Məhkəmə qərarları › İş №2(039)-829/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-829/2021

11.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-829/2021 11.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Şəmil oğlunun və onun vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs icra məmuru X7 iştirakları ilə, İddiaçı Şəmil oğlunun Cavabdeh qarşı hesablanmış aliment borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şəmil oğlu Cavabdeh qarşı hesablanmış aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən 28.12.2003-cü il təvəllüdlü X4, 22.10.2005-ci il təvəllüdlü X5 və 21.06.2011-ci il təvəllüdlü X1 üçün 28.12.2018-ci il tarixdən 27.01.2021-ci il tarixədək olan dövr üçün hesablanmış 3250 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi artırılmışdır.) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun sabiq həyat yoldaşıdır. Birgə nikahdan 28.12.2003-cü il təvəllüdlü X8, 22.10.2005-ci il təvəllüdlü X9 və 21.06.2011-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə onun arasında olan rəsmi nikah Yevlax Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən pozulmuşdur. Övladlarının cavabdehin yanında qalmaları, habelə onun aliment ödəməsi müəyyən edilmişdir. O, aliment öhdəliklərini yerinə yetirib. Lakin 29 dekabr 2018-ci il tarixdən etibarən 2003-cü il təvəllüdlü Məmməd və 2005-ci il təvəllüdlü Elgiz onun yanında qalır, o cümlədən o və valideynləri uşaqların qayğısına qalır və uşaqların bütün təlabatlarını ödəyirlər. Lakin bütün bunlara baxmayaraq qeyd edilən 2 il müddəti üçün onun iki uşağa görə aliment öhdəlikləri dayandırılmamış və 2 illik aliment pulları onun üzərinə hesablanmışdır. Bu hal da onun mənafeyinə toxunur. Ötən iki il müddətində övladları Məmməd və Elgiz onun yanında olmuş, hal- hazırda da Elgiz onun yanındadır. Onun üzərinə hesablanmış 3250 manat aliment pulunun silinməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı Elnur Ramazanov və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Fərhad Məmmədov iddia tələbini etiraf etdiyini, tərəfindən iddianın etiraf edilməsinin təsdiq edilməsini və iddiaçının tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs icra məmuru X11 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-731/205 saylı iş üzrə qəbul etdiyi 04 iyun 2015-ci il tarixli qətnaməsindən görünür ki, 28.12.2003-cü il təvəllüdlü X4, 22.10.2005-ci il təvəllüdlü X5 və 21.06.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatan kimi saxlanmaları üçün cavabdeh İddiaçı Şəmil oğlundan tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 65 manat olmaqla cəmi 195 manat müəyyən edilmiş və həmin məbləğdə alimentin cavabdeh İddiaçı Şəmil oğlundan alınıb iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Cavabdehin nümayəndəsi-vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə yazılı ərizə verməklə iddianı tam etiraf etmişdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən 28.12.2003-cü il təvəllüdlü X4 və 22.10.2005-ci il təvəllüdlü X2 üçün 28.12.2018-ci il tarixdən 27.01.2021-ci il tarixədək hesablanmış 3250 manat aliment borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar