Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-916/2024 08.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 iyun 2007-ci il təvəllüdlü nəvəsi X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi; həmçinin Yevlax Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(039)- 2043/2023 saylı qətnaməsi ilə 18 oktyabr 2005-ci il təvəllüdlü X10 və 18 iyun 2007-ci il təvəllüdlü X1 üçün təyin edilmiş hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat məbləğində alimentin həmin qətnamədə göstərilmiş tarixdən, yəni 15 sentyabr 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, nəvələri mərhum həyat yoldaşının himayəsinə verilmişdir və onların saxlanılması üçün 154 manat aliment müəyyən edilmişdir. Daha sonra həyat yoldaşı vəfat etmiş və uşaqlar onun himayəsində qalmışlar. Hazırda uşaqlar üçün müəyyən edilmiş alimentin cavabdehdən alınıb ona verilməsini və Leyla Məmmədova üçün alimentin artırılmasını istəyir. Hazırda Leyla üçün 170 manat alimentin müəyyən edilməsini istəyir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün müəyyən edilmiş 154 manat alimenti uşaqların 18 yaşı tamam olana qədər İddiaçı hissəhissə ödəməyə razıdır. Lakin yenidən ailə qurmuşdur. Həmin ailəsindən iki uşağı var və bu səbəbdən həmin borcu hisə-hissə ödəyəcək. Leyla Məmmədova adlı uşağın saxlanılması üçün 170 manat aliment ödəməyə razıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 iyul 2007-ci il tarixli, AZ-l 951003 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 18 iyun 2007-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 yanvar 2020-ci il tarixli, AZ-ll 065818 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 02 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 noyabr 2021-ci il tarixli, AZ-ll 222621 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 19 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(039)-2043/2021 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh Yevlax Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulması barədə 08 oktyabr 2021-ci il tarixli 2(039)-2043/2021 saylı qərardadı əsasında ödənilmiş aliment nəzərə alınmaqla 15 sentyabr 2021-ci il tarixdən başlayaraq, 18 oktyabr 2005-ci il təvəllüdlü X5 və 18 iyun 2007-ci il təvəllüdlü oğlunun X2 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat aliment iddiaçı X6 xeyrinə tutulması qət edilmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(039)-2234/2023 saylı qətnaməsindən məlum olur ki, 18 oktyabr 2005-ci il təvəllüdlü X10 və 18 iyun 2007-ci il təvəllüdlü X3 İddiaçı himayəsinə verilməsi qət edilmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 iyun 2023-cü il tarixli, MŞY/MT034/2023-00091 saylı arayışdan məlum olur ki, İddiaçı aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 mart 2021-ci il tarixli, AZ-ll 412891 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə X7 arasında 01 mart 2021-ci il tarixdə nikah bağlanmışdr. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 avqust 2021-ci il tarixli, AZ-lV 610695 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 24 iyul 2021-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 aprel 2023-cü il tarixli, AZ-lV 863247 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 15 mart 2023-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasında 2024-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2024-cü ildən uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, İcra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olnmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Azərbaycan Respublikası İcra haqqında qanununun 31-ci maddəsinə əsasən İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, Cavabdeh ilə X4 ailə qurmuşlar. Onların birgə nikahlarından 18 oktyabr 2005-ci il təvəllüdlü X10 və 18 iyun 2007-ci il təvəllüdlü X3 adlı iki uşaqları olmuşdur. Onlar ayrıldıqdan sonra uşaqlar analarının himayəsində qalmışlar. X4 02 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Uşaqlar məhkəmə qətnaməsi ilə X6 himayəsinə verilmişdir. X11 19 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Uşaqlar faktiki olaraq iddiaçının himayəsində qalmışlar. Yevlax Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(039)- 2043/2021 saylı qətnaməsi ilə Cavabdeh Yevlax Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulması barədə 08 oktyabr 2021-ci il tarixli 2(039)-2043/2021 saylı qərardadı əsasında ödənilmiş aliment nəzərə alınmaqla 15 sentyabr 2021-ci il tarixdən başlayaraq, 18 oktyabr 2005-ci il təvəllüdlü X5 və 18 iyun 2007-ci il təvəllüdlü X2 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat aliment iddiaçı X6 xeyrinə tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(039)- 2234/2023 saylı qətnaməsi ilə 18 oktyabr 2005-ci il təvəllüdlü X10 və 18 iyun 2007-ci il təvəllüdlü X3 İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 iyun 2007-ci il təvəllüdlü nəvəsi X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi; həmçinin Yevlax Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(039)-2043/2023 saylı qətnaməsi ilə 18 oktyabr 2005-ci il təvəllüdlü X10 və 18 iyun 2007-ci il təvəllüdlü X1 üçün təyin edilmiş hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat məbləğində alimentin həmin qətnamədə göstərilmiş tarixdən, yəni 15 sentyabr 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, uşaqların layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini cavabdehin ikinci dəfə ailə qurmasını və yeni ailəsindən iki uşağının olmasını nəzərə alınaraq, Cavabdeh 19 noyabr 2021-ci il tarixdən başlayaraq, 18 oktyabr 2005-ci il təvəllüdlü X5 və 18 iyun 2007-ci il təvəllüdlü X2 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat aliment İddiaçı xeyrinə tutulmalıdır. Yevlax Rayon Məhkəməsinin Yevlax Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(039)-2043/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh 18 iyun 2007ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, uşaqlar babasının himayəsində saxlanılmışdır. X11 19 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. X11 vəfat etdikdən sonra uşaqlar faktiki olaraq iddiaçının himayəsində qaldığından alimetin iddiaçının xeyrinə tutulması X11 vəfat etdiyi gündən, yəni 19 noyabr 2021-ci il tarixdə hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 19 noyabr 2021-ci il tarixdən başlayaraq, 18 oktyabr 2005-ci il təvəllüdlü X5 18 yaşına çatanadək, 18 iyun 2007-ci il təvəllüdlü X2 hazırki qətnamə qanuni qüvvəsini alanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat aliment İddiaçı xeyrinə tutulsun. Yevlax Rayon Məhkəməsinin Yevlax Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(039)-2043/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 18 iyun 2007-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-916/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-916/2024
08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver