Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-946/2021 07.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Məhərrəm qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment tələbinə” dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment tələbinə” dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onunla faktiki nikahlarından 20.01.2012-ci il təvəllüdlü X1 atası olmasının müəyyən edilməsinə, cavabdehlə faktiki nikahlarından 11.01.2011-ci il təvəllüdlü X2 və 20.01.2012-ci il təvəllüdlü X1 yetkilik yaşına çatana kimi saxlanılması üçün hər ay hər ay uşağa 200 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi artırılmışdır.) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2007-ci il tarixdə faktiki ailə münasibətlərinə girərək birlikdə yaşamışlar. Bu münasibətlərdən 11.01.2011-ci il təvəllüdlü X7 və 20.01.2012-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Uşaqlar hal-hazırda onun himayəsindədir və onunla birlikdə yaşayırlar. Hazırda alimentə çox ehtiyacı var. Onlar 2 ildir ki, faktiki olaraq ailə münasibətlərində deyil. Azyaşlı uşaqlarının saxlanılmasında cavabdeh də iştirak etməli, onlarla bağlı hər cür münasibətlərdə maddi və mənəvi dayaq olmalıdır. Cavabdehin işi və qazancı kifayət qədər var. Uşağın saxlanılması üçün 200 manat məbləğ çox da böyük olan məbləğ deyil. O, cavabdehdən sabit pul məbləğində aliment tələb edir. Uşaqları saxlamaq onun qədər cavabdehin də vəzifəsidir. Uşaqların saxlanılması və onların mənafeyi hər şeydən üstündür. Məhkəmə iclasında İddiaçı Məhərrəm qızı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qismən qəbul edərək, buna dair müvafiq ərizə verərək, Məmmədova Sevincin atası olmasının müəyyən edilməsinə heç bir etirazı olmadığını, lakin tələb olunan alimentin məbləği ilə razı olmadığını, 11.01.2011-ci il təvəllüdlü Məqsədin və 20.01.2012-ci il təvəllüdlü Sevincin yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 100 manat aliment ödəyə biləcəyini göstərdi və məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə Yevlax şəhərində doğulub, həmin şəhərdə qeydiyyatdadır, Cavabdeh 09.02.1983-cü ildə Ağdaş rayonu Əmirarx kəndində doğulub, həmin kənddə də qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 539415 №-li doğum haqqında şəhadətnamədən görünür ki, 23.02.2011-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİ seriyalı 815691 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Məmmədova Sevinc Şövqi qızı 20 yanvar 2012-ci il tarixində Yevlax şəhərində doğulmuşdur, onun doğulması Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında 31.01.2012-ci il tarixində 93 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə həmin uşağın atası X6, anası İddiaçı Məhərrəm qızı kimi yazılmışdır. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının və babasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Doğum qeydə alınandan sonra iddiaçı atalığın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsindən görünür ki, atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın cavabdehdən törədiyini təsdiq edən sübutlar mövcuddur. Belə ki, məhkəmə iclasında Cavabdeh 20.01.2012-ci il təvəllüdlü Sevincin atası olduğunu etiraf etmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. İddianın qismən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın qismən etiraf edilməsini qəbul edir və cavabdehdən hər ay hər uşaq üçün 100 manat məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasında 2021-ci il üçün “X5” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı Məhərrəm qızının 20 yanvar 2012-ci il tarixində Yevlax şəhərində doğduğu qızı uşağının atasının Cavabdeh olması müəyyən edilməli, bu barədə müvafiq akt qeydində düzəliş edilməli və Cavabdeh X4 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 yanvar 2012-ci il tarixində Yevlax şəhərində doğulmuş, doğulması Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 31.01.2012-ci il tarixində 93 nömrə ilə qeyd edilmiş X1 atasının Cavabdeh olması müəyyən edilsin. Məmmədova Sevinc Şövqi qızının doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edilərək soyadı–Əzizova, atası– Cavabdeh göstərilsin. 11.01.2011-ci il təvəllüdlü X4 və 20.01.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 09 aprel 2021-ci il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Məhərrəm qızına verilsin. Alimentin tutulması hissəsində qətnamə darhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-946/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-946/2021
07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver