Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1143/2023 23.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 07 sentyabr 2007-ci ildə doğulmuş X7, 08 mart 2009-cu ildə doğulmuş X4 və 26 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 onun yanında saxlanılmaqla yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə qeyri-rəsmi nikahlarından 07 sentyabr 2007-ci ildə X7, 08 mart 2009-cu ildə X4 və 26 sentyabr 2014-cü il tarixdə X5 adlı üç uşaqları doğulmuşdur. Uşaqların hər birinə atalıq müəyyən edilmişdir. Cavabdehlə 2023-cü ilin aprel ayınadək birlikdə yaşamışlar. Aralarında olan narazılığa görə ayrılmışlar. Ayrılan vaxtdan uşaqlar onun himayəsindədir. Ayrılandan sonra cavabdeh uşaqlarına maddi cəhətdən köməklik etmir. Ona görə də himayəsində olan uşaqların saxlanması üçün cavabdehdən aliment tələb edir. İddiaçı 23 oktyabr 2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək, cavabdehdən hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə 2005-ci ildə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə qeyrirəsmi nikahlarından 07 sentyabr 2007-ci ildə X7, 08 mart 2009-cu ildə X4 və 26 sentyabr 2014-cü il tarixdə X5 adlı üç uşaqları doğulmuşdur. Uşaqların hər birinə atalıq müəyyən edilmişdir. Cavabdehlə 2023-cü ilin aprel ayınadək birlikdə yaşamışlar. Aralarında olan narazılığa görə ayrılmışlar. Ayrılan vaxtdan uşaqlar onun himayəsindədir. Ayrılandan sonra cavabdeh uşaqlarına maddi cəhətdən köməklik etmir. Cavabdehdən alimentin tutulması ilə bağlı mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, 07 sentyabr 2007-ci ildə doğulmuş X7, 08 mart 2009-cu ildə doğulmuş X4 və 26 sentyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, iddiaçıya 07 sentyabr 2007-ci ildə doğulmuş X7, 08 mart 2009-cu ildə doğulmuş X4 və 26 sentyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat aliment ödəməyə razıdır (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 yanvar 2008-ci il tarixdə verilmiş AZ-İİ № 055090 saylı doğum haqqında şəhadətnamənin fotosurətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş,əsli ilə düz olması müəyyən edilmişdir-hakimin qeydi) görünür ki, X7 07 sentyabr 2007-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 may 2010cu il tarixdə verilmiş AZ-İİ № 453615 saylı doğum haqqında şəhadətnamənin fotosurətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş,əsli ilə düz olması müəyyən edilmişdir-hakimin qeydi) görünür ki, X4 08 mart 2009-cu ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 oktyabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ № 394456 saylı doğum haqqında şəhadətnamənin fotosurətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş,əsli ilə düz olması müəyyən edilmişdir-hakimin qeydi) görünür ki, X6 26 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası-Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya təşkilatının mediatoru X3 tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli MŞG/MT007/2023-02794 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. -217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, cavabdehin iddianı qəbul etməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 07 sentyabr 2007-ci ildə doğulmuş X7, 08 mart 2009-cu ildə doğulmuş X4 və 26 sentyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər ay hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 20 sentyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti həmin tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 -cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. 07 sentyabr 2007-ci ildə doğulmuş X7, 08 mart 2009-cu ildə doğulmuş X4 və 26 sentyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aylıq aliment tutularaq İddiaçı verilsin. Hazırki qətnamə üzrə alimentin tutulması 20 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1143/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1143/2023
23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver