Məhkəmə qərarları › İş №2(039)-794/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-794/2020

22.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-794/2020 22.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Məmmədov Murad Göyüş oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin icraatında olmuş 2(039)- 296/2019 saylı mülki iş üzrə mübahisə predmeti olan əmlakların qiymətləndirilməsi ilə bağlı məhkəmə məsrəfi (mütəxəssisə ödənilən məbləğ) ilə bağlı ödənilmiş 200 manatın və hazırkı iş üzrə dövlət rüsumu olaraq ödədiyi 20 manat cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 3000 (üç min) manat dəyərində 29,9 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilyant qızıl komplekt sırğaüzük dəstinin, 350 manat dəyərində 7 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan boyunbağı, 325 manat dəyərində 6,5 qram çəkidə 583 əyarlı, Rusiya istehsalı olan qızıl bilərziyin, 250 manat dəyərində 5 qram çəkidə, 583 əyarlı Rusiya istehsalı olan qızıl üzüyü, 600 manat dəyərində 10 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan brilyant qaşlı nişan üzüyü, 28 manat dəyərində 2 ədəd şalvar, 40 manat dəyərində iki ədəd kofta, 15 manat dəyərində bir cüt qış üçün ayaqqabı, 10 manat dəyərində iki ədəd tərlik, 30 manat dəyərində 2 dəst yay üçün lasin dəsti, 15 manat dəyərində 1 ədəd əl çantası, həmin əmlaklar olmadıqda isə onların dəyərinin alınaraq ona verilməsi habelə ödənilməli olan dövlət rüsumunun əvəzi 30 manatın cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Mülki iş üzrə mübahisə predmeti olan əmlakın qiymətləndirilməsi ilə bağlı o, mütəxəssisə müraciət etmiş və əmlakların qiymətləndirilməsi ilə bağlı mütəxəssisə 200 manat pul ödəmişdir. Habelə ona bildirilmişdir ki, cavabdeh tərəfindən onun xeyrinə tutulmalıdır. Lakin buna baxmayaraq məhkəmə məsrəfi olan yəni, əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssisə ödədiyi 200 manat pul iş üzrə qəbul edilmiş qətnamə ilə onun xeyrinə tutulmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iştirak edəncavabdehin nümayəndəsi Məmmədov Murad Göyüş oğlu izahat verərək işə mahiyyəti üzrə baxılmasını, hazırda iddiaçının tələb etdiyi 200 manat məbləğin 100 manatını ödəyə biləcəyini bildirərək və məhkəmədən qeyd olunanları nəzərə almaqla iddianın qismən təmin olunmasını xahiş etdi. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-296/2019 saylı iş üzrə çıxartdığı xx xxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh brilyant qızıl komplekt sırğa-üzük dəsti-29.9 qr çəkidə, 750 əyarlı İtaliya istehsalı olan qızılın qiyməti - 3000 (üç min) manat, boyunbağı - 7 qram çəkidə, 583 əyarlı Rusiya istehsalı olan qızılın qiyməti - 350 (üç yüz əlli) manat, bilərzik – 6,5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızılın qiyməti - 325 (üç yüz iyirmi beş) manat, üzük - 5 qram çəkidə, 583 əyarlı Rusiya istehsalı olan qızılın qiyməti - 250 (iki yüz əlli) manat, brilyant qaşlı nişan üzüyü - 10 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızılın qiyməti - 600 (altı yüz) manat, habelə şalvar - 2 ədəd – cəmi dəyəri 28 manat, kofta - 2 ədəd - cəmi dəyəri 40 manat, ayaqqabı - 1 cüt qış üçün - 15 manat, tərlik - 2 ədəd-10 manat, “lasin” - 2 dəst (yay üçün) - 30 manat, əl çantası - 1 ədəd - 15 manat, həmin əmlaklar olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilməsi və ödənilməli olan dövlət rüsumunun əvəzi 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-nin Yevlax filialı tərəfindən verilmiş GST 208454 №-li, xx xxxxxx 2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, X1 qızılzinət əşyalarının qiyməti üçün 200 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli məktubdan müəyyən edilir ki, 2(039)-2685/2018 (yeni nömrə 2(039)-296/2019) saylı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulu İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair Yevlax Rayon Məhkəməsinin 2(039)-296/2019 saylı işi üzrə əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyi alınmış və ekspertiza tədqiqatının dəyəri olan 200 manat İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə qətnaməsi ilə iddiaçının tələbi qismən təmin olunmuş, lakin ekspertiza tədqiqatının dəyəri tərəflər arasında bölüşdürülməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 100 manat məbləğində pul tutulmalı, qalan hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 100 (bir yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar