Məhkəmə qərarları › İş №2(039)-86/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-86/2021

12.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-86/2021 12.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X2 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı cavabdeh Kərimova(Əliyeva) Gülnar Fəxrət qızına qarşı “uşaqların onun himayəsinə verilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı X2 cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə doğulmuş 06.02.2010cu il təvəllüdlü X4 və 17.02.2013-cü il təvəllüdlü X6 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli qərardadı ilə ilkin iddia tələbi baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh X5 ilə 01 dekabr 2010cu il tarixdə rəsmi şəkildə nikaha daxil olmuşdur. Birgə nikahlarından 06.02.2010-cu il təvəllüdlü X7 və 17.02.2013-cü il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə ailə münasibətləri normal olsa da, xasiyyətləri tutuşmadığına görə Göygöl Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarında bağlanan nikah qeydi pozulmuşdur. Cavabdeh normal həyat tərzi keçirmir, uşaqların qayğısına qalmaq və təlim-tərbiyəsi ilə məşğul olmaq iqtidarında deyildir. Cavabdehin normal və daimi yaşayış yeri yoxdur. Övladlarının təhsildən yayınmasına şərait və zəmin yaratmışdır. Cavabdehin qeyri-etik hərəkətləri nəticəsində uşaqlarda ona qarşı nifrət hissi yaranmışdır. Bu səbəbdən uşaqlar ataları ilə qalmaq istəyir və analarının yanına qayıtmaq istəmirlər. Qarşılıqlı iddia üzrə iddiaçı X5 cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmamış övladları 06.02.2010-cu il təvəllüdlü X4 və 17.02.2013-cü il təvəllüdlü X6 cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı onun sabiq həyat yoldaşıdır. Onların birgə nikahdan 06.02.2010-cu il təvəllüdlü X7 və 17.02.2013-cü il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Göygöl Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan rəsmi nikah pozulmuş və azyaşlı övladlarının mənafeyi naminə alimentin tutulması qət edilmişdir. Cavabdeh, uşaqları Yevlax rayon icra və probasiya şöbəsinin vəsitəsilə, həmin şöbənin icraatında olan ünsiyyət hüququn müəyyən edilməsinə dair icra işi ilə bağlı aparmış, lakin icra qaydalarının pozaraq uşaqları ona qaytarmamışdır. Cavabdehin uşaqları yanında saxlamağı aliment öhdəliklərindən yayınma məqsədi daşıyır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia tələbi üzrə İddiaçı məhkəmə iclasına gəlmədiyindən və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbini müdafiə edərək və qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və ilkin iddia üzrə cavabdehin izahatını dinləyib hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İİ seriyalı 729330 №li və AZ-İİ seriyalı 919165 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahdan 06.02.2010-cu il təvəllüdlü Hikmət və 17.02.2013-cü il təvəllüdlü Ömər adlı uşaqları vardır; AZ-İ seriyalı 285041 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 arasında bağlanmış nikah qeydi 06.07.2018-ci il tarixdə pozulmuşdur; Göygöl Rayon Məhkəməsinin 2(066)-230/2018 nömrəli, 04 iyun 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh Kərimova (Əliyeva) Gülnar Fəxrət qızı arasında bağlanmış 01.12.2010-cu il tarixli nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan övladları- 06.02.2010-cu il təvəllüdlü X4 və 17.02.2013-cü il təvəllüdlü X6 analarının yanında qalması, İddiaçı 22 fevral 2018-ci il tarixdən başlayaraq X4 və X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq cavabdeh Kərimova (Əliyeva) Gülnar Fəxrət qızına verilməsi qət edilmişdir; Göygöl Rayon Məhkəməsinin 2(066)-317/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, 06.02.2010-cu il təvəllüdlü X4 və 17.02.2013-cü il təvəllüdlü X6 hər həftənin cümə günü saat 17:00-dan şənbə günü saat 17:00-dək ataları ilə ünsiyyətdə olması üçün Əliyev (Kərimova) Gülnar Fəxrət qızından alınıb İddiaçı oğluna verilməsi qət edilmişdir; Göygöl Rayon İcra hakimiyyəti Başçısı Aparatının yanında qəyyumluq və himayəçilik komissiyasının rəyindən görünür ki, azyaşlı X4 istəyini və fikrini nəzərə alaraq, azyaşlının mənafeyinə uyğun olaraq atası İddiaçı, azyaşlı X11 oğlunun isə ana qayğısına daha çox ehtiyacı olduğu üçün anası X2 himayəsinə verilməsini məqsədəuyğun hesab edilmişdir; məhkəmə tapşırığının icrasının nəticəsi haqqında Göygöl Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli qərardadından görünür ki, məhkəmə iclasında dindirilən 06.02.2010cu il təvəllüdlü X7 və 17.02.2013-cü il təvəllüdlü X8 ataları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər; məhkəmə-psixoloji ekspertizasının 04.10.2021-ci il tarixli, 11/165 saylı rəyindən görünür ki, 06.02.2010-cu il təvəllüdlü X4 və 17.02.2013-cü il təvəllüdlü X6 psixikası və davranışında hansı valideyninin himayəsində qalmasını seçməsi ilə bağlı kənar psixoloji təzyiq əlamətləri müəyyən olunmur. Valideynləri və yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik 06.02.2010-cu il təvəllüdlü X4 və 17.02.2013-cü il təvəllüdlü X6 anası X3 olan münasibətlərinə neqativ təsir göstərmişdir. 06.02.2010-cu il təvəllüdlü X4 və 17.02.2013-cü il təvəllüdlü X6 hal-hazırda ataları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları X3 bağlılıqları müəyyən olunmur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş üzrə tərəflərin birgə nikahlarından Hikmət və Ömər adlı uşaqları var; tərəflər arasındakı nikah pozulmuş və uşaqların analarının himayəsində qalması müəyyən edilmişdir; atalarının uşaqlarla ünsiyyət hüququ təmin edilmiş və uşaqlar analarının yanına qayıtmaq istəməmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Gülnar Əliyeva uşaqlarının təzyiq altında atalarının yanında saxlanıldığını iddia etsə də, məhkəmə araşdırması zamanı belə halın mövcud olmadığı, əksinə uşaqların atalarına bağlı olduqları və bu bağlılığa kənar psixoloji təzyiq əlamətlərinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 60.4-cü maddəsində qeyd olunmuşdur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, uşaqların atası ilə birgə yaşamasını istisna edən hallar mövcud deyildir. Atası uşaqları tərbiyə etmək, onların sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq və bunlara görə məsuliyyət daşımaq iqtidarındadır. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə tapşırığı əsasında 03 mart 2021-ci il tarixdə Göygöl Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında dindirilən 06.02.2010-cu il təvəllüdlü X7 və 17.02.2013-cü il təvəllüdlü X8 ataları ilə birlikdə yaşamaq istədiklərini bildirmişdirlər. Qeyd olunan hallarını nəzərə alıb məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin olunmalı, 06.02.2010-cu il təvəllüdlü X7 və 17.02.2013-cü il təvəllüdlü X8 ataları İddiaçı himayəsinə verilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 80 manat pul X1 Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İlkin iddia təmin edilsin. 06.02.2010-cu il təvəllüdlü X7 və 17.02.2013-cü il təvəllüdlü X8 ataları İddiaçı himayəsinə verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 80 manat pul qarşılıqlı iddia üzrə iddiaçı X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar