Məhkəmə qərarları › İş №2(039)-718/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-718/2020

14.05.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-718/2020 14.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili X11, cavabdehlər X6 vəCavabdeh vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh vəX9 qarşı aliment tələbinə dair iddiasıüzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X9 iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehlərdən hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərin oğlu X7 ilə xx xxxxxx 2012-ci il tarixdə rəsmi dövlət qeydiyyatdından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxxxx 2013-cü il təvəllüdlü ŞəmilzadəƏləddin Saxavət oğlu və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, X7 ilə aralarında olan xx xxxxxx 2012-ci il tarixli nikah pozulduqdan sonra yetkinlik yaşna çatmayan xx xxxxxx 2013-cü il təvəllüdlü X5 və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 onun yanında saxlanması və onların yetkinlik yaşma çatana qədər xx xxxxxx 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin X1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Səxavət Şəmilov 2-ci qrup əlildir. Əlilliyi şizofreniya psixoz və ağciyərin vərəmi diaqnozu ilə əlaqədar verilmişdir. Bu səbəbdən də, X2 şikayətlərinə əsasən, Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən, birgə nikahdan olan xx xxxxxx 2013-cü il təvəllüdlü X5 və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X8 ümumilikdə 93 manat alimentin X1 tutulub ona ödənilməsi qət edilmişdir. Boşandıqdan sonra cavabdeh övladlarının necə yaşaması, saxlanması ilə maraqlanmayıb, hətta məhkəmə tərəfindən müəyyən edilən alimenti ödəməkdən belə imtina etmiş, xəstəliyini bəhanə edərək ümumiyyətlə alimenti ödəməmişdir. Dəfələrlə Yevlax rayon icra şöbəsinəşikayətlər etsə də, alimentin ödənilməsi ilə bağlı hər hansı addım atılmayıb və beləcə dəX7 aliment ödəməkdən qərəzli şəkildə yayınır. O, heç bir yerdə işləmir, övladları ilə birlikdə valideynləri ilə yaşayır. Nə uşaqların atası, nə cavabdehlər (baba və nənəsi) alimenti könüllüödəmirlər, onlara heç bir köməklik göstərmirlər. Bu səbəbdən cavabdehlərə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı nümayəndəsi-vəkili X17 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin vəkili Məmmədov Fərhad Möhübbət oğlu izahat verərək bildirdi ki, uşaqların atası Səxavət Şəmilov tərəfindən aliment məbləği hər ay ödənilir. Belə ki, Səxavət Şamilov ikinci qrup əlil olduğu üçün aliment borcu onun pensiyasına yönəldilmiş və hər ay onun pensiyasından hər ay tutulmalı olan, yəni iki uşağa görə təyin olunmuş aylıq aliment və yaranmış aliment borcuna görə 161 manat pul tutulur. Uşaqların atası aliment ödədiyi halda aliment tələbinin uşaqların baba və nənəsinə yönəldilməsi əsassız və qanunsuzdur. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının nümayəndəsi və cavabdehlərin vəkilinin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Yevlax rayon İcra Hakimiyyəti Başçısının Malbinəsi kənd X19 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2013-cü il tarixli AZ-İİİ seriyalı 148643 №-li və xx xxxxxx 2015-ci il tarixli AZ-İİİ seriyalı 656416 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 atası X7, anası isə İddiaçıdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-785/2017 saylı işüzrə qəbul etdiyi xx xxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə cavabdeh X7 arasında Yevlax rayon Qeydiyyat Şöbəsində xx xxxxxx 2012-ci il tarixdə bağlanmış 547 saylı nikah qeydinin pozulması, xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 İddiaçı yanında qalması və onların yetkinlik yaşına çatana kimi saxlanmalarıüçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin X1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1426/2018 saylı işüzrə qəbul etdiyi xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(039)- 785/2017 saylı qətnaməsi qismən ləğv edilərək tərəflərin birgə nikahdan olan uşaqları xx xxxxxx 2013-cü il təvəllüdlü X3 və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxxxx 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment olamaqla, cəmi 120 manat məbləğində alimentin X1 alınıb İddiaçı verilməsi qət edilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 1172/1 saylı məktubundan görünür ki, X1 iki uşağın saxlanılması üçün hər ay cəmi 200 manat sabit pul məbləğində alimnetin alınıb İddiaçı verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1734/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi şöbəyə daxil olmuşdur. Borclunun İİ qrup əlillik pensiyasından hər ay 70% tutulma aparılması üçün DSMF-nin Yevlax rayon şöbəsinə təklif göndərilmişdir. Hazırda pensiyadan tutulma aparılmaqla tələbkara hər ay ödəniş olunur. Məktubda əlavə olaraq bildirilmişdir ki, borclunun şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1426/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən hər ay hər uşağa 60 manat sabit pul məbləğində olmaqla ümumilikdə 120 manat alimentin alınınb tələbkara verilməsinə dair yeni icra sənədi şöbənin icraatına daxil olmuşdur. İcra işi nəzarətdədir. Azərbaycan Respublikasının Əmək və X14 Nazirliyi yanında Dövlət X16 Yevlax şəhər şöbəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 31339964 №-li arayışdan görünür ki, X1 xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tərixədək 3007,76 manat aliment tutulub İddiaçı göndərilib, hər ay 161 manat tutulur, hal-hazırda davam edir. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün cavabdehlərdən, yəni uşaqların baba və nənəsindən alimentin tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görəyardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Qeyd olunan maddədən görünür ki, baba və nənənin nəvəni saxlamaq vəzifəsi o zaman yaranır ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün valideynləri tərəfindən onlara maddi yardım edilmir. İddiaçı iddia ərizəsində uşaqların atasının alimenti qərəzli surətdəödəmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı bu hal təsdiqini tapmamış və iddiaçı tərəfindən qeyd edilən halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cünay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar