Məhkəmə qərarları › İş №2(039)-655/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-655/2022

07.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-655/2022 07.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.01.2007-ci 11 təvəllüdlü X1, 20.11.2009-cu il təvəllüdlü X3, 06.09.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay hər birinə sabit pul məbləğində 100 manat alimentin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 2006-cı il tarixindən faktiki olaraq nikaha daxil olmuşlar. Bu nikahdan üç övladları dünyaya gəlmişdir. Uşaqlar onun himayəsindədir. Faktiki olaraq birlikdə yaşamırlar. Bundan başqa cavabdeh uşaqlarının saxlanılmasında iştirak etmir. Çox çətinliklə uşaqlarını saxlayır. O da həqiqətdir ki, cavabdeh xəstədir. İşləmək qabiliyyəti zəifdir. Ancaq təkbaşına uşaqlarını saxlaya bilmir. Hər uşaq üçün 100 manat aliment istəyir. İddiaçı tərəfindən uşaqlarını saxlamaq onun borcudur. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehlə razılığa gəlmişdir, bu barədə ərizə təqdim etməklə iddianın həcmini azaldaraq hər uşağa hər ay 60 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul edərək hər ay hər uşağa 60 manat sabit pul məbləğində alimenti ödəməyə razı olduğunu bildirmişdir. Təqdim edilmiş sənədlərin surətləri ilə təsdiq olunur ki, tərəflərin 06.01.2007-ci il təvəllüdlü X1, 20.11.2009-cu il təvəllüdlü X3, 06.09.2011-ci ıl təvəllüdlü X4 övladları vardır. Ailə Məcəlləsi: Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehdən övladının yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Tərəflərin alimentin məbləği ilə bağlı razılaşmalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verildiyi tarixdən başlayaraq tərəflərin övladları yetkinlik yaşına çatanadək cavabdehdən hər ay hər uşağa 60 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Ödənilməli olan dövlət rüsumunun əvəzi 41.6 manat cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalı. İddiaçı tərəfindən mediasiya üçün ödənilmiş 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 06 yanvar 2007-ci il təvəllüdlü X1, 20 noyabr 2009-cu il təvəllüdlü X3, 06 sentyabr 2011-ci ıl təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 fevral 2022-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi 41 (qırx bir) manat 60 (altmış) qəpik Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Mediasiya üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar