Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-957/2020 08.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlunun Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2018-ci il doğum tarixli X3 və xx xxxx 2019-cu il doğum tarixli X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, Cavabdeh ilə onun arasında bağlanmış nikah qeydinin pozulmasına; xx xxxx 2018-ci il doğum tarixli X3 və xx xxxx 2019-cu il doğum tarixli X2 onun himayəsində saxlanılmasına; onların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 200 manat sabit pul məbləğində alimentin tutulmasına və hər iki uşağın 3 yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 100 manat alimentin ondan tutulmasına və ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx xxxxx 2017-ci ildə nikaha daxil olub ailə qurmuşdur. Bu nikahdan iki övladları xx xxxx 2018-ci il doğum tarixli X6 və xx xxxx 2019-cu il doğum tarixli X5 adında övladları doğulmuşdur. Onlar 2 aydır ki, ailə münasibətlərində deyillər, yəni bu müddət ərzində onlar faktiki olaraq ayrı yaşayırlar. O, cavabdehin zor və təhdidlərinin təsiri altındadır. Bu dözülməz həyat tərzi son anda intiharı ilə qurtaracaqdır. O çətin və dözülməz həyat şəraitində bu insanla artıq yaşamaq istəmir. Bu səbəbdən də boşanmaq istəyir. Uşaqları onun himayəsindədir. Məhkəmə qətnaməsi çıxarılan zaman uşaqlarının onun himayəsində saxlanılmasını istəyir. Bu səbəbdən də aliment tələbinə dair iddia ərizəsinin həcmiin artıraraq, uşağı 3 yaşına çatanadək onun saxlanılması ilə əlaqədar cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimenti, həm də onunla boşanmaq istəyir. Qızı Aysunun 2 yaşı iyun ayında. Nərmanın isə həmin ayda 1 yaşı tamam olur. Hər iki uşağı xəstədir. Bununla bağlı olaraq tibbi kağızları da təqdim edir. İki azyaşlı uşağı çox çətinliklə saxlayır. Ailə qanunvericiliyinə görə kifayət qədər qazancı olan ata, uşaq 3 yaşına çatanadək saxlanılması üçün müvafiq aliment öhdəliklərində iştirak edir. O, da bu səbəbdən həm uşaqla yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin, həm də hər iki uşaq 3 yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində alimenti cavabdehdən tələb edir. Cavabdeh Fövqaladə Hallar Nazirliyinin Aran X4 işləyir. Yüksək əmək haqqı alır. Alimentləri ödəməyə kifayət qədər gücü var. Maşını ilə işdən sonra da işləyir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini bildirmişdir. İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlu məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izah etdi ki, İddiaçı ilə boşanmağa və uşaqların anasında qalmasına razıdır. Hər ay hər bir uşaq üçün 100 manat ödəməyə imkanı var. Cavabdeh məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli AZ-lV 100825 saylı arayışından məlum olur ki, X6 xx xxxx 2018-ci il tarixdə anadan olmuş atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli AZ-lV 280183 saylı arayışından məlum olur ki, X5 xx xxxx 2019-cu il tarixdə anadan olmuş atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Asan-Bərdə tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Qara Qarayev küçəsi ev 22-də qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxx 2020-ci il tarixli AZ-ll 189863 saylı çıxarışından məlum olur ki, Cavabdeh ilə X7 arasında xx xxxxx 2017-ci il tarixdə nikah bağlanmışdır. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər xx xxxxx 2017-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt uşaqlar ananın himayəsində qalmışdır. İddiaçı nikahın pozulması tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ünvanlayaraq nikahın pozulması, uşağın onda saxlanılması, uşaqların saxlanılması üçün hər ay 200 manat aliment və 100 manat əlavə xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Faktiki olaraq ailə mövcud deyildir. Aralarında qeyd edilmiş nikah formal xarakter daşıyır. Cavabdeh iddianı qismən qəbul edir. Nikahın pozulmasına və uşaqların anasında qalmasına razıdır. İddianın aliment hissəsində isə hər ay hər uşaq üçün 100 manat aliment ödəməyə razıdır. Ona görə də, məhkəmə uşaqların layiqli, firəvan yaşayış şəviyyələrini, təlimtərbiyələrini, təhsillini nəzərə alaraq hesab edir ki, tərəflərin arasında bağlanmış nikah pozulmalı, xx xxxx 2019-cu il təvəllüdlü X5 və xx xxxx 2018-ci il təvəllüdlü X6 adlı uşaqlar İddiaçı himayəsində saxlanılmalı, onların saxlanılması üçun hər ay hər uşağa görə 100 manat və uşaqların 3 yaşı tamam olan günədək hər ay hər uşaq üçün 25 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 22.1-ci maddəsində göstərilir ki,nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərindən hansının yanında qaldığı müəyyən edilməlidir. 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsində qeyd edilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq, Dövlət büdcəsinə ödənilməlidir. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış xx xxxxx 2017-ci il tarixli nikah qeydi pozulsun. Nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2019-cu il təvəllüdlü X5 və xx xxxx 2018-ci il təvəllüdlü X6 adlı uşaqlar İddiaçı himayəsində saxlansın. Cavabdeh xx xxx 2020-ci il tarixdən başlayaraq, xx xxxx 2019-cu il təvəllüdlü X2 və xx xxxx 2018-ci il təvəllüdlü X3 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat və uşaqların 3 yaşı tamam olan günədək hər ay hər uşaq üçün 25 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-957/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-957/2020
08.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver