Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-106/2024 14.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 15 iyun 2018-ci ildə doğulmuş X4 və 07 iyul 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə birgə nikahlarından 15 iyun 2018-ci ildə X4 və 07 iyul 2020-ci ildə X2 adlı iki uşaqları doğulmuşdur. Münasibətləri uyğun gəlmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 12 oktyabr 2023-cü il tarixində keçirilmiş mediasiya sessiyası zamanı aralarında olan mübahisələr üzrə könüllü olaraq razılaşmaya əsasən birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalması ilə bağlı barışıq sazişi bağlamışlar. Cavabdehlə ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə onun himayəsindədir. Cavabdeh uşaqların saxlanmasında maddi cəhətdən köməklik göstərmir. Uşaqlar böyüdükcə tələbatları artır. O isə tək qadın olmaqla uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir.Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı 07 yanvar 2024cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddiasının təmin edilməsini xahiş edtmişdir. Cavabdeh 07 yanvar 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini qeyd etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 07 yanvar 2024-cü il tarixli məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh uşaqları ilə maraqlanmır, uşaqların saxlanmasında ona heç bir maddi köməklik etmir. Cavabdehdən uşaqların saxlamasında maddi köməklik etməsini, hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat aliment ödəməsini tələb edir. O, iddia tələbinin təmin edilməsini xahiş etmişdir (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Cavabdeh iştirak etdiyi 07 yanvar 2024-cü il tarixli məhkəmə baxış iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, övladlarına görə hər ay hər uşağa 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment ödəməyə razıdır (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 18 iyun 2018ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 15 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş, atası- Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 15 iyul 2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 07 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş, atası- Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Yevlax 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 (M-00348) tərəfindən təsdiq edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2023-cü il tarixli barışıq sazişinin 2-ci bəndindən görünür ki, “1) tərəflər öz aralarında bağlamaq istədikləri Barışıq sazişinə əsasən 15 iyun 2018-ci ildə doğulmuş X4 və 07 iyul 2020-ci ildə doğulmuş X1 ana İddiaçı yanında qalması barədə razılığa gəlmişlər”. İş materiallarında olan: Mingəçevir Şəhər Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(051)-2010/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçi Cavabdeh ilə cavabdeh İddiaçı arasında Mingəçevir Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 18 may 2018-ci il tarixdə 102 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 15 iyun 2018-ci ildə doğulmuş X4 və 07 iyul 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər ay hər uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 20 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. 15 iyun 2018-ci ildə doğulmuş X4 və 07 iyul 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aylıq aliment tutularaq İddiaçı verilsin. Hazırki qətnamə üzrə alimentin tutulması 20 noyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-106/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-106/2024
14.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver