Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-757/2023 04.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, cavabdeh X6 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2rşı aliment tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Kabira Zabitovaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X4 və X1 üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci ildə faktiki ailə qurub evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan xx.xx.2009-cu ıl təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X13 adında övladları dünyaya gəlmişdir. Nikahları Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli İş № 2(039)-486/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Hər iki uşağı onun himayəsində qalması müəyyən edilmişdir. İki övladları var və onların ikisinin saxlanması cavabdehlə birgə borcudur. Cavabdeh fərdi əməklə məşğuldur mal-qaraları vardır. Hesab edir ki, cavabdehin hər bir uşaq üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəməlidir Bu baxımdan cavabdehin fərdi əməklə məşğul olmasını nəzərə alıb sabit pul məbləğində alimentin ödənilməsini istəyir. Hazırkı məbləğ çox azdır. Bu məbləğ uşağı saxlamaq mümkün deyildir. Bu barədə Mediasiya Şurasına müraciət etmişdir. Ancaq cavabdeh prosesə gəlmədiyindən məhkəməyə müraciət etmişdir. Uşaqların böyüdükcə problemləri də böyüyür. Cavabdehin hər cür imkanı var. Alimenti ödəməlidir. Bu səbəbdən də iddianı müdafiə edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, hər uşağa hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasına etiraz etmir. Cavabdeh Kabira Zabitovanın nümayəndəsi Vəkil iddianı qəbul qismən edərək hər ay hər uşağa 100 manat sabit pul məbləğində alimenti ödəməyə razı olduqlarını bildirmişdir. Sübutlar: Təqdim edilmiş sənədlərin surətləri ilə təsdiq olunur ki, tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X13 adlı övladları vardır. Yevlax Rayon Məhkəməsinin 2()39)-486/2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Kabira Zabitova ilə cavabdeh İddiaçı arasında nikah pozulmuş və nikah pozularkən tərəflərin birgə nikahlarından 07 fevral 2009-cu il təvəllüdlü X9 və 23 mart 2010-cu il təvəllüdlü X13 adlı uşaqları cavabdeh İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X3 X5 Filialının 20 fevral 2023-cü il tarixli 3-17-2/2Q-12740/2-023 №li arayışında qeyd olunur ki, Cavabdeh ilə (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində aktiv əmək müqaviləsi aşkar olunmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən təqdim edilmiş 420 №-li, 01 mart 2023-cü il tarixli tibbi arayışda qeyd olunur ki, xx.xx.1983-cü il təvəllüdlü X10, xx.xx.2023-cü il tarixdə Beyləqan RMX- da tibbi müayinədən keçmiş, xroniki bronxitin kəskinləşməsi, boyun radikuliti, koksik ağrı sindromu, neyrosirkulyator distoniya, kardial tip diaqnozu ilə xəstədir. Beyləqan İcra Hakimiyyəti başçısının Türklər qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 169 №-li, 28 fevral 2023-cü il tarixli arayışında qeyd olunur ki, Cavabdeh Beyləqan rayon Türklər qəsəbəsi təsərrüfatın uçotu kitabında 01-ci kitab 12-ci səhifədə anası X11 ilə birlikdə qeydiyyatdadır və özünə məxsus heç bir mal-qarası yoxdur. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin birgə nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sabit məbləğində aliment tutulmalıdır. İddiaçı, 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, cavabdehin buna maddi imkanının olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, habelə tərəflər məhkəmə iclasında məbləğlə bağlı razılıq əldə etdiyindən məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Aliment məhkəməyə müraciət olunduğu vaxtdan, hazırkı halda 01 fevral 2023-cü il tarixdən tutulmalıdır. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Zabitova Kabira Vahidovnadan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01 fevral 2023-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-757/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-757/2023
04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver