Məhkəmə qərarları › İş №2(039)-535/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-535/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-535/2021 03.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat alimentin və uşağın 3 yaşı tamam olana kimi özünün saxlanılması üçün 80 manat olmaqla, ümumilikdə 280 manat alimentin cavabdehdən alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri yaxşı deyil, demək olar ki, cavabdeh evdə tapılmır, həmin bu ərəfələrdə ailənin dağılmaması üçün əlindən gələni edir. Ancaq uşaqlarının tələbatın ödəməyə artıq gücü çatmır. Ailəsini dolandırmaqda çətinlik çəkir. Bir ana kimi öhdəsinə düşən bütün vəzifələri layiqincə yerinə yetirsə də, cavabdehin maddi imkanının yetərincə yaxşı olmasına baxmayaraq o, könüllü olaraq uşaqlarına yardım göstərməyə cəhd etmir. Cavabdeh bir ata kimi üzərinə düşən maddi və mənəvi dəstəyini uşağına və ona göstərmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Hüseyn Abbasov izahatında bildirdi ki, tərəflərin birgə nikahlarından doğulmuş İncinin saxlanılması üçün 2019-cu il tarixdə 140 manat aliment tutulmuşdur. Eyni zamanda 2020-ci ildə İncinin 3 yaşına çatana kimi iddiaçının saxlanılması üçün cavabdehdən 30 manat aliment tutulmuşdur. Tərəflər arasında münasibətlərin pozulmasına baxmayaraq onlar yenidən ailə kimi birlikdə yaşamağa başlamışlar və onların xx.xx.2021-ci ildə Roman adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh hazırda iddiaçının xeyrinə 170 manat aliment ödəyir- 140 manat uşağı İnci üçün, 30 manat isə iddiaçının özünün saxlanılması üçün. Cavabdeh “xxxx” MMC-də fəhlə işləyir və 285 manat maaş alır. Bu səbəbdən uşağı Romanın saxlanılması üçün 50 manat aliment ödəyə bilər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax rayon Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 249634 №li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah 2018ci ilin may ayının 10-ci günündə Yevlax rayon akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mədətov, arvada isə Mədətova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 525706 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü Roman adlı uşaqları var. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1791/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, xx xxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxx 2019-cu il tarixindən başlayaraq Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-637/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq X3 3 yaşı tamam olanadək hər ay 30 manat məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh “xxxx” MMC-də fəhlə işləyir. Aylıq əmək haqqı 285 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında 2021-ci il üçün “X5” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırkı halda xx.xx.2021-ci il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, uşağı saxlanılması üçün aliment barədə iddiaçının tələbi qismən-hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması hissəsində təmin olunmalı və bu iddia qalan hissədə təmin edilməməlidir. İddiaçının, tərəflərin birgə nikahdan doğulmuş uşaqları Romanın 3 yaşı tamam olanadək cavabdehdən 80 manat alimentin onun xeyrinə tutulması hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən aliment tələb etmək hüququna malikdir. Qeyd olunan normanın tələbindən göründüyü kimi, arvad özünün saxlanılması üçün zəruri vəsaitə malik ərdən aliment tələb edə bilər. Cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddiaçının bu tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə müraciət etdiyindən, uşağın saxlanılması aliment də həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2021-ci il tarixindən başlayaraq Cavabdeh hər ay uşaq üçün 120(bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz)manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar