymanzadə onun övladıdır və ona baxmaq onun borcudur. Lakin iddiaçı tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. Maksimal ödəyəcəyi məbləq 200-250 manatdır. Cavabdeh məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ASAN1 tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə verilmiş seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, məhəllə 3153, mənzil 141-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən vəsiqə məlumatlarından məlum olur ki, Cavabdeh xx xxxx 1989-cu il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, R.Balakişiyev küçəsi m. 13-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZ-lll 626733 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********344600 saylı məktubundan məlum olur ki, Cavabdeh (VÖEN: **********) tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamə məlumatlarına əsasən xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək vergi tutulan dövriyyəsi (ümumi gəliri) cəmi 11900 manat olmuşdur. Vergi ödəyicisi xx xxxxx 2017-ci il tarixdə fəaliyyətini dayandırdığı və xx xxxx 2019-cu il tarixdə fəaliyyətini aktivləşdirdiyi üçün müvafiq olaraq vergi tutulan dövriyyəsi (ümumi gəliri) 2019-cu ilin mart ayında 1000 manat, aprel ayında 500 manat, may ayında 480 manat, iyun ayında 520 manat, iyul ayında 1130 manat, avqust ayında 1120 manat, sentyabr ayında 1150 manat, oktyabr ayında 1940 manat, noyabr ayında 1990 manat, dekabr ayında 2070 manat olmuşdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X2 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olnmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimim təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh rəsmi evlənərək ailə qurmuşlar. Birgə nikahlarından bir uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiklərindən ayrılmışlar. Məhkəmə qətnaməsi ilə X1 üçün Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək hər ay 200-250 manat ödəməyə maddi imkanı olmasını bildirmişdir. Məhkəmə uşağın layiqli, firəvan yaşayış şəviyyəsini, təlim-tərbiyəsini, təhsilini, cavabdehin yenidən ailə qurmasını və yeni ailəsindən bir övladının olmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(004)- 6581/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. Cavabdeh xx xxxxxxx 2015-ci il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat aliment İddiaçı xeyrinə tutulsun. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-481/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-481/2020
13.05.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver