Məhkəmə qərarları › İş №2(039)-767/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-767/2020

19.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-767/2020 19.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx xxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxx 2017-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 200 manat, ümumi 400 manat alimentin cavabdehdən alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx xxx 2014-cü il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 2015-ci il tarixdə X7 və xx xxxx 2017-ci il tarixdə X3 adlı iki övladları dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri cavabdehin təqsiri üzündən pozulmuşdur. Uşaqlarının təlabatlarını ödəməyə artıq gücü çatmır. Ailəni dolandırmaqda çətinlik çəkir. Onun da uşaqlarının başqa uşaqlar kimi normal yaşamağa haqqı var. Bir ana kimi öhdəsinə düşən bütün vəzifələri layiqincə yerinə yetirsə də, cavabdehin maddi imkanı yetərincə yaxşı olmasına baxmayaraq, o, könüllü olaraq uşaqlarına yardım göstərməyə cəhd etmir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, X11 İdarəsinin Yevlax Xidmət Sahəsində nəzarətçi-çilingər peşəsində işləyir, aylıq əmək haqqı 292.50 manatdır. İkinci qrup əlil pensiyaçı anası X4 onun himayəsindədir. İddiaçı Yevlax şəhər 6 nömərli tam orta məktəbdə müəllim işləyir, aylıq əmək haqqı yüksəkdir. Uşaqlarının saxlanılması üçün sabit pul məbləğində, hər ay hər uşağa 100 manat ödəməyə razıdır. Təqdim edilmiş sənədlərin surətləri ilə təsdiq olunur ki, tərəflərin xx xxxx 2015-ci il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X3 adlı iki övladları vardır. Azərbaycan Respublikası Təhsil Nazirliyi 9 saylı X6 Mərkəzinin 151(1)-01-151/12 №li, xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 6 nömrəli tam orta məktəbində aylıq əmək haqqı 632,08 manat olmaqla müəllim vəzifəsində işləyir. X12 İstismar İdarəsinin 39 №-li, xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh X11 İdarəsinin Yevlax Xidmət Sahəsində nəzarətçi-çilingər peşəsində işləyir, aylıq əmək haqqısı 292.50 manatdır. Ailə Məcəlləsi: Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin aylıq əmək haqqı olsa da, cavabdeh alimentin sabit pul məbləğində tutulmasını xahiş etdiyindən ondan yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Qeyd olunmalıdır ki, İddiaçı, Cavabdeh hər ay hər uşağa 200 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia irəli sürsə də, cavabdehin aldığın əmək haqqıdan başqa gəlirinin olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar