Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-619/2023 28.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə Səhiyyə Nazirliyinə onun və ailə üzvləri barəsində yaydığı böhtan xarakterli məlumatlarının hər birini yəni, “Azər Səfərov onun nüfuzundan istifadə edərək hərbi xidmətdən yayındığını, hərbi xidmətdə 35 yaşına kimi olmadığını, saxta əlillik aldığını, qazi adından sui istifadə etdiyini, müharibə iştirakçısı adını qanunsuz əldə etdiyini, o vaxt Sürət Hüseynovun dəstəsində olmağını, oğlu Azər Səfərovun dövlət orqan və təşkilatları şantaj edərək torpaq, mənfəət əldə etdiyini, ondan və övladlarından pul tələb etdiyini, oğlu Ceyhun Səfərov onun vəzifəsindən sui istifadə edərək kənddə narkotik maddə becərdiyini, onun bu işdə ona köməklik etdiyini” təkzib edərək üzr istəməsi barədə məlumat məktubu göndərməsi və ona 4000 manat mənəvi ziyana görə pul ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını və İddiaçı Mingəçevir şəhər Narkoloji Dispanserdə qanunsuz olaraq fəaliyyət göstərməsinə dair araşdırma aparılmasın və xüsusi qarar çıxararaq Baş Prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh Dövlət təhlükəsizlik xidmətinə, Daxili İşlər Nazirliyinə və Səhiyyə Nazirliyinə məktub ünvanlayaraq guya oğlu Azər Səfərovun onun nüfuzundan istifadə edərək hərbi xidmətdən yayındığını, hərbi xidmətdə 35 yaşına kimi olmağını, saxta əlillik aldığını, qazi adından sui istifadə etdiyini, müharibə iştirakçısı adını qanunsuz əldə etdiyini, o vaxt Sürət Hüseynovun dəstəsində olmasını, oğlu Azər Səfərovun dövlət və təşkilatları şantaj edərək torpaq, mənfəət əldə etdiyini, ondan və övladlarından pul tələb etdiyini, oğlu Ceyhun Səfərovun onun vəzifəsindən sui istifadə edərək kənddə narkotik maddə becərədiyini, onun bu işdə ona köməklik etdiyini bildirərək böhtan xarakterli məlumatlar yayaraq onu işlədiyi müəsisədə nüfuzdan salmağa çalışmışdır. Həmçinin qızının xaricdə yaşayaraq Azərbaycan Respublikasına qarşı təbliğat aparılmasını ərizəsində qeyd etmişdir. Cavabdeh bu ərizəsindən sonra o mənəvi sarsıntı keçirmiş və işçilər arasında özünü nüfuzdan düşmüş hesab edir. X7, Dövlət Təhlükəizlik Xidməti və Səhiyyə Nazirliyinə göndərilmiş eyni məzmunlu ərizələ Səhiyyə Nazirliyi tərəfindən toplanaraq fəaliyyət göstərdiyi Mingəçevir şəhər, rayonlararası Narkoloji dispanserə göndərilmişdir. Həmin müraciətlər araşdırılmş və Cavabdeh həqiqətə uyğun olmayan, böhtan xarakterli məktubuna cavab verilmişdir. O uzun müddət tibb sahəsində qüsursuz çalımışdır. Fəaliyyət göstərdiyi müəssisədə həm işçi heyəti, həm rəhbərlik, həm də müraciət edən vətəndaşlar arasında kifayət qədər nüfuza malikdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, ərizələri o yazmışdır. İddiaçı oğlu Ceyhun narkotik əkməklə məşğul olur. Buna görə də cinayət məsuliyyətinə cəlb olunmuşdur. Atası narkoloqdursa, qaydalarını da oğluna o, öyrətmişdir. Digər oğlu Azər hərbi xidmətdə və müharibədə olması barədə məlumatlar da düzdür. Belə ki, Azərin həmin vaxt 16 yaşı olmuşdur. O da 16 yaşında müharibədə iştirak edə bilməzdi. Onu kafeyə çağıraraq onun oğluna Bakı şəhərində 5 sot torpaq almağını tələb etmişdir. Onun bacısının 65 yaşı tamam olduğu üçün işdən azad ediblər. Lakin İddiaçı yaşı çox olmasına baxmayaraq hələ də işləyir. Ailəvi narkotik əkməklə məşğul olurlar. İddiaçı qızı hal-hazırda xaricdədir. Məhkəmənin iclasında şahid qismində dindirilən X4 bildirdi ki, hər ikisi onun yeznələridir. Salehin qızı xaricdə yaşayır. Lakin Azərbaycan Respublikasına qarşı təbliğat aparıb-aparmamasını bilmir. Hər ikisi səhv edir və bir birinin barəsində yazırlar. Məhkəmənin iclasında şahid qismində dindirilən X5 bildirdi ki, torpaq sahələri üzərində mübahisə başlamışdır. Bir-birlərindən yazırlar. Saleh qərəzlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 46, hissə İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Maddə 46, hissə İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Maddə 47. hissə İ. Hər kəsin fikir və söz azadlığı vardır. Maddə 47. hissə İİ. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Maddə 47. hissə İİİ. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Maddə 57, hissə İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, belə bir vəzifə iddiaçıya həvalə edilmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, Səfərov X1 Narkoloji Dispanserdə çalışmış və hazırda cəmiyyətdən tədric olunmaması baxımından könüllü olaraq ictimai əsaslarla məsləhətçi kimi tibb müəssisəsi ilə əməkdaşlıq edir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə şikayət ünvanlamış və həmin şikayətdə “Azər Səfərov onun nüfuzundan istifadə edərək hərbi xidmətdən yayındığını, hərbi xidmətdə 35 yaşına kimi olmadığını, saxta əlillik aldığını, qazi adından sui istifadə etdiyini, müharibə iştirakçısı adını qanunsuz əldə etdiyini, o vaxt Sürət Hüseynovun dəstəsində olmağını, oğlu Azər Səfərovun dövlət orqan və təşkilatları şantaj edərək torpaq, mənfəət əldə etdiyini, ondan və övladlarından pul tələb etdiyini, oğlu Ceyhun Səfərov onun vəzifəsindən sui istifadə edərək kənddə narkotik maddə becərdiyini, onun bu işdə ona köməklik etdiyini” bildirməsi qeyd edilmişdir. Həmçinin iddiaçının qızının xaricdə yaşayaraq Azərbaycan Respublikasına qarşı təbliğat aparılmasını ərizəsində qeyd etmişdir. İddiaçı Cavabdeh qarşı «şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə Səhiyyə Nazirliyinə onun və ailə üzvləri barəsində yaydığı böhtan xarakterli məlumatlarının hər birini yəni, “Azər Səfərov onun nüfuzundan istifadə edərək hərbi xidmətdən yayındığını, hərbi xidmətdə 35 yaşına kimi olmadığını, saxta əlillik aldığını, qazi adından sui istifadə etdiyini, müharibə iştirakçısı adını qanunsuz əldə etdiyini, o vaxt Sürət Hüseynovun dəstəsində olmağını, oğlu Azər Səfərovun dövlət orqan və təşkilatları şantaj edərək torpaq, mənfəət əldə etdiyini, ondan və övladlarından pul tələb etdiyini, oğlu Ceyhun Səfərov onun vəzifəsindən sui istifadə edərək kənddə narkotik maddə becərdiyini, onun bu işdə ona köməklik etdiyini” təkzib edərək üzr istəməsi barədə məlumat məktubu göndərməsi və ona 4000 manat mənəvi ziyana görə pul ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə iş üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır. Qeyd edilməlidir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələdiyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir. Məhkəmə qeyd edir ki, şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Şərəf dedikdə-şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir. Hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə-hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür. Daha sonra, şərəf və ləyaqətin müdafiəsi barədə iddialara baxılarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır. Bundan başqa, şərəf və ləyaqətin müdafiə olunmasının üçüncü şərti-yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmamasından, yəni onların doğru olmamasından ibarətdir. Həm də yayılmış ləkələyici məlumatlar əsassız, uydurma və yalan xarakterə malik olmalıdır. Yalnız bu şərt mövcud olduqda şərəf və ləyaqət alçalır, pozulur və onlara zərər dəyir. Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdə-ilk növbədə ümumiyyətlə, mövcud olmayan hallar (faktlar) barəsində yayılan informasiya başa düşülür. Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlinir ki, hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi istirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir. Məhkəmə hesab edir ki, iş materiallarının olan iddiaçı barəsində ünvanlanmış müraciətlərdəki söz və ifadələrin ləyaqəti ləkləyən məlumat olması açıq-aşkar bəllidir və fakt ortada olduğu və hamıya bəlli olduğu bir halda bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspertin rəyinə ehtiyac yoxdur. Məhkəmə iddiaçı tərəfindən tələb olunan mənəvi zərərlə bağlı məbləği həddən artıq çox hesab edərək bildirir ki, iddiaçı həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında qeyd edilir ki, "Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." Məhkəmə cavabdehin ailə və əmlak vəziyyətini, ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlabatan məbləğdə, yəni 300 (üç yüz) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şikayət ərizəsi ilə müraciət etməklə, İddiaçı barəsində şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatlar yayması nəticəsində ona vurulmuş mənəvi zərərə görə kompensasiya olaraq cavabdehdən 300 (üç yüz) manat pul alınıb iddiaçıya verilməlidir. İddiaçının şərəfi, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatların təkzib edilməsi üsulu cavabdeh tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə rəsmi məlumat vermək yolu ilə müəyyən edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə Cavabdeh İddiaçı qanunsuz işləməsi ilə bağlı xüsusi qərardadın çıxarılması ilə bağlı qeyd edir ki, İddiaçı ictimai əsaslarla məsləhətçi kimi tibb müəssisəsi ilə əməkdaşlıq edir və bu da qanuna zidd olmadığından təmin edilməmlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və quymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şikayət ərizəsi ilə müraciət etməklə, İddiaçı barəsində şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatlar yayması nəticəsində ona vurulmuş mənəvi zərərə görə kompensasiya olaraq cavabdehdən 300 (üç yüz) manat pul alınıb iddiaçıya verilsin. İddiaçının şərəfi, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatların təkzib edilməsi üsulu cavabdeh tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə rəsmi məlumat vermək yolu ilə müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-619/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-619/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver