Məhkəmə qərarları › İş №2(040)-1603/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1603/2025

27.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1603/2025 27.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 8(039)/2025 nömrəli 02 oktyabr 2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq uşaqları Adəm Qasımovun saxlanılması üçün ondan tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 8(039)-219/2025 nömrəli 02 oktyabr 2025-ci il tarixli qərardadına əsasən, tələbkar Cavabdeh ona qarşı alimentin indeksasiyası tələbinə dair ərizəsi təmin edilmiş, qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq uşaqları-11 avqust 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tələbkarın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,9 (sıfır tam onda doqquz) misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. O, bu qərardada görə tələbkar Cavabdeh hər ay 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment ödəməlidir. O, işləmir, ara-sıra fəhləlik edir, qazancı azdır. Hazırki, arvadı X4 da işləmir, uşaqları Mələk və pensiyaçı anası ilə birlikdə onun himayəsindədirlər. Maddi vəziyyəti çətin olduğu üçün təyin olunmuş 360 (üç yüz altmış) manat məbləğində alimenti tələbkar Cavabdeh ödəyə bilmir. Ona görə də Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 12 fevral 2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ikinci dəfə ailə qurub, həmin evlilikdən də bir uşağı vardır. Bundan əlavə, anası xəstədir və onun himayəsindədir. Özü heç bir yerdə işləmir. Hazırki vəziyyətdə ən çoxu 250 (iki yüz əlli) manat məbləğində aliment ödəyə bilər. Cavabdeh iştirak etdiyi 12 fevral 2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, uşaq hazırlıqlara gedir, eyni zamanda anadangəlmə səhhətində problem var, mütəmadi olaraq müalicələr alır. Aliment miqdarının 320 (üç yüz iyirmi) manatadək azaldılmasına razıdır; 250 (iki yüz əlli) manat ödəyər, alimentin qalan hissəsi il sonunadək yığılar, il sonunda ödəyər. İş materiallarında olan: Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 23 iyun 2025-ci il tarixdə verilmiş AZ-İİ № 646574 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə X4 arasında nikah 23 iyun 2025-ci il tarixdə 115 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə- “Qasımov”, arvada- “Qasımova” soyadları verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası İstanbul Baş Konsulluğu tərəfindən 24 noyabr 2025-ci il tarixdə verilmiş AZ-V № 167376 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 13 yanvar 2025-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində doğulmuş, atası-İddiaçı, anası-X1r. İş materiallarında olan: Yevlax 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 (M- 00346) tərəfindən verilmiş 25 noyabr 2025-ci il tarixli MŞY/MT034/2025-00536 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və X4 ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat xərci tam ödəmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən 04 dekabr 2025ci il tarixdə çıxarılmış “Məşğulluq haqqında arayış”dan görünür ki, İddiaçı işsizdir. İş materiallarında olan: Yevlax Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 8 (039)-219/2025 saylı qərardadı ilə tələbkar Cavabdeh alimentin indeksasiya olunması barədə ərizəsinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(039)-2526/2012 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin indeksasiya olunması, qərardadın qüvvəyə mindiyi tarixdən başlayaraq 11 avqust 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,9 (sıfır tam onda doqquz) misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu: ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(039)-2526/2018 saylı qətnaməsinin qəbul edildiyi ildə (2018) ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 130 (yüz otuz) manat, uşaqlar üçün yaşayış minimumunun məbləği 154 (yüz əlli dörd) manat müəyyən edilmişdir. Cavabdeh ərizəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 8(039)-219/2025 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(039)-2526/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği indeksasiya edilərək, müvafiq dövrdə ölkə üzrə minimumum əmək haqqının 0,9 (sıfır tam onda doqquz) misli həddində müəyyən edilmişdir- 2025-ci ildə ölkə üzrə minimum aylıq əməkhaqqının miqdarının 400 (dörd yüz) manat olduğu nəzərə alınmaqla, hazırki halda ödənilməli olan alimentin miqdarı 360 (üç yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Hazırki halda iddiaçının (icra icraatında borclu) aylıq qazancı və digər gəlirləri, həmçinin himayəsində bir azyaşlı uşağının olması da nəzərə alınmaqla, mövcud aliment məbləği onun maddi və ailə vəziyyətinin çətinləşməsinə səbəb ola bilər. Belə olan halda işin halları nəzərə alınmaqla, 11 avqust 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Yevlax Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 8(039)-219/2025 saylı qərardadı ilə borclu-hazırki mülki iş üzrə İddiaçı tələbkar- hazırki mülki iş üzrə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən azaldılmalı, 11 avqust 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0, 65 (sıfır tam yüzdə altmış beş) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. İddia qalan hissədə- bu qətnamə ilə təmin edilmiş aliment məbləğindən az olan həddə azaldılmaya dair hissədə qanunsuz və əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 11 avqust 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Yevlax Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(039)-2526/2018 saylı qətnaməsi əsasında Yevlax Rayon Məhkəməsinin qəbul etdiyi 02 oktyabr 2025-ci il tarixli 8(039)- 219/2025 saylı qərardadla borclu- hazırki mülki iş üzrə İddiaçı tələbkar- hazırki mülki iş üzrə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən azaldılsın: alimentin miqdarı minimum aylıq əmək haqqı məbləğinin 0,9 (sıfır tam onda doqquz) mislindən 0,65 (sıfır tam yüzdə altmış beş) mislinə endirilsin. 11 avqust 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,65 (sıfır tam yüzdə altmış beş) misli həddində sabit pul məbləğində aylıq aliment İddiaçı Cavabdeh xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar