Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-57/2020 17.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun, Məhkəmə iclasının katibi Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Cavabdeh , Cavabdeh İddiaçı, onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı arasında Yevlax rayon qeydiyyat şöbəsində bağlanmış xx xxxxxx 2015-ci il tarixli nikahın pozulmasını, nikah pozulduqdan sonra uşaqları Aytac Əmrahovanın onun himayəsində qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdr ki, cavabdeh İddiaçı ilə 2015-ci ildə el adəti ilə toy edərək ailə qurub və həmin vaxtdan ailə kimi birlkdə yaşamışlar. xx xxxxxx 2015-ci ildə Yevlax rayon qeydiyat şöbəsində cavabdehlə rəsmi nikah bağlamışlar. Birgə nikahdan 26 sentyabr 2-16-cı il tarixdə qızları X2 anadan olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri çox yaxşı olmuş, həmişə birlikdə mehriban yaşamışlar. Lakin son vaxtlar aralarında olan münasibətlər soyumuş və deməki olar ki, tez-tez münahisələri olmuşdur. Artıq elə bir vəziyyət yaranmışdır ki, onların bir evdə bir ailə kimi yaşamaları qeyri-mümkün olmuşdur. Faktiki olaraq 8 aydır ki, ayrılıblar və cavabdeh öz atası evində yaşayır. İddiaçı Cavabdeh iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Azyaşlı uşağın anasının yanında saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh İddiaçı zamanı iddianın qəbul edərək bildirmişdir ki, iddiaçı ilə ilk dövrlər münasibətləri yaxşı olsa da, sonradan iddiaçı ona münasibətini dəyişmiş, onunla kobud davranmış, ona valideynləri ilə görüşməyə belə qadağa qoymuşdur. İddianın təmin edilməsini, birgə nikahlarından olan azyaşlı uşağın onun yanında saxlanılmasını xahiş etmişdir. Hazırda aliment tələbinin olmadığını qeyd etmişdir. Təqdim edilmiş şəhadətnamə və arayışlarla mübahisəsiz qaydada təsdiq olunur ki, Cavabdehla İddiaçı nikahları xx xxxxxx 2015-ci il tarixdə Yevlax rayon qeydiyyat şöbəsində qeydə alınmış, bu nikahlarından xx xxxxxxxx 2016-cı il tarixdə Aytac adlı uşaqları doğulmuşdur. Ailə Məcəlləsi: Maddə 19.2. ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı) nikahın pozulmasından yayındıqıda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Maddə 20.1. ər arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasına razı olduqlarından ailənin saxlanılması qeyri-mümkündür, bu səbəbdən iddia təmin edilməli, birgə nikahdan olan övladları anasının yanında saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında nikah pozulsun. (Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə, 407 nömrə ilə aparılmış qeyd). Birgə nikahlarından doğulmuş xx xxxxxxxx 2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında qalsın. Boşanma haqqında şəhadətnamə verilərkən Cavabdeh 15 manat dövlət rüsumu alınsın,İddiaçı həmin xərcdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-57/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-57/2020
17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver