Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-493/2020 25.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənəvi zərərin” ödənilməsi tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənəvi zərərin” ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduqları 10000 (on min) manat mənəvi zərərin müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 Cavabdeh1 doğma qızıdır. Cavabdeh1 digər qızı X2 ilə onun arasında 8-9 il bundan əvvəl əmlak mübahisəsi olmuşdur. xx.xx.2019-cu ildə saat 19:30 radələrində o, məlumat almışdır ki, X2 anasıgildədir. Ona görə də onunla görüşmək üçün Cavabdeh1 yaşadığı evə getmişdir. Ona orada Sevdanın onların evində olub-olmadığını soruşmuşdur. Bu zaman Cavabdeh2 onu söyüb təhqir edərək sifətinə sillə ilə vurmuşdur. Hadisə yerinə gələn Cavabdeh1 isə baş nahiyəsinə zərbələr endirmiş, həm Tahirə, həm də Sevinc onu qonşuların gözü qarşısında nalayiq, təhqiramiz söyüş və ifadələrlə söyüb təhqir etmişlər. Cavabdehlər öz qanunsuz əməllərinə haqq qazandırmaq üçün onu mağazadan oğurluq etməkdə təqsirləndirərək ictimaiyyətə açıq hörmətsizlik göstərərək qonşuların yanında onun şərəf və ləyaqətinə və işgüzar nüfuzuna toxunan şər və böhtan xarakterli ifadələr işlətmişlər. Bundan sonra o, ərizə ilə Yevlax rayon Polis Şöbəsinə şikayət etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 269 saylı rəyi ilə onun təpə nahiyəsində sıyrıq olduğu müəyyən edilmişdir. Sonradan toplanmış materiallar aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə verilmişdir. onun şikayəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək və iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin əsasız olduğunu, onun və qızı Sevincin cavabdehə qarşı heç bir zorakı hərəkət etmədiklərini, söyüb təhqir etmədiklərini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona 10000 manat məbləğində mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları subuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlərCavabdeh1 vəCavabdeh2 qarşı “mənəvi zərərin” ödənilməsi tələbinə dair iddiası əsassızdır və təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənəvi zərərin” ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-493/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-493/2020
25.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver