Məhkəmə qərarları › İş №2(039)-486/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-486/2021

02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-486/2021 02.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı aliment borcunun silinməsi və qət edilmiş aliment məbləğinin azaldılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı, 3-cü şəxs Maraqlı şəxs qeyd etməklə aliment borcunun silinməsi və qət edilmiş aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-1042/2019 saylı qətnaməsinə əsasən hal-hazıradək yaranmış 2000 manat aliment borcunun silinməsi və həmin qətnaməyə əsasən xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-ci il təvəllüdlü X1 üçün ondan tutularaq cavabdehə ödənilməsi qət edilmiş, hər ay hər bir uşaq üçün 120 manat sabit pul məbləğində alimentin məbləğinin azadılaraq hər ay hər bir uşaq üçün 40 manat olmaqla, cəmi 80 manat ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X8 onun sabiq həyat yoldaşıdır. Onların aralarında olan rəsmi nikah xx.xx.2012-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx xxxx 2016-cı il təvəllüdlü X6 anaları Cavabdehnın yanında qalmaları və həmin uşaqların saxlanması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin məndən tutularaq Cavabdehya verilməsi qət edilmişdir. Onun ciddi xəstəliyi vardır. Qara ciyəri tamamilə sıradan çıxmışdır. Onun heç bir iş qüvvəsi yoxdur. Səhhətində günü-gündən geriləmələr, ciddi fəsadlar yaranır. Valideynlərinin köməkliyi ilə müalicələr alsa da, geriyə dönüşü olmayan xəstəliyi vardır. X12 Komissiyası tərəfindən əliliyinin müəyyən edilməsinə dair sənədlər hazırlanır. Ən yaxşı vəziyyətdə ikinci qrup əlilliyi müəyyən ediləcəkdir. Hazırda onun cavabdehə 2000 manat aliment borcu yaranmışdır və o ağır xəstəliyi bağlı işləyə bilmədiyi üçün aliment borclarını ödəyə bilməmişdir. Bundan sonra da ödəmək imkanının olmayacağını bilir. Çünki səhhətində ciddi problemləri yaranmışdır. Eyni zamanda hər ay hər bir uşaq üçün ondan tutularaq ödənilməsi qət edilmiş alimentin məbləğinin də azaldılmasını arzu edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X8 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1042/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X8 ilə İddiaçı arasında bağlanmış xx.xx.2012ci il tarixli nikah qeydi pozulmuşdur. Cavabdeh İddiaçı xx xxxxxx 2016-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ondan cavabdehin xeyrinə məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin azaldılmasını və aliment borcunun silinməsini xahiş edir. Məhkəmə qeyd edir ki, aliment miqdarının dəyişdirilməsi barədə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsinin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə, aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Hazırkı işdə isə Ailə Məcəlləsinin qeyd olunan maddəsinin dispozitiv şərtlərinə uyğun hallar mövcud deyildir. Məhkəmə, iddia tələbinin aliment borcunun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının bu tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 107.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə məhkəmə aliment ödəməli şəxsi iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətini bu borcları ödəməyə imkanı vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən şəxsin aliment borcundan azad edilməsinin əsaslarını şəxsin xəstəliyi, ailə və maddi vəziyyətinin borcu ödəməyə imkan verməməsi və digər üzürlü səbəblərin olması təşkil edir. Hazırkı işdə iddiaçı, aliment borcunun onun xəstəliyi səbəbindən yarandığını bildirsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbləri də əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X5 qarşı aliment borcunun silinməsi və qət edilmiş aliment məbləğinin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cünay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar