Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-897/2021 14.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X7 Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 267 saylı 90109018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Yevlax rayonu, Nemətabad kəndində yerləşən 6.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh ilə bağlanmış saxta – 23 dekabr 2007-ci il tarixli 4Ə-04-361 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh adına verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddia ərizəsinə etiraz etdiyini bildirmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə Yevlax rayonu, Nemətabad kəndində 6.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ailə qurduqdan sonra Yevlax rayonu, Yeni Çobankərə kəndinə köçmüş və hazırda da həmin kənddə yaşayır. 2021-ci ilin mart ayının sonunda Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət edərək, birgə mülkiyyətli torpaqdan payının naturada ayrılmasını istəyərkən ona məlum olmuşdur ki, Cavabdeh saxta alqısatqı müqaviləsi əsasında ona və ailə üzvlərinə məxsus torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Lakin o heç vaxt öz payını satmamış və satmaq fikrində olmamışdır. Bununla bağlı heç vaxt Notariat ofisində olmamış və heç bir müqavilə imzalamamışdır. Ümumiyyətlə həmin müqavilədən belə xəbəri olmamışdır. Ekspertiza rəyindən də məlum olmuşdur ki, müqavilədəki imza ona məxsus deyil, yəni müqavilə saxtadır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X16 iddianı müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli qərarı ilə iddiaçıya və onun ailə üzvlərinə Yevlax rayonu, Nemətabad kəndində 6.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı ailə qurduqdan sonra ər evinə köçmüşdür. Torpaqdan istifadə etməmişdir. Birgə mülkiyyətdə olan torpaqdan payının naturada ayrılması ilə bağlı Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə müraciət edərkən ona məlum olmuşdur ki, Cavabdeh saxta alqı-satqı müqaviləsi əsasında ona və ailə üzvlərinə məxsus torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. İddiaçı bunu öyrənən zaman Prezident Administrasiyasına, Prokurorluğa və Yevlax rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin iddiaçı heç vaxt Notariat ofisində olmamış və heç bir müqavilə imzalamamışdır. Ümumiyyətlə həmin müqavilədən belə xəbəri olmamışdır. Ekspertiza rəyindən də məlum olmuşdur ki, müqavilədəki imza iddiaçıya məxsus deyil, yəni müqavilə saxtadır. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə versə də, iddiaçı həmin müddəti buraxmamışdır. Belə ki, iddiaçının həmin saxta müqavilədən xəbəri olmamışdır. Həmçinin iş materialları ilə də müəyyən olunur ki, Cavabdeh saxta müqavilədən 2021-ci ildə istifadə etmişdir. Buna sübut olaraq, Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən onun adına 02 mart 2021-ci il tarixdə çıxarış verilmişdir. Həmçinin Notariat ofisinin məhkəmə sorğusuna cavabından da məlum olur ki, həmin alqı-satqı müqaviləsi Notarial ofisində aparılmamışdır. Müqavilə saxtadır və ləğv edilməlidir. İddiaçı vəkili X16 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili X5 məhkəmə iclasında çıxış edərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh izah etmişdir ki, İddiaçı və ailə üzvlərinə verilmiş 6.72 ha torpaq sahəsini o tərəflərin iştirakı ilə Yevlax rayon notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin vaxt mülkiyyətçilər özləri orda olaraq müqaviləni imzalamışlar. İddiaçı da həmin vaxt orada idi və müqaviləni o özü imzalamışdır. Müqavilədən Xəyalənin xəbəri olmuşdur. Həmçinin iş üzrə iddia müddəti keçmişdir. Hazırda aralarınzda mübahisə olduğundan Xəyalə hazırki iddia tələbini irəli sürmüşdür. Bundan başqa da Xəyalə ondan Prokurorluğa və Yevlax rayon İcra Hakimiyyətinə şikayət etmişdir. Bununla bağlı mart ayında onu Prokurorluğa və Yevlax rayon İcra Hakimiyyətinə çağırmışlar. Orada onun adına müvafiq çıxarış olduğunu və torpağın onun mülkiyyətində olduğunu bildirmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək bildirmişdir ki, Xəyalə onun qızıdır. Onların birgə mülkiyyətli 6.72 ha pay torpaq sahələri olub. Həmin torpağı əvvəldən Abbasqulu istifadə edir. Xəyalə ərə gedəndə Abbasquludan borc almışlar. Buna görə də, hamısı notariusda torpağı Abbasqulunun adına keçirmişlər. Müqaviləni Xəyalə özü imzalayıb. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, Xəyalə onun bacısıdır. Torpağı Xəyalənin razılığı ilə Abbasquluya satmışlar. Atası Xəyaləni notariusa gətirdi və Xəyalə özü müqaviləni imzaladı. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, torpağın satılması ilə bağlı əmisi etibarnamə vermişdir. Torpağın satılması ilə bağlı ailə üzvləri hamısı iştirak etmişdir. Notarius İkram müəllim idi. Xəyalə də həmin vaxt orada olub və müqaviləni imzalayıb. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X18 ifadə verərək bildirmişdir ki, qardaşı Yadigar o Rusiyada olan zaman yanına gəlmişdir. Həmin vaxt qardaşına etibarnamə vermişdir ki, torpağı sata bilsinlər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının və vəkilinin izahatlarını, cavabdehin vəkilinin çıxışını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 10 mart 2004-cü il tarixli AZ-l 087706 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X25 ilə X9 arasında 10 mart 2004-cü il tarixdə nikah bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Səmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 18 mart 2021-ci il tarixli 372 saylı arayşından məlum olur ki, Əsgərova (Hacıyeva) X15 rayonu, Yeni Çobankərə kəndində yaşayır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən JN-267 kod 90109018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli 02 saylı qərarı ilə X2, X13, X3, X6, X4 və X14 Yevlax rayonu, Nemətabad kəndində kənd təsərrüfatı təyinatlı 6.72 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02 mart 2021-ci il tarixli ********** saylı çıxarışının surətindən məlum olur ki, Cavabdeh Yevlax rayonu, Nemətabad kəndində kənd təsərrüfatı təyinatlı 1.0066 ha torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02 mart 2021-ci il tarixli ********** saylı çıxarışının surətindən məlum olur ki, Cavabdeh Yevlax rayonu, Nemətabad kəndində kənd təsərrüfatı təyinatlı 5.7154 ha torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 23 dekabr 2007-ci il tarixli 4Ə- 04-361 saylı müqavilədən məlum olur ki, X10, X17, X9, X12, X11 və X19 onlara məxsus Yevlax rayonu, Nemətabad kəndində kənd təsərrüfatı təyinatlı 5.72 ha torpaq sahəsini Cavabdeh satmışlar. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 01 iyun 2021-ci il tarixli 424 saylı sorğuya cavabından məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında Yevlax rayon Notariat ofisində 23 dekabr 2007-ci il tarixdə, 4Ə-04-361 reyestr nömrəli alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 01 iyun 2021-ci il tarixli 424 saylı sorğuya cavabından məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında Yevlax rayon Notariat ofisində 23 dekabr 2007-ci il tarixdə, 4Ə-04-361 reyestr nömrəli alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 09 iyun 2021-ci il tarixli 448 saylı sorğuya cavabından məlum olur ki, X10, X17, İddiaçı, X12, X11 və X19 ilə Cavabdeh arasında Yevlax rayon Notariat ofisində 23 dekabr 2007-ci il tarixdə, 4Ə-04-361 nömrə ilə reyestr kitabında notariat hərəkəti aparılmamış və alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2021-ci il tarixli 4/966 saylı еkspеrt rəyindən görünür ki, 2(039)-897/2021 saylı mülki işin 131-ci vərəqəsində olan 23 dekabr 2007-ci il tarixli 4Ə-04-361 reyestr nömrəli alqı-satqı müqaviləsində “İmzalar” qrafasında “Hacıyeva Xəyalə Y” yazıları önündəki imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci madsəsində göstərilir ki, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci madsəsində göstərilir ki, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü madsəsində göstərilir ki, Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci madsəsində göstərilir ki, Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci madsəsində göstərilir ki, Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci madsəsində göstərilir ki, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci madsəsində göstərilir ki, Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.6-cı madsəsində göstərilir ki, Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci madsəsində göstərilir ki, Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci madsəsində göstərilir ki, Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən, Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası MM-nin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu MM-in 384.0.4-cü maddəsi ilə bağlı qeyd edir ki, bu maddədə iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. MM-in 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 12 aprel 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-c1 il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).... Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli 02 saylı qərarı ilə X2, X13, X3, X6, X4 və X14 Yevlax rayonu, Nemətabad kəndində kənd təsərrüfatı təyinatlı 6.72 ha torpaq sahəsi verilmişdir. İddiaçı, X25 ilə 10 mart 2004-cü il tarixdə ailə qurmuş və Yevlax rayonu, Yeni Çobankərə kəndinə köçmüşdür. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə 23 dekabr 2007-ci il tarixli, 4Ə-04-361 nömrəli alqı-satqı müqaviləsini təqdim etmiş və həmin müqavilənin əsasında onun adına Daşınmaz Əmlakın Dövlət reyestrindən 02 mart 2021-ci il tarixli çıxarışlar verilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə 2021-ci ilin mart ayında müraciət etdiyi vaxt torpağın alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirməsindən xəbərdar olmuşdur. Müvafiq Dövlət orqanlarına çıxarışın qanunsuz verilməsi ilə bağlı müraciət etmişdir. Həmçinin Yevlax rayon 1 saylı Notariat ofisindən məhkəmə sorğusuna cavab olaraq, 23 dekabr 2007-ci il tarixli, 4Ə-04-361 nömrəli alqı-satqı müqaviləsi Yevlax rayon Notariat ofisində rəsmiləşdirilməməsi bildirilmişdir. Eyni zamanda ekpert rəyi ilə də müəyyən edilmişdir ki, 23 dekabr 2007-ci il tarixli, 4Ə-04-361 nömrəli alqı-satqı müqaviləsi iddiaçı tərəfindən imzalanmamışdır. Məhkəmə qeyd edir ki, 23 dekabr 2007-ci il tarixli, 4Ə-04-361 nömrəli alqı-satqı müqaviləsi qanunvericiliyin normalarına uyğun olaraq, notariat ofisində aparılmadığından, eləcə də iddiaçı həmin müqaviləni imzalamadığından müqavilə etibarsızdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının 23 dekabr 2007-ci il tarixli, 4Ə-04-361 nömrəli alqı-satqı müqaviləsindən xəbəri olmasını bildirərək iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iddiaçının müqavilədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət edənədək xəbərinin olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda müqavilə iddiaçı tərəfindən imzalanmaması onun müqavilədən xəbərinin olmamasını sübut edir. İddia mülkiyyət hüququ ilə bağlı olduğundan iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Ona görə də məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X10, X17, X9, X12, X11 və X19 ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2007-ci il tarixli 4Ə-04-361 saylı müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02 mart 2021-ci il tarixli ********** saylı və 02 mart 2021-ci il tarixli ********** saylı çıxarışlar ləğv edilməlidir. Cavabdeh 126 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X27rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X10, X17, X9, X12, X11 və X19 ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2007ci il tarixli 4Ə-04-361 saylı müqavilə etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02 mart 2021-ci il tarixli ********** saylı və 02 mart 2021-ci il tarixli ********** saylı çıxarışlar ləğv edilsin. Cavabdeh 126 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə+ apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-897/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-897/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver