Məhkəmə qərarları › İş №2(039)-626/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-626/2025

18.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-626/2025 18.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin silinməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı alimentin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 827/2023 saylı qətnaməsi ilə təyin edilmiş aliment əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmış 4800 (dörd min səkkiz yüz) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə cavabdehlə nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2014cü il təvəllüdlü X13, xx.xx.2018-ci il təvəllüdlü X14 adlı üç uşaqları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-827/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqların hər üçünün analarının himayəsində qalması müəyyən olunmuşdur. Həmçinin həmin qətnamə ilə hər ay hər uşaq üçün 100 manat olmaqla, hər ay cəmi 300 manat məbləğində alimentin xx.xx.2023-cü il tarixdən hesablanmaqla ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamə icra edilməsi üçün Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin şöbənin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə ona 5400 manat aliment borcunun olduğu və ödənilmədiyi halda məsuliyyət daşıyacağı bildirilmişdir. Lakin o, bunula qətiyyən razı deyildir. Belə ki, Cavabdeh ilə rəsmi şəkildə boşansalara da, həmin müddətdə faktiki olaraq ayrılmamışlar, yəni aliment təyin olunan tarixdən xx.xx.2023-cü il tarixdən 2024-cü ilin iyun ayının 17-ə kimi onlar arvadı Adilə və uşaqları ilə birlikdə yaşamışlar. Sadəcə savadsız olduğu üçün bu barədə vaxtında İcra Şöbəsinə məlumat verməmişdir. 2024-cü ilin iyun ayının 17-dən isə arvadı Cavabdeh və üç uşağı ondan ayrılaraq Abşeron rayonu, Qobu qəsəbəsində atası evinə getmiş və o da həmin tarixdən sonrakı alimentləri ödəyir. Birgə yaşadıqları 16 ay ərzində (xx.xx.2023-dən xx.xx.2024dək) onun üzərinə aliment borcunun hesablanması həm qanunsuz, həm də ədalətsizdir. Onsuz da həmin 16 ay ərzində uşaqlar, həmçinin arvadı onunla birlikdə yaşamışdır. Həmin tarixlərdə ailə kimi uşaqlarına o baxmış, onların tələbatlarını ödəmişdir. Yevlax şəhər 10 №-li tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 210, 220 və 221 saylı arayışlarından görünür ki, hər üç uşağı 2023-2024-cü tədris ilində həmin məktəbin müvafiq siniflərində tədris almışlar. Cavabdeh həmin tarixlərdə Abşeron rayonunda yaşamış olsaydı uşaqlar Yevlax şəhərində yerləşən məktəbdə təhsil ala bilməzdilər. Həmçinin iddia ərizəsinə əlavə etdiyi aktdan görünür ki, bir neçə şəxs (hansı ki, onların hər biri qonşularıdır) akt yazıb imzalayaraq təsdiq etmişlər ki, ünvan 1 ünvanında X8 məxsus olan mənzildə Cavabdeh 2023-cü ilin yanvar ayından 2024-cü ilin iyun ayına kimi üç övladı ilə birlikdə yaşamışdır. Aktda adı çəkilən X15 onun anasıdır və onların ailə kimi yaşadıqları ev anasına məxsusdur. Yuxarıda qeyd etdiyi tarixlərdə onlar bir ailə kimi yaşamalarına baxmayaraq, həmin müddət ərzində aliment borcu onun üzərinə hesablanmışdır. O, hazırda həmin borcun onun üzərindən silinməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmunua uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnaə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X9 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. İddiaçı uşaqları və Cavabdeh ilə birlikdə 20 iyun 2024-cü il tarixədək bir yerdə yaşamışlar və İddiaçı öz uşaqlarına və ailəsinə baxmışdır. Uşaqlar məktəbdə oxumuş və fərdi qaydada da dərslər keçirilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçıla sinif yoldaşı və dost olmuşlar. Ailəvi gedişgəlişləri olmuşdur. 2024-cü ilin 17-20 iyun tarixlərində İddiaçı zəng edərək, ailəvi olaraq onlara gəlmək istədiklərini bildirmiş, Lətif isə uşaqların evdə olmadıqlarını və Yevlax şəhərinə gəldiyi zaman səbəbini deyəcəyini bildirmişdir. Yevlax şəhərinə gəldikdən sonra Lətiflə görüşmüş və Lətif ona uşaqların evdən çıxıb getdiklərini demişdir. Məhkəmə iclasında iddaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı qardaşının oğludur. Eyni zamanda qonşudurlar və eyni binada yaşayırlar. İddiaçı uşaqlarının həyətdə oynamaqlarını, 2024-cü ilin iyun ayının 17-ə kimi dərsə gedib-gəldiklərini görmüşdür. Həmin tarixədək İddiaçı Cavabdeh və uşaqları ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun oğludur. Boşanmaqlarına baxmayaraq, İddiaçı arvadı Cavabdeh və uşaqları ilə 17 iyun 2024-cü il tarixədək birlikdə yaşamışdır. Uşaqları da həmin tarixədək evin yanında yerləşən məktəbdə təhsil almışlar. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-827/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnaə ilə iddia təmn edilərək, iddiaçı Həsənova (Qarayeva) Adilə Elşən qızı ilə cavabdeh İddiaçı arasında nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 anaları Həsənova (Qarayeva) Adilə Elşən qızının yanında qalmaları, həmin uşaqların saxlanılması üçün 10 fevral 2023-cü il tarixdən hesablanmaqla cavabdeh İddiaçı hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alientin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-827/2023 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borcludan 10 gün müddətində icranı könüllü təmin etməsi tələb edilmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax şəhər Təhsil Sektorunun T.Əzimova adına 10 №-li tam orta məktəb tərəfindən verilmiş 219 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 həqiqətən 2023-2024-cü tədris ilində Yevlax şəhər T.Əzimov adına 10 №-li tam orta məktəbin İX sinifində təhsil almışdır. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax şəhər Təhsil Sektorunun T.Əzimova adına 10№-li tam orta məktəb tərəfindən verilmiş 220 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 həqiqətən 2023-2024-cü il tədris ilində Yevlax şəhər T.Əzimov adına 10 №-li tam orta məktəbin ictimai əsaslarla təşkil olunmuş 5 yaşlı qrupunda təhsil almışdır. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax şəhər Təhsil Sektorunun T.Əzimova adına 10 №-li tam orta məktəb tərəfindən verilmiş 221 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X13 həqiqətən 2023-2024-cü tədris ilində Yevlax şəhər T.Əzimov adına 10 №-li tam orta məktəbin İV sinifində təhsil almışdır. İşdə olan Yevlax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmidar Rüstəmov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcludan icra sənədinin icrası tələb edilmiş və Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Yevlax rayon İcra və Probasiya Şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixlə ərizədən görünür ki, Cavabdeh İddiaçı tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilmədiyini bildirmiş və aliment borcunun ödənilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aryışdan görünür ki, Həsənova (Qarayeva) Adilə Elşən qızı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1500 (bir min beş yüz) manat aliment pulu almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-827/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Həsənova (Qarayeva) Adilə Elşən qızı ilə cavabdeh İddiaçı arasında nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 anaları Həsənova (Qarayeva) Adilə Elşən qızının yanında qalmaları, həmin uşaqların saxlanılması üçün 10 fevral 2023-cü il tarixdən hesablanmaqla cavabdeh İddiaçı hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alientin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İcr sənədi icra edilməsi üçün Yevlax rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, həmin Şöbənin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-827/2023 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borcludan 10 gün müddətində icranı könüllü təmin etməsi tələb edilmişdir. Borclu ötən müddət ərzində, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1500 (bir min beş yüz) manat aliment ödəmişdir. İddiaçı nikahları pozulduqdan sonra da cavabdehlə və uşaqları ilə birlikdə yaşadığını, həmin müddət ərzində ailəsinə baxdığını göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı nikahları pozulduqdan sonra da cavabdehlə və uşaqları ilə birlikdə ailə olaraq birlikdə yaşadıqlarını, həmin müddət ərzində onların maddi təminatını ödədiyini göstərsə də həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının cavabdehlə və uşaqları ilə eyni evdə yaşaması isə cavabdehin və uşaqlarının maddi təmnatının iddiaçı tərəfindən təmin edilməsi kimi qəbul edilə bilməz. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan da (Cavabdeh tərəfindən Yevlax rayon İcra və Probasiya Şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli ərizə, Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış) müəyyən edilir ki, iddiaçının cavabdehlə və uşaqları ilə birgə yaşadıqları dövr kimi qeyd etdiyi müddətdə də cavabdeh tərəfindən aliment borcunun ödənilməsi tələb edilmiş, lakin iddiaçı aliment öhdəliyini tam yerinə yetirməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X3 qarşı alimentin silinməsi tələbinə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 18 (on səkkiz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar