Məhkəmə qərarları › İş №2(039)-972/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-972/2021

08.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-972/2021 08.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “aparılmış təmir-tikinti işlərinin nəticəsində ödənilməmiş əmək haqqının alınması tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus olan fərdi yaşayış evindən apardığı təmir-tikinti işlərinin nəticəsi olaraq sərf etdiyi əməyinin dəyəri 865 manat məbləğində pulun cavabdehdən alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia ərizəsi icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması 08 iyul 2021-ci il tarixə təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “aparılmış təmir-tikinti işlərinin nəticəsində ödənilməmiş əmək haqqının alınması tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar