Məhkəmə qərarları › İş №2(040)-1161/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-1161/2024

21.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-1161/2024 21.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, İddiaçı- İddiaçı Cavabdeh- Cavabdehna qarşı “əmlak tələbi”nə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Cavabdeh” tərəfindən ona məxsus ** AC *** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı nəqliyyat vasitəsinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonunun işğalından sonra müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşmış, hazırda ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır. 1991-ci ildə Kəlbəcər rayonunda fəaliyyət göstərən Ət və X5 “Kamaz” markalı 20-43-AQX (hazırda **-AC-*** dövlət qeydiyyat nişanlı) nömrəli nəqliyyat vasitəsinin sürücüsü işləmişdir. 1993-cü ildə Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunan zaman, o, bütün mal-mülkünü orada qoyub ailə üzvləri, həmçinin 52 nəfər qoca, uşaq, yaşlı qadın və digər köməyə ehtiyacı olan insanları xilas etmiş və məcburi qaydada Kəlbəcər rayonunu tərk etmişdir. 1993-cü ildə Mingəçevir şəhərində məskunlaşdıqdan sonra X2 ərazisində Cavabdeh nəzdində olan, saxta kağız üzərində rəsmiləşdirilən “X3”ndə məcburən sürücülük fəaliyyətini davam etdirmişdir. 1993-cü ildən 2015-ci ilə kimi həmin “Kamaz”ı idarə etmiş, 2015-ci ildə Mingəçevir Şəhər Ət Kombinatı həmin “Kamaz”ı hədə-qorxu ilə ondan məcburi qaydada almış və tamamilə ayrı-ayrı insanlara idarə etməyə vermişlər. Bir müddət sonra avtomobil Mingəçevir Şəhər Ət Kombinatının ərazisində istifadəsiz vəziyyətdə qalmışdır. 2023-cü ilin may ayında mübahisəli nəqliyyat vasitəsi X2 həyətindən çıxarılıb Mingəçevir 5 nömrəli Dəmir-Beton Zavodunun həyətinə gətirilmişdir. Həmin vaxt sözügedən “Kamaz” Abbasov Rauf və Mamedov Vidadi adlı şəxslər arasında qanunsuz olaraq pul müqabilində alınıb satılmışdır. O, 1991-ci ildən özünə məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etmişdir, lakin X2 və indi də X1 qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən məhrum olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 idarəsinin Yevlax regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən 01 iyun 2000-ci il tarixdə verilmiş AA №286485 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən “Kamaz 53212” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Bu səbəbdən Cavabdehna qarşı “əmlak” tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “Mülki Prosessual Məcəllə”) 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsindən çıxarışdan, görünür ki, Cavabdehna aid VÖEN müəyyən edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Kəlbəcər rayon Statistika idarəsinin Kəlbəcər Rayon Məhkəməsinə göndərdiyi 21 oktyabr 2024-cü il tarixli 3-34-57/2-108/2024 saylı məktubdan görünür ki, “Cavabdeh” 28 iyul 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da qeydiyyat tarixindən hal-hazıradək Kəlbəcər Rayon Statistika İdarəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Bununla da müəyyən edilmişdir ki, “Cavabdeh” adında müəssisə mövcud deyildir. Mövcud olmayan cavabdehə qarşı iddia tələbinə məhkəmə qaydasında baxılması qeyri-mümkündür. Yuxarıda sadalananlara əsaslanaraq hesab edirəm ki, İddiaçı Cavabdehna qarşı “əmlak tələbi”nə dair hazırki iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinin müddəalarından görünür ki, ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hesab edirəm ki, iddiaçının cavabdeh qismində göstərdiyi “Cavabdeh” adında hüquqi şəxs mövcud olmadığından Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1ci maddələrinə əsasən, iddianın yolverilməzliyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, yalnız mövcud olan cavabdehə qarşı yenidən müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdehna qarşı “əmlak tələbi”nə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizənin yolverilməzliyinə görə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar