Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1232/2025 20.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin əməkhaqqının üçdəbir (1/3) hissəsində hesablanması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 8(040)-30/2025 saylı qərardadının ləğv olunması, ondan tutulan alimentin əmək haqqına yönəldilərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə və həmin məcəllənin 76.1.2-ci maddəsinə əsasən, əmək haqqısının üçdəbir hissəsi olaraq müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2013-cü il tarixdə rəsmi nikahla ailə həyatı qurmuş, onların birgə nikahdan 12 iyul 2014-cü ildə X12 qızı doğulmuşdur. Aralarında olan narazılıqlara görə Kəlbəcər Rayon Məhkəmsinin 18 may 2016-cı il tarixli 2(040)-883/2016 saylı qətnaməsi ilə boşanmışlar. Məhkəmə qətnaməsinə əsasən övladı Xəlilzadə Yağmur cavabdehin himayəsində qalmış və uşağın saxlanılması üçün ondan hər ay 110 (bir yüz on) manatın tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. 07 sentyabr 2018-ci ildə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-990/2018 saylı qətnaməsi ilə alimentin miqdarı 120 (bir yüz iyirmi) manata, 12 mart 2020-ci il tarixli 2(040)-201/2020 saylı qətnamə ilə 130 (bir yüz otuz) manata, 06 sentyabr 2022-ci il tarixli 2(040)-728/2022 saylı qətnamə ilə 160 (bir yüz altmış) manata, 25 iyun 2025-ci il tarixli 8(040-30/25 saylı qərardadla isə ölkə üzrə minimum əmək haqqının 0,54 (sıfır tam yüzdə əlli dörd) misli həddində aliment artırılmışdır. O, "Meduza" balıq mağazasında satıcı kimi işləyir və 200 (iki yüz) manat əmək haqqı alır. Eyni zamanda, o, ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan iki övladı- 16 dekabr 2021 -ci ildə X7 və xx.xx.2020-ci ildə X6 doğulmuşlar. Hal-hazırda maddi vəziyyəti çox ağırdır. O, bu məsələnin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmədən əvval mediasiya yolu vasitəsi ilə həllinə çalışsa da, Cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Onun rəsmi əmək haqqı 200 (iki yüz) manatdır və onun özünün dolanması üçün minimum yaşayış xərcləri nəzərə alınarsa, 160 (bir yüz altmış) manat aliment bir uşaq üçün çox böyük məbləğdir. Məhkəmə tərəfindən həm uşağın saxlanılması, həm də onun minimum yaşayış xərcləri nəzərə alınmaqla, təyin edilmiş alimentin məbləği azaldılmalıdır. Uşaqlara yaşaması üçün təyin edilmiş ehtiyac meyarı, yəni 245 (iki yüz qırx beş) manat hər iki valideyndən tutulmalıdır, yalnız atadan yox. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Ondan tutulan aliment Azərbavcan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, dayişdirilərək həmin Məcəllənin 76.1.2-ci maddasinə əsasən, uşağa görəqazancın (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi məhkəmə qaydasında tutulması labüddür. Əks halda əmək haqqından əlinə çatan pulla, o, qaz və işıq pullunu belə ödəyə bilmir. Azərbaycan Respublikası Prezidenti yetkinlik yaşına çatmayanlara minumum yaşamaq üçün ehtiyat meyarı təyin etdiyi kimi, yetkinlik yaşına çatmışlar üçün də 180 (yüz səksən) manat müəyyən etmişdir. Azərbaycan Respublikasınn Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Hesab edir ki, bu maddə valideynlərin hər ikisinə şamil olunur tək ataya yox. Beləliklə, dövlət hər kəsin hüquqlarını və azadlıqlarının müdafiəsinə təminat verdiyindən, məhkəmə qərarları isə dövlətin adından çıxarıldığından məhkəmə prosedurları ədalət mühakiməsinin nümunəvi şəkildə keçirilməsini müəyyənləşdirən hüquq normalarına uyğun olmalıdır. İnzibati qaydada işlərə baxan hakimlar öz professional biliklərindən və qanunun onlara verdiyi imkanlardan səmərəli istifadə edərək Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının da qoşulduğu beynəlxalq konvensiyaların, Avropa İnsan Hüquqları Məhkəməsinin Presedentlərinin, İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun, hər hansı bir maddi və prosessual hüquq normalarını pozmadan onlara dəqiq riayət etməklə qanuni va əsaslı qərarlar qəbul etməlidirlər. Məhkəmənin hazırlıq iclası 16 oktyabr 2025-ci il tarixdə tərəflərin iştirakları ilə keçirilmiş və məhkəmə baxışı iclası 20 noyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı alimenti ödəmir, özü heç bir yerdə işləmir, uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 8(040)-30/2025 saylı qərardadının surətindən görünür ki, Ərizəçi Cavabdeh ”uşağın saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(040)- 728/2022 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin ölkə üzrə minimum əməkhaqqına uyğun indeksasiya edilməsinə dair” ərizəsinin təmin edilməsi, Kəlbəcər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(040)-728/2022 saylı qətnaməsi ilə 12 iyul 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay ödənilməli olan 160 (bir yüz altmış) manat sabit pul məbləğində aylıq alimentin məbləğinin 12 iyun 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,54 (sıfır tam yüzdə əlli dörd) misli həddində indeksasiya edilməsi, qərardadın dərhal icraya yönəldilməsi və icra edilməsi üçün Kəlbəcər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(040)-728/2022 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan: Gəncə “ASAN xidmət” X10 tərəfindən 14 oktyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ № 367327 saylı “Nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı ilə X9 arasında nikah 14 oktyabr 2019-cu il tarixdə 2427 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Xəlilzadə”, arvada “Xəlilzadə” soyadları verilmişdir. İş materiallarında olan: Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 may 2020-ci il tarixdə verilmiş AZ-İV № 403554 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 07 may 2020-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda doğulmuş, atası-İddiaçı, anası- X5r. İş materiallarında olan: Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 yanvar 2022-ci il tarixdə verilmiş AZ-İV № 666517 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 16 dekabr 2021-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda doğulmuş, atası-İddiaçı, anası- X5r. İş materiallarında olan: Mərkəzləşdirilmiş elektron informasiya sistemindən 04 avqust 2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı 200 (iki yüz) manat məbləğində aylıq əmək haqqı alır. İş materiallarında olan: Göygöl 1 saylı Mediasiya təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: MT-00573) X8 tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli MŞG/1/2025-000257 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Qamışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2025-ci il tarixli 146 nömrəli arayışdan görünür ki, İddiaçı ailə tərkibi arvadı-X3, oğlu-X1 və qızı- X4 ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, hazırki halda alimentin iddiaçının əməkhaqqının üçdəbir (1/3) hissəsində hesablanması üçün heç bir faktiki əsas yoxdur. İddiaçı ikinci dəfə ailə qurması və əmək haqqının 200 (iki yüz) manat olması hazırki halda mövcud alimentin əməkhaqqının üçdəbir (1/3) hissəsində hesablanması üçün əsas vermir; İddiaçı valideyn olaraq uşağını saxlamağa borcludur. İddiaçı tələb etdiyi qaydada, yəni alimentin əməkhaqqının üçdəbir (1/3) hissəsində hesablanması uşağın maddi təminatının kəskin azalmasına səbəb ola bilər, nəticədə uşağın hüquq və mənafeyinə xələl gəlmiş olar. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1232/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1232/2025
20.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver