Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-844/2020 27.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “X5” ASC-yə və Cavabdeh3 ASC-yə qarşı kredit və zaminlik müqaviləsinin ləğv edilməsi, hüquqi varisliyin müəyyən edilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, “X5” ASC-yə və Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 ASC-nin X3 ilə bağlamış olduğu kredit müqaviləsinin, eləcə də onunla Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, Z-180CLM********** saylı zaminlik müqaviləsinin ləğv edilməsinə, hazırki Cavabdeh1 X1 hüquqi varisi olaraq tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mərhum X3 Cavabdeh3 ASC-dən 47 ay müddətinə illik faiz dərəcəsi 25% olmaqla 4000 manat kredit götürmüşdür. Həmin borcdan 9 ay müddətində hər ay 135 manat ödənmişdir. Arif Mustafayev onun zamin olaraq adının nəzəri cəhətdən getdiyini, bu barədə “X5” ASC ilə sığorta müqaviləsinin bağlandığını, gələcəkdə başına nə iş gələrsə sığortalandığını ona bildirmişdir. “X5” ASC tərəfindən kredit götürən şəxs üçün həyat sığortası şəhadətnaməsi verilmişdir. Həmin sığorta şəhadətnaməsində istənilən səbəbdən ölüm baş verərsə şəxsin götürdüyü əmanətin sığortalanmasına zəmanət verilmişdir. Kredit götürən şəxs X3 həmin sığorta təşkilatına 200 manat sığorta pulu ödəmişdir. Göründüyü kimi fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borc alanın həyatına, onun ölüm halından tutmuş əmək qabiliyyətinin itirilməsi halına qədər sığortalanması, istənilən səbəb nəticəsində ölüm halına sığorta təminatı verilmişdir. Arif Mustafayev vəfat etdiyindən onun oğlu-hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 onun hüquqi varisi kimi atasının öhdəlikləri üçün cavabdehlik daşımalıdır. Zaminlik müqaviləsi kredit götürən şəxsin ölümündən sonra ləğv edilməli idi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında atası X1 xx.xx.2019-cu il tarixdə vəfat etdiyini və atasının həyat sığortası olduğu üçün onun kredit öhdəliyinin sığorta şirkəti tərəfindən ödənilməli olduğunu bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “X5” ASC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək mülki işə iştirakları olmadan baxılmasını və İddiaçı iddia ərizənin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh3 ASC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh3 ASC-yə qarşı zaminlik müqaviləsinin və kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 180CLM********** №li kredit müqaviləsindən görünür ki, Cavabdeh3 ASC-nin Yevlax filialı tərəfindən X2 47 ay müddətinə illik faiz dərəcəsi 25% olmaqla 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olanCavabdeh3 ASC-nin “Yevlax” filialı ilə İddiaçı (zamin) arasında xx.xx.2018-ci il tarixli, Z-180CLM********** №li kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2018-ci il tarixli, Z-180CLM********** №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Kredit götürən şəxslər üçün həyat sığortası haqqında “X5sı” ASC tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X1 həyatı ölüm halından və əmək qabiliyyətini itirməsi hallarından sığorta edilmişdir. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 006647 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2019-cu ildə vəfat etmişdir. İddia tələbinin Cavabdeh1 X1 hüquqi varisi olaraq tanınması hissəsinə Məhkəmənin xx.xx.2020-ci il tarixli Qərardadı ilə xitam verilmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2018-ci il tarixli, 180CLM********** №li kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Qeyd olunan qanun normasının tələbinə əsasən müqavilənin ləğv edilməsini tələb etmək hüququ müqavilə tərəflərinə məxsusdur. Buna görə də, iddiaçının kredit müqaviləsinin ləğv edilməsi tələbini irəli sürməyə subyektiv hüququ yaranmamışdır. İddia tələbinin xx.xx.2018-ci il tarixli, Z-180CLM********** №li zaminlik müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı kredit alan Arif Mustafayevin ölməsi faktını, onun ölməsi halı ilə əlaqədar həyatının sığortalanmasını və kredit alan şəxsin hüquqi varislərinin olmasını əsas gətirərək onunla bağlanmış zaminlik müqaviləsini mübahisələndirərək ləğv edilməsini istəyir. Zaminlik müqaviləsinin 4-cü bəndində göstərilmişdir ki, zaminliklə təmin edilmiş öhdəlik (borc), habelə Kredit müqaviləsi üzrə hüquqlar hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik, hüquqi varislik qaydasında başqa şəxsə keçdikdə, borcalan öldükdə zaminlik qüvvəsində qalır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə də əsassız olduğu üçün təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçıcavabdehlər“X5” ASC-yə və Cavabdeh3 ASC-yə qarşı kreditvə zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin oluna bilməz. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “X5” ASC-yə və Cavabdeh3 ASC-yə qarşı kredit və zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-844/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-844/2020
27.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver