Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1125/2025 14.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 8(040)-23/2025 saylı qərardadı ilə övladları 16 oktyabr 2008-ci ildə doğulmuş Turanın və 12 aprel 2010-cu ildə doğulmuş Əhlimanın saxlanılmaları üçün müəyyən olunmuş hər ay hər uşağa görə minimum əmək haqqının 0,67 (sıfır tam yüzdə altmış yeddi) misli həddində müəyyən edilmiş alimentin hər ay hər uşağa görə minimum əmək haqqının 0,35 (sıfır tam yüzdə otuz beş) misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə hayatı qurmuş və onların birgə nikahlarından 16 oktyabr 2008-ci ildə Turan və 12 aprel 2010-cu ildə Əhliman adlı övladları doğulmuşdur. Onların ailə münasibatləri baş tutmadığından nikahları məhkəmə qaydasında pozulmuş və nikahları pozulduqdan sonra Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(040)-601/2019 saylı qətnaməsinə əsasən 16 oktyabr 2008-ci ildə doğulmuş Turanın və 12 aprel 2010-cu ildə doğulmuş Əhlimanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan Cavabdeh xeyrinə hər ay hər uşağa göra 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(040)-601/2019 saylı qətnaməsi ilə 16 oktyabr 2008-ci ildə doğulmuş Turanın və 12 aprel 2010-cu ildə doğulmuş Əhlimanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan Cavabdeh xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul mabləğində alimentin ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 8(040)-33/2025 saylı qərardadına əsasən Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(040)-601/2019 saylı qətnaməsi ilə 16 oktyabr 2008-ci ildə doğulmuş Turanın və 12 aprel 2010-cu ildə doğulmuş Əhlimanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan Cavabdeh xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aylıq alimentin miqdarının 08 iyul 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minumum aylıq əmək haqqı məbləğinin 0,67 (sıfır tam yüzdə altmış yeddi) misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Buradan da göründüyü kimi, sonrakı artımlar nəzərə alınmaqla ondan hər ay hər uşaq üçün minimum əmək haqqının 0,67 (sıfır tam yüzdə altmış yeddi) misli məbləğində aliment tutularaq cavabdehə ödənilməlidir. Yuxarıda qeyd etdiyi kimi, ondan iki uşaq üçün minimum əmək haqqının 0,67 (sıfır tam yüzdə altmış yeddi) misli məbləğində aliment tutulmalıdır. Hazırda ölkə üzrə minimum əmək haqqı 400 (dörd yüz) manatdır. Göründüyü kimi 400 (dörd yüz) manatın 0,67 (sıfır tam yüzdə altmış yeddi) misli 268 (iki yüz atmış səkkiz) manat edir. İki uşaq üçün hər ay 536 (beş yüz otuz altı) manat ödəməlidir. Həmçinin, onun ikinci ailəsindən bir övladı var və həmin xanımla da faktiki olaraq ayrılmışlar və Kəlbəcər Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(040)-575/2019 saylı qətnaməsinə əsasən 20 dekabr 2018-ci ildə doğulmuş Ömürün yetkinlik yaşına çatanadək saxlanılmsı üçün ondan X3 xeyrinə hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra X5 məhkəməyə ərizə ilə müraciət edərək Kəlbəcər Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(040)-575/2019 saylı qətnaməsi ilə 20 dekabr 2018-ci ildə doğulmuş Omürün yetkinlik yaşına çatanadək saxlanılmas üçün ondan X3 xeyrinə tutulan 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli 8(040)- 34/2025 saylı qərardadına əsasən Kəlbəcər Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(040)-575/2019 saylı qətnaməsi ilə 20 dekabr 2018-ci ildə doğulmuş Ömürün yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan X3 xeyrinə hər ay ödənilməli olan 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aylıq alimentin miqdarının 11 iyul 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minumum aylıq əmək haqqı məbləğinin 0,67 (sıfır tam yüzdə altmış yeddi) misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Buradan da göründüyü kimi, sonrakı artımlar nəzərə alınmaqla ondan hər ay hər uşaq üçün minimum əmək haqqnin 0,67 (sıfır tam yüzdə altmış yeddi) misli məbləğində aliment tutularaq cavabdehə ödənilməlidir. Yuxarıda qeyd etdiyi kimi, ondan əvvəlki məhkəmə qərardadına əsasən iki uşaq üçün də minimum əmək haqqının 0,67 (sıfır tam yüzdə altmış yeddi) misli məbləğində alimentin tutulması qərara alınmışdır. Hazırda ölkə üzrə minimum əmək haqqı 400 (dörd yüz) manatdır. Göründüyü kimi, 400 (dörd yüz) manatın 0,67 (sıfır tam yüzdə altmış yeddi) misli 268 (iki yüz atmış səkkiz) manat edir. Ümumilikdə üç uşaq üçün hər ay 804 (səkkiz yüz dörd) manat ödəməlidir. Qeyd edir ki, tələbkar tərəflərdə bunu çox yaxşı bilirlər ki, o, cərrahiyyə əməliyyatı keçirdikdən sonra onda panikatak keçirmə problemləri yaranıb va bundan əlavə onun belində “disk yırtığı” deyilən xəstəlik var ki, bu da ayaq üstə çox qalmağa imkan vermir. Buna görə də, o, əmək qabiliyyətini qismən itirmişdir və faktiki olaraq bərbər kimi fəaliyyət göstərməklə dolanışığını təmin edir. Yuxarıda qeyd etdiyi kimi onun qismən əmək qabiliyyəti yoxdur. O, fiziki və qismən ağır işlərdə işləyə bilmir. Məhkəmə isə onun maddi və fiziki vəziyyətini nəzərə almadan hər ay üçün minimum əmək haqqının 0,67 (sıfır tam yüzdə altmış yeddi) misli həddində aliment müəyyən edib. O, hazırki mübahisənin məhkəmədənkənar mediasiyada həll etmək üçün Gəncə 2 saylı Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh tərəf mediasiya prosesinə gəlməmişdir. Ona görə də məhkəmədə iddia qaldırmalı olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşağa görə cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment təyin edilməsinə razıdır (Bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 iyul 2019-cu il tarixli 2(040)-601/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı “16 oktyabr 2008-ci ildə doğulmuş X2 üçün təyin olunmuş alimentin miqdarının artırılması və 12 aprel 2010-cu ildə doğulmuş X1 üçün alimentin təyin olunması tələbinə dair” iddiasının qismən təmin edilməsi, 16 oktyabr 2008-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 iyun 2009-cu il tarixli 2(043)-741/2009 saylı qətnaməsi ilə müəyyən edilmiş, cavabdehdən hər ay 50 (əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması, cavabdeh İddiaçı hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, 14 iyun 2019-cu il tarixindən başlayaraq, 12 aprel 2010-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 8 (040)-33/2025 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(040)-601/2019 saylı qətnaməsi ilə 16 oktyabr 2008-ci ildə doğulmuş X6 və 12 aprel 2010-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aylıq alimentin miqdarının 08 iyul 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,67 (sıfır tam yüzdə altmış yeddi) misli həddində indeksasiya edilməsi, qərardadın dərhal icraya yönəldilməsi və icra edilməsi üçün Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(040)-601/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2025-ci il tarixli 8(104)-171/2025 saylı qərardadı ilə borclu İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Kəlbəcər Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 8(040)-33/2025 nömrəli qərardadının “sabit pul məbləğində aylıq aliment miqdarının 08 iyul 2025-ci il tarixdən hesablanmaqla indeksasiya edilsin” hissəsində dəyişdirilməsi, indeksasiya olunmuş aliment məbləğinin tutulmasının başlanğıcının qərardad qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Kəlbəcər Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 8(040)-33/2025 nömrəli qərardadının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan: Gəncə 2 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00177) X7 tərəfindən verilmiş 05 avqust 2025-ci il tarixli MŞG/MT033/2025-00437 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ının surətindən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 60 (altmış) manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən 10 oktyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı işsizdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən 19 iyul 2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(040)-601/2019 saylı qətnaməsinin qəbul edildiyi ildə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 180 (bir yüz səksən) manat, uşaqlar üçün yaşayış minimumunun məbləği 160 (bir yüz altmış) manat müəyyən edilmişdir. Cavabdeh ərizəsinə əsasən Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 8(040)-23/2025 saylı qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(040)-601/2019 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği ölkə üzrə minimum aylıq əməkhaqqına uyğun indeksasiya edilərək, iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimumum əmək haqqının 1,34 (bir tam yüzdə otuz dörd) misli həddində müəyyən edilmişdir- 2025-ci ildə ölkə üzrə minimum aylıq əməkhaqqının miqdarının 400 (dörd yüz) manat olduğu nəzərə alınmaqla, hazırki halda iki uşağa görə ödənilməli olan alimentin miqdarı 536 (beş yüz otuz altı) manat məbləğində müəyyən edilmişdir. Hazırki halda iddiaçının (icra icraatında borclu) aylıq qazancı və digər gəlirləri nəzərə alınmaqla, mövcud aliment məbləği onun maddi və ailə vəziyyətinin çətinləşməsinə səbəb olur. Belə olan halda işin halları və Cavabdeh müvafiq razılığı nəzərə alınmaqla, 16 oktyabr 2008-ci ildə doğulmuş X6 və 12 aprel 2010-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(040)- 601/2019 saylı qətnaməsi əsasında Kəlbəcər Rayon Məhkəməsinin qəbul etdiyi 17 iyul 2025-ci il tarixli 8(040)-33/2025 saylı qərardadla cavabdeh- hazırki mülki iş üzrə İddiaçıhazırki mülki iş üzrə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən azaldılmalı, 16 oktyabr 2008-ci ildə doğulmuş X6 və 12 aprel 2010-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,44 (sıfır tam yüzdə qırx dörd) misli həddində olmaqla, iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,88 (sıfır tam yüzdə səksən səkkiz) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. İddia qalan hissədə- bu qətnamə ilə təmin edilmiş aliment məbləğindən az olan həddə azaldılmaya dair hissədə qanunsuz və əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 16 oktyabr 2008-ci ildə doğulmuş X6 və 12 aprel 2010-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(040)-601/2019 saylı qətnaməsi əsasında Kəlbəcər Rayon Məhkəməsinin qəbul etdiyi 17 iyul 2025-ci il tarixli 8(040)-33/2025 saylı qərardadla cavabdeh- hazırki mülki iş üzrə İddiaçı- hazırki mülki iş üzrə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən azaldılsın. 16 oktyabr 2008-ci ildə doğulmuş X6 və 12 aprel 2010-cu ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,44 (sıfır tam yüzdə qırx dörd) misli həddində olmaqla iki uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,88 (sıfır tam yüzdə səksən səkkiz) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı Cavabdeh xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1125/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1125/2025
14.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver