Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-641/2025 29.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair işə 29 may 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə yaşadıqları mümkün olmadığı üçün vaxt verilmədən Cavabdeh arasında olan nikahın ləğv edilməsini, uşağının onun yanında qalmasını, uşağın bütün qayğısını çəkməsi və ehtiyaclarının ödəməsi üçün Cavabdeh birgə nigahdan olan xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutulub onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin həcmini artıraraq Cavabdeh ilə xx.xx.2019-cu ildə bağlanmış rəsmi nikahın pozulmasını və xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 onun yanında qalmasına, xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına qədər saxlanılması üçün hər ay 100 manat cavabdehdən alınıb ona verilməsini, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 2025-ci il üçün müəyyən ediliş minimal əmək haqqının hər uşaq üçün 0.6 misli qədər,cəmi 1.2 misli qədər aliment, ödədiyi 60 manat mediasiya xərcinin və ödədiyi 50 manat dövlət rüsumunun alınib ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək uşağın 3 yaşınadək saxlanılması üçün tələb etdiyi puldan imtina etdiyini göstərmişdir. İddiaçı izah etdi ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Nikahın pozulmasına dair iddia qaldırmağına səbəb odur ki, cavabdehlə xasiyyətləri tutmur, yola getmirlər. Artıq xeyli müddətdir ki, cavabdehlə faktiki olaraq ayrılıb, ər-arvad münasibətlərini kəsiblər, birlikdə təsərrüfat idarə etmirlər, müxtəlif ünvanlarda yaşayırlar. Aralarında olan nikah faktiki olaraq bitmişdir. Cavabdeh izah etdi ki, boşanmağa razı deyil. Onun işi mövsümlə əlaqədardır. Uşağın saxlanması üçün hər uşaq üçün 150 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 50.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli, AZ-İİ 320795 saylı nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə Mİngəçevir regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsində Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 may 2019-cu il tarixli, AZ-İV 282637 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 may 2022-ci il tarixli, AZ-İV 725983 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Mediasiya Təşkilatına 51 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax 1 X1 25 noyabr 2024-cü il tarixli MŞY/MT034/2024-00590 nömrəli arayışından məlum olur ki, İddiaçı nikahın pozulması və aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 16(039)-6/2025 nömrəli qərardadından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 sахlаnılmаları üçün ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 25 fevral 2025-ci il tаriхdən bаşlаyаrаq Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment İddiaçı хеyrinə tutulması, ərizə qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki azyaşlı uşaqları var. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt uşaqlar anasının himayəsində qalmışlar. İddiaçı nikahın pozulması tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ünvanlayaraq nikahın pozulması, uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 2025-ci il üçün müəyyən edilmiş minimal əmək haqqının 0.6 misli qədər aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə barışmaq üçün üç ay vaxt verilməsinə baxmayaraq barışıb ailələrini bərpa etməkləri mümkün olmamışdır. Ona görə də, məhkəmə uşaqların layiqli, firəvan yaşayış səviyyəsini, təlimtərbiyyəsini, təhsilini nəzərə alaraq hesab edir ki, tərəflərin arasında bağlanmış nikah pozulmalı, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqlar İddiaçı himayəsində saxlanılmalı, xx.xx.2025-ci il tarixdən başlayaraq (Yevlax Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 16(039)-6/2025 nömrəli qərardadı nəzərə alınmaqla) xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci 60 manat və dövlət rüsumu 50 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 saylı qərarına əsasən 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 22.1-ci maddəsində göstərilir ki,nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərindən hansının yanında qaldığı müəyyən edilməlidir. 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Mingəçevir regional “Asan xidmət” Qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.2019-cu il tarixli nikah qeydi pozulsun. Nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaq İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq (Yevlax Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 16(039)-6/2025 nömrəli qərardadı nəzərə alınmaqla) xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İlkin mediasiya sessiyasına görə ödənilmiş 60 (altmış) manat, dövlət rüsumuna görə ödənilmiş 50 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-641/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-641/2025
29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver