Məhkəmə qərarları › İş №2(039)-68/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-68/2024

09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-68/2024 09.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatında hüquq şöbəsinin məsləhətçisi, Qəyyumluq və Himayəçilik komissiyasının üzvü X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın atanın himayəsində saxlanılması və aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılmaqla, Cavabdeh uşaqların saxlanmasına görə hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə faktiki ailə qurub evlənməklə nikahlarını xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah qeydi Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh övladlarını ataraq başqa bir şəxslə ailə qurduğu üçün övladları 2023-cü ilin iyun ayından onun yanına gələrək faktiki olaraq həmin vaxtdan onun himayəsi altında olmaqla onun yanında yaşamağa başlamışlar. Hal-hazırda övladlarının hər ikisi də onun yanındadır. Ona görə də xx.xx.2010-cu il təvvəllüdlü X3 və xx.xx.2013-cü il təvvəllüdlü X4 onun himayəsində saxlanılmasının rəsmiləşirilməsi və eyni zamanda övladlarının saxlanılması üçün cavabdehdən alimentin alınması məqsədi ilə mediasiyaya müraciət etmiş, lakin orada cavabdehlə aralarında heç bir razılaşma əldə olunmadığı üçün mediasiya prosesinə xitam verilmiş və o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onların iki övladları vardır və onların saxlanılması cavabdehlə onun birgə borcudur. Cavabdeh hazırda onun yanında olan uşaqlarının saxlanması üçün heç bir maddi yardım göstərmir. Hesab edir ki, hər bir uşaq üçün hər ay 220 manat aliment ödəməyə cavabadehin maddi imkanı yol verir. Bu baxımdan cavabdehdən hər bir uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin ödənilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nurlan Süleymanovun iştirakı ilə fikri öyrənilmiş X5 və X7 atalarının yanında yaşadıqlarını və ataları ilə qalmaq istədiklərini bildirmişlər. Məhkəmə iclasında Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 verdiyi rəyi müdafiə etdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZE seriyalı 11695630 №li və AZE seriyalı 11695494 №li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Tunar və xx.xx.2013-cü il təvəllüdlü Anar adlı uşaqları var. xx.xx.2023-cü il tarixli, MŞY/MT034/2023-00108 saylı arayışdan məlum olur ki, İddiaçı uşaq və aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 27 fevral 2024-cü il tarixli rəyindən görünür ki, azyaşlıların hüquq və mənafelərini, xx.xx.2010-cu il təvvəllüdlü X3 və xx.xx.2013-cü il təvvəllüdlü X4 ataları ilə birgə yaşadıqlarını, atalarının yanında qalmaq istəmələri ilə bağlı komissiyaya verdikləri ərizələrini nəzərə alıb, xx.xx.2010-cu il təvvəllüdlü X3 və xx.xx.2013-cü il təvvəllüdlü X4 ataları İddiaçı yanında qalmalarını məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respubilikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 60.4-cü maddəsində qeyd olunmuşdur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, uşağın atası ilə birgə yaşamasını istisna edən hallar mövcud deyildir. Atası uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq və bunlara görə məsuliyyət daşımaq iqtidarındadır. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 09 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü təvəllüdlü X7 ataları ilə birlikdə yaşamaq istədiklərini bildirmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Hazırkı halda xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü təvəllüdlü X4 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa 100 manat, olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız ananın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdən müraciət etdiyindən, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment həmin tarixdən tutulmalıdır. Həmin Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü təvəllüdlü X7 İddiaçı himayəsinə verilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması hissəsində qətnamə darhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar