Məhkəmə qərarları › İş №2(039)-711/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-711/2025

03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-711/2025 03.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 24 iyun 2008-ci ildə faktiki ailə qurmuş, 24 iyul 2014-cü ildə nikahlarını bağlamışlar. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(039)-1081/2024 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqları 26 iyul 2011-ci il təvəllüdlü X1, 15 noyabr 2012-ci il təvəllüdlü X2 və 18 iyul 2022-ci il təvəllüdlü X4 onun (iddiaçının) yanında qalmaları qət edilmişdir. Özü xəstədir, yüngül təsərrüfat işləri ilə məşğul olur. Uşaqların saxlanmasında çətinlik çəkir. Onlara anası kömək edir. Cavabdeh işləyir, uşaqların saxlanması üçün arabir ona kömək edir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2-ci maddələrinə istinad edərək, X1, X2 və X4 yetkinlk yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat sabit pul məlbəğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və cavabdehdən hər ay hər uşağa görə minimum əmək haqqının 0,25 misli həddində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yevlax rayon Səmədabad kənd İƏDÜ nümayndəlik tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 iyul 2011-ci ildə doğulmuşdur, atası İddiaçı, anası X3r. İşdə olan Yevlax rayon Səmədabad kənd İƏDÜ nümayndəlik tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 iyul 2011-ci ildə doğulmuşdur, atası İddiaçı, anası X3r. İşdə olan Yevlax rayon Səmədabad kənd İƏDÜ nümayndəlik tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15 noyabr 2012-ci ildə doğulmuşdur, atası İddiaçı, anası X3r. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 18 iyul 2022-ci ildə doğulmuşdur, atası İddiaçı, anası X3r. İşdə olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1081/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, İddiaçı ilə Əvdilova (Abbasova) Zafta Nizami qızı arasında bağlanmış Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 2014-cü ilin iyul ayının 24-cü günündə akt qeydləri kitabında 26 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 26 iyul 2011-ci il təvəllüdlü X1, 15 noyabr 2012-ci il təvəllüdlü X2 və 18 iyul 2022-ci il təvəllüdlü X4 ataları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1081/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Əvdilova (Abbasova) Zafta Nizami qızı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 26 iyul 2011-ci il təvəllüdlü X1, 15 noyabr 2012-ci il təvəllüdlü X2 və 18 iyul 2022-ci il təvəllüdlü X4 ataları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. İddiaçı işləmir və uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında mütəmadi olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə minium əmək haqqının 0,25 misli həddində aliment təyin edilməsinə dair tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək cavabdehin valideynlik borcudur. Müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ tərəflərin həqiqi vəziyyətinə uyğundur və cavabdeh tərəfi maddi cəhətdən pis vəziyyətə sala bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 04 fevral 2025-ci ildən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 04 fevral 2025-ci ildən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 26 iyul 2011-ci il təvəllüdlü X1, 15 noyabr 2012-ci il təvəllüdlü X2 və 18 iyul 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar