Məhkəmə qərarları › İş №2(040)-109/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-109/2024

05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-109/2024 05.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı- İddiaçı və onun nümayəndəsi (qardaşı) X4, Cavabdeh- Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında əvvəl müəyyən edilmiş alimentin miqdarının azaldılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından 15 iyun 2014-cü il tarixdə doğulmuş X2 və 10 avqust 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2013-cü ildə ailə qurmuş, nikahlarını 22 yanvar 2014-cü ildə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişdir. Birgə nikahdan 15 iyun 2014-cü il tarixdə X2 və 10 avqust 2015-ci il tarixdə X3 adlı iki uşaqları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 05 dekabr 2022ci il tarixli 2(040)-579/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 15 iyun 2014-cü il tarixdə doğulmuş X2 və 10 avqust 2015-ci il tarixdə doğulmuş X1 anaları (iddiaçı) Cavabdeh Əlamdar qızının yanında saxlanılması, 01 iyun 2022-ci il tarixdən hesablanmaqla, 15 iyun 2014-cü il tarixdə doğulmuş X2 və 10 avqust 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa görə 200 (iki yüz) manat, iki uşağa görə cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aylıq alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh Əlamdar qızına verilməsi qət edilmişdir. O, hazırda heç yerdə işləmir, aylıq gəliri yoxdur, günəmuzd işləyir, yəni iş olanda günə 10-20 manat pul qazanır. Yəni, o, 1 aya təxminən 200-300 manat pul qazanır. Belə olan halda, iki uşaq üçün 400 (dörd yüz) manat alimenti ödəmək qabiliyyətində deyildir. Bu səbəbdən hesab edir ki, tutulan alimentin miqdarı azaldılmalıdır. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, əvvəl maddi imkanı yaxşı olduğuna görə hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat aliment ödəməyə razılıq vermişdir. Hazırda isə işsiz olduğundan və gəliri azaldığından maddi imkanı 400 (dörd yüz) manat alimenti ödəməyə imkan vermir. Həmçinin, o başqa bir övladına da aliment ödəyir. Buna görə də aliment borcunu ödəməkdə çətinlik çəkir. Hesab edir ki, ondan 15 iyun 2014-cü il tarixdə doğulmuş X2 və 10 avqust 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində tutulan alimentin miqdarı azaldılmalıdır. İddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi (qardaşı) X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, İddiaçı maddi imkansızlığını nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı alimentin azaldılmasını maddi imkanının olmaması və digər övladına da aliment ödəməsi ilə əsaslandırmışdır- bu isə çox əsassızdır. Belə ki, iddiaçının gəlirində dəyişiklik və ya azalma olmamışdır. Belə olan halda alimentin azaldılması qəbulolunmazdır. İddia əsassız olduğundan iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 iyul 2014-cü il tarixdə verilmiş AZ-İİİ № 292985 saylı doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır -hakimin qeydi) görünür ki, X2 15 iyun 2014-cü il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası- İddiaçı, anası-Cavabdeh Əlamdar qızıdır. İş materiallarında olan: Kəlbəcər rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 avqust 2015ci il tarixdə verilmiş AZ-İİİ № 575565 saylı doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır -hakimin qeydi) görünür ki, X3 10 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası- İddiaçı, anası-Cavabdeh Əlamdar qızıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(040)-579/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Əlamdar qızı ilə cavabdeh İddiaçı arasında 22 yanvar 2014-cü il tarixdə Kəlbəcər rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 15 iyun 2014-cü il tarixdə doğulmuş X2 və 10 avqust 2015-ci il tarixdə doğulmuş X1 anaları (iddiaçı) Cavabdeh Əlamdar qızının yanında saxlanılması, 01 iyun 2022-ci il tarixdən hesablanmaqla, 15 iyun 2014-cü il tarixdə doğulmuş X2 və 10 avqust 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa görə 200 (iki yüz) manat, iki uşağa görə cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aylıq alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh Əlamdar qızına verilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00382) X6 tərəfindən verilmiş 15 noyabr 2023-cü il tarixli MŞG-03621 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki halda alimentin azaldılması üçün heç bir əsas yoxdur. İddiaçı bir valideyn kimi uşaqlarına baxmağa və onları saxlamağa borcludur. Kəlbəcər Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(040)-579/2022 saylı qətnaməsi qəbul edilərkən qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, uşaqların hüquq və mənafeyi, onların gələcək inkişafı nəzərə alınaraq İddiaçı hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda alimentin miqdarının dəyişdirilməsi üçün heç bir əsaslı səbəb yoxdur. İddiaçının tələb etdiyi qaydada hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi alimentin miqdarının kəskin azalmasına səbəb olar, nəticədə uşaqların hüquq və mənafeyinə xələl gətirmiş olar. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında əvvəl müəyyən edilmiş alimentin miqdarının azaldılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar