Məhkəmə qərarları › İş №2(040)-1041/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1041/2025

01.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1041/2025 01.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qazanca görə tutulan alimentin hesablanma qaydasının dəyişdirilərək sabit məbləğdə aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahlarından 01 noyabr 2015-ci ildə doğulmuş X3 və 23 may 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 186/2022 saylı qətnaməsinə əsasən onların birgə nikahlarından 01 noyabr 2015-ci ildə doğulmuş X3 və 23 may 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 12 yanvar 2022-ci il tarixdən hesablanmaqla, Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdəbir hissəsi miqdarında aylıq alimentin tutularaq ona ödnilməsi qət edilmişdir. Hazırda Cavabdeh sonuncu iş yerindən işdən çıxarılmışdır, buna görə də alimentin sabit məbləğdə tutulması zərurəti yaranmışdır. Bununla bağlı mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiyada iştirak etmədiyindən məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirir ki, maddi cəhətdən imkanı yaxşı olmadığına görə uşaqlarını saxlamaqda çətinlik çəkir. Mülki iş üzrə hazırlıq iclası 18 avqust 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 01 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin hər bir uşağa görə 210-220 manat verməsinə razılaşdığını, hər uşağa görə 210 (iki yüz on) manatdan az məbləği qəbul etmədiyini, uşaqların məktəbli olduğunu, xərclərinin artdığını bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, hazırda işsizdir, maddi vəziyyəti çətindir. İşdən çıxdığına görə ona üç aylıq əməkhaqqı olaraq kompensasiya verilir, sonuncu ayı hələ almamışdır. Valideynləri yaşlı adamlardır, heç bir köməyi də yoxdur. O, hər uşağa görə yalnız 150 (bir yüz əlli) manat aliment ödəyə bilər. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat şöbəsi tərəfindən 18 noyabr 2015ci il tarixdə verilmiş AZ-İİİ № 575670 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 noyabr 2015-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 iyun 2018-ci il tarixdə verilmiş AZ-İV № 063346 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 23 may 2018-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 fevral 2022-ci il tarixli 2(040)-186/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiasının qismən təmin edilməsi, tərəflərin birgə nikahından 01 noyabr 2015-ci ildə doğulmuş X3 və 23 may 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 12 yanvar 2022-ci il tarixdən hesablanmaqla, Cavabdeh qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aylıq alimentin tutularaq İddiaçı verilməsi, İddiaçı mediasiya xidmətinin göstərilməsinə görə ödədiyi 100 manat xərcin 50 (əlli) manat pul əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 sentyabr 2022-ci il tarixdə İddiaçı verilmiş AZ-İ № 422048 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 06 sentyabr 2022-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 08 sentyabr 2022-ci il tarixdə 56 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Əlbəndov”, qadına “Əlbəndova” soyadları verilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 (M-00185) tərəfindən verilmiş 18 iyun 2025-ci il tarixli MŞG/1-MT007/00922 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(040)- 186/2022 saylı qətnaməsi ilə təyin edilmiş, 01 noyabr 2015-ci ildə doğulmuş X3 və 23 may 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin (başqa gəlirlərin) üçdəbir hissəsi miqdarında tutulan aylıq aliment hazırki halda uşaqların maddi təminatının səviyyəsinin normal saxlanması üçün əlverişli deyildir. Ona görə də uşaqların mənafeyi nəzərə alınaraq alimentin miqdarının hesablanması qaydası dəyişdirilməli, sabit pul məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(040)-186/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının və gəlirlərinin üçdəbir hissəsi miqdarında tutulan alimentin hesablanma qaydası dəyişdirilməli, cavabdehdən tutulacaq aylıq alimentin məbləği 01 sentyabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə-uşaqların saxlanması üçün bu qətnamə ilə təmin edilmiş hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddindən artıq olan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia üzrə sabit pul məbləğində tələb olunan alimentin hansı əsasla həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 2(040)-186/2022 saylı qətnaməsi ilə iki uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qazanca görə tutulan alimentin hesablanma qaydası dəyişdirilsin. 01 noyabr 2015-ci ildə doğulmuş X3 və 23 may 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, 01 sentyabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 01 (bir) misli həddində sabit pul məbləğində aylıq aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar