Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-802/2020 26.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X5 və vəkili X6, Cavabdeh və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı hesablanmış aliment borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı hesablanmış aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsaən xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-ci il təvəllüdlü X1 üçün tərəfindən ödənilməsi qət edilmiş eyni zamanda ötən müddət ərzində uşaqların onun yanında qalmalarına baxmayaraq əsassız, yəni xx xxxxxx 2018-ci ildə xx xxxx 2020-ci ilədək hesablanmış aliment borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun sabiq həyat yoldaşıdır. Onlar faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuş və xx xxxxxx 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında olan rəsmi nikahın pozulması, uşaqların ondan alınaraq analarının himayəsinə verilməsi və xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 120 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra, xx xxxx 2020-ci il tarixdə o, uşaqları Pərişan və Pərvini cavabdehə təhvil vermişdir. Lakin cavabdeh ötən müddət üçün hesablanmış 3600 manat aliment borcunu ondan tələb edir. Halbuki, həmin müddət ərzində uşaqlar onun yanında olmuşdur. xx xxxx 2020- ci il tarixdə övladları Pərişan və Pərvini analarına təhvil verilməsinə dair Gəncə şəhər İcra İdarəsi tərəfindən akt tərtib edilmiş və həmin akt iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Ötən müddət ərzində o, işləyərək pul qazanmış və övladlarının tələbatının ödəmiş və bundan sonrakı dövr üçün aliment öhdəliklərindən yayınmaq fikri yoxdur. Lakin ötən müddət üçün hesablanmış aliment borclarının ödəməyə onun maddi imkanı yol vermir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi Usub İbrahimov və vəkili Sevda Bəkirova iddia tələbini müdafiə edərək, tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2015ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2020-ci ilədək iddiaçının himayəsində olduqlarını, faktiki ayrıldıqları müddət ərzində uşaqların cavabdehin yanında olmadığını bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh və onun vəkili Fərhad Məmmədov iddia tələbini qəbul etmədiyini, qeyd olunan müddət ərzində, yəni xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2020-ci ilədək uşaqların iddiaçının himayəsində olmasına baxmayaraq, iddiaçının uşaqları ondan məcburi şəkildə aldığını əsas gətirərək iddianın təmin olunmamasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZ-İİİ seriyalı 526115 nömrəli və AZ-İİİ seriyalı 775631 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Pərişan və xx.xx.2016-cı il təvəllüdlü Pərvin adlı uşaqları var. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-344/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin arasında olan xx.xx.2015-ci il tarixli rəsmi nikah qeydi pozulmuş və xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 İddiaçı alınaraq Cavabdeh verilməsi və uşaqların saxlanılması üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər uşaq üçün hər ay 120 manat məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X4 və X7 xx xxxx 2020-ci il tarixdə borclu İddiaçı alınaraq tələbkar Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, mülki işin materialları və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahdan olan uşaqları Pərvin və Pərişan xx xxxxxx 2018-ci ildən xx xxxx 2020-ci il tarixədək ataları İddiaçı himayəsində olmuşlar. Yuxarıda qeyd olunan qanun normalarının tələbinə görə aliment valideynlərdən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulur. Göstərilən müddət ərzində isə tərəflərin birgə nikahdan olan uşaqlarının saxlanılması ataları, yəni iddiaçı tərəfindən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək hesablanış aliment borcu silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-802/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-802/2020
26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver