Məhkəmə qərarları › İş №2(040)-219/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-219/2024

10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-219/2024 10.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atalıq mənsubiyyətinin mübahisələndirilməsi” barədə iddiası üzrə mülki işə ünvan 1 ünvanında) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun, Cavabdeh 20 fevral 2021-ci il tarixdə doğulmuş X1 atası olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (22 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdir). İddia onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə münasibətləri 2020-ci ilin yanvar ayından etibarən başlamışdır; o, həmin vaxt müddətdən artıq hərbi xidmət qulluqçusu olmuşdur. Cavabdehlə vaxtaşırı cavabdehin öz yaşadığı evində görüşmüş, cavabdehin eyni zamanda ondan savayı başqa kişilərlə də münasibəti olmuşdur. 2020-ci ilin təxminən iyul ayında cavabdeh ona iki həftəlik hamilə olduğunu bildirdikdə, o, cavabdehə bildirmişdir ki, evli deyildirlər, uşaq istəmir. Cavabdeh isə ona demişdir ki, “mən uşağı özüm üçün dünyaya gətirirəm, sənə heç bir aidiyyəti yoxdur”. 2020-ci ilin sentyabr ayında müharibə başlamış və o, bundan sonra Mehribanla görüşə bilməmişdir. 20 fevral 2021-ci ildə uşaq doğulmuşdur. O, həmin vaxt müharibədə aldığı xəsarətlə bağlı müalicə alırdı. 2021-ci ilin mart-aprel aylarında cavabdeh və anası ona yalvararaq uşağa atalıq verməsini xahiş etmişlər ki, uşaq gələcəkdə utanmasın. O, uşağın ondan olmasına şübhə etdiyinə görə atalıq vermək istəməmiş, lakin həmin vaxtlar travmalı olduğundan istifadə edərək, cavabdeh və cavabdehin anası onu razı salmağı bacarmış və onu Kəlbəcər Rayon Qeydiyyat Şöbəsinə apararaq atalıq barədə ərizə verməyə nail olmuşlar. Lakin hazırda düşünür ki, uşağın məhz ondan olması məlum deyildir. Buna görə də 20 fevral 2021-ci ildə doğulmuş X2 atadan mənşəyinin müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh iddiaya qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, iddianın əsassız və böhtan olması səbəbindən rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2019-cu ildə iddiaçı ilə faktiki nikaha daxil olmuş və iki ay iddiaçı ilə birlikdə iddiaçının Ağstafa rayonunun Saloğlu qəsəbəsində yaşayan valideynlərinin evində qaldıqdan sonra özünün yaşadığı Göygöl rayonunun Şəhriyar kəndinə qayıtmış, 2020-ci ildə uşağa hamilə qaldığını bildirmiş və həmin vaxtı uşaqla əlaqədar iddiaçı ona heç bir irad bildirməmiş, əksinə, sevinmiş, 20 fevral 2021-ci ildə qızları X3 anadan olmuş və “Narin” adını da iddiaçı qoymuşdur. Narin doğulduqdan bir ay sonra onlar iddiaçı ilə birlikdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsinə getmiş və iddiaçı Narinin atası olmasını bildirdikdən sonra atalığın müəyyən edilməsi haqqında şəhadətnamə çıxartdırmışdır. İddiaçı göstərir ki, guya onun (cavabdehin) anası onu məcbur edib və o da kənddə guya biabır olmamaq üçün uşağa atalıq vermişdir- iddiaçı hansı kənddə biabır olacağını nəzərdə tutub bəlli deyil. Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 sentyabr 2021-ci il tarixli 2(040)-782/2021 saylı qətnaməsinə əsasən 20 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh İddiaçı qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı hərbidə işlədiyi üçün 2021-ci ilin may ayınadək ona aliment ödəyib və həmin aydan orduddan qovulub, bundan sonra aliment ödəməkdən boyun qaçırır və bu günə kimi onun mənə ödəyəcəyi 1500 (min beş yüz) manat məbləğində aliment borcu yaranıb. Buna baxmayaraq, qərəzli olaraq alimentdən boyun qaçırmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(040)-1250/2023 saylı qətnaməsinə əsasən 20 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(040)- 782/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının və gəlirlərinin dörddə biri hissəsi miqdarında tutulan aliment dəyişdirilmiş, 20 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı aliment borcundan və eləcə də tutulacaq aylıq alimentdən yaxa qurtarmaq məqsədi ilə məhkəmədə iddia qaldırıb və qaldırdığı iddia da tam əsassızdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 16 yanvar 2024-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 15 fevral 2024-cü il tarixə təyin edilmişdir. 1)15 fevral 2024-cü il tarixdə keçirilən hazırlıq iclasında iddiaçının vəsatəti əsasında mülki iş üzrə məhkəmə-tibbi-bioloji ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 (bundan sonra- “Məhkəmə-Tibbi Ekspertiza və X4” X14) həvalə edilməsi, ekspert rəyi alınanadək mülki iş üzrə məhkəmə icraatının dayandırılması qərara alınmış, bundan sonra mülki iş materialları ekspertizanı keçirməli olan quruma göndərilmiş və eyni zamanda bu barədə proses iştirakçıılarına məlumat verilmiş, bundan sonra “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 Məhkəmə-tibbi biologiya şöbəsinin rəisi Elşən Məmmədov məhkəməyə 29 fevral 2024-cü il tarixli 9/175 nömrəli məktubla (vəsatət) müraciət edərək, məhəmənin qərardadı əsasında ekspertizanın 18 mart 2024-cü il tarixdə saat 11:00-da Birliyin Məhkəmə-tibbi biologiya şöbəsində keçirələcəyi bildirilmiş, tərəflərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərə ekspertizanın keçiriləcəyi vaxt və yer barədə rəsmi məlumat vermişdir. Bundan sonra Birliyin Məhkəmə-tibbi biologiya şöbəsinin rəisi Elşən Məmmədov məhkəməyə 28 mart 2024-cü il tarixli 9/254 nömrəli məktub göndərərək bildirmişdir ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı Şöbəyə gəlsə də, Cavabdeh gəlmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır, bu səbəbdən qərardad icra edilmədən digər sənədlərlə birlikdə geri qaytarılır (məktub və sənədlər 28 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur). Bundan sonra məhkəmə icraatı təzələnmiş və mülki iş üzrə məhkəmə hazırlıq iclası yenidən 16 may 2024-cü il tarixə təyin edilmişdir. 2) 16 may 2024-cü il tarixdə tərəflərin iştirakları ilə keçirilən təkrar hazırlıq iclasında iddiaçının vəsatəti əsasında mülki iş üzrə məhkəmə-tibbi-bioloji ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X13 həvalə edilməsi, ekspert rəyi alınanadək mülki iş üzrə məhkəmə icraatının dayandırılması qərara alınmış, bundan sonra mülki iş materialları ekspertizanı keçirməli olan quruma göndərilmiş və eyni zamanda bu barədə proses iştirakçıılarına məlumat verilmiş, bundan sonra “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 Məhkəmə-tibbi biologiya şöbəsinin rəisi Elşən Məmmədov məhkəməyə 04 iyun 2024-cü il tarixli 9/504 nömrəli məktubla (vəsatət) müraciət edərək, məhəmənin qərardadı əsasında ekspertizanın 27 iyun 2024-cü il tarixdə saat 11:00-da Birliyin Məhkəmə-tibbi biologiya şöbəsində keçirələcəyi bildirilmiş, tərəflərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərə ekspertizanın keçiriləcəyi vaxt və yer barədə rəsmi məlumat vermişdir. Bundan sonra Birliyin Məhkəmə-tibbi biologiya şöbəsinin rəisi Elşən Məmmədov məhkəməyə 05 iyul 2024-cü il tarixli 9/596 nömrəli məktub göndərərək bildirmişdir ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı Şöbəyə gəlsə də, Cavabdeh gəlmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır, bu səbəbdən qərardad icra edilmədən digər sənədlərlə birlikdə geri qaytarılır (məktub və sənədlər 16 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur). Bundan sonra məhkəmə icraatı təzələnmiş və mülki iş üzrə məhkəmə hazırlıq iclası yenidən 12 avqust 2024-cü il tarixə təyin edilmişdir. 12 avqust 2024-cü il tarixdə keçirilən hazırlıq iclasında mülki iş 10 sentyabr 2024-cü il tarixə məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh özü bilərəkdən məhkəmə iclaslarına gəlmir və bioloji atasının müəyyən olunması üçün uşağı ekspertizaya aparmaqdan yayınır. O, hətta ekspertiza və yol xərclərini belə öz üzərinə götürsə də, cavabdeh müxtəlif bəhanələrlə ekspertizaya getməkdən boyun qaçırmışdır. Əgər Cavabdeh doğulan Narin adlı uşağın atası həqiqətən odursa, bu halda uşaq yetkinlik yaşına çatanadək onun bütün təminatlarını qarşılamağa razıdır, yox, əgər uşaq onun övladı deyildirsə, onda uşağın onun adından çıxarılmasını istəyir. Hazırda isə cavabdeh özü bütün proseslərdən qəsdən yayındığına görə belə görünür ki, uşağn bioloji atası o (İddiaçı) deyildir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 16 may 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddianı qəbul etmədiyini, onun 20 fevral 2021-ci ildə doğduğu X2 bioloji atasının həqiqətən İddiaçı olduğunu və İddiaçı özünün könüllü olaraq atalığı etiraf etdiyini, bununla belə, əgər iddiaçı israr edirsə, 20 fevral 2021-ci ildə doğduğu X2 bioloji atasının müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə-tibbi-bioloji ekspertizasının keçirilməsinə etiraz etmir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 mart 2021-ci il tarixdə verilmiş AZ-İ № 383240 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 20 fevral 2021-ci ildə Cavabdeh doğulmuş X2 atası hesab edilmişdir (Doğumun qeydiyyatı 19 mart 2021-ci il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 21-ci nömrə ilə aparılmışdır). İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 mart 2021-ci il tarixdə verilmiş AZ-İV № 503650 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 20 fevral 2021-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur, uşağın atası- İddiaçı, anası Cavabdeh qeyd olunmuşdur (Atalığın müəyyən edilməsi barədə akt qeydləri kitabında 19 mart 2021-ci il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 05-ci nömrə ilə qeydiyyat aparılmışdır). İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(040)-1250/22023 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, 20 febral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 2(040)-782/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş, cavabdehin qazancının dörddəbir hissəsində müəyyən edilmiş alimentin hesablanma qaydasının dəyişdirilməsi, 20 fevral 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq iddiuaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan: mülki iş üzrə 16 may 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, 20 fevral 2021-ci il tarixdə Cavabdeh doğulmuş X2 bioloji atasının müəyyən edilməsi üçün müvafiq ekspertizanın (o cümlədən DNT analizi) keçirilməsini xahiş edir və bunun üçün bütün lazımi xərcləri, o cünlədən ekspertiza xərci və cavabdehin yol xərcini öz üzərinə götürür. İş materiallarında olan: mülki iş üzrə 16 may 2024-cü il tarixli məhkəmə iclasında cavadehin məhkəməyə təqdim etdiyi yazılı izahatdan görünür ki, o, iddianı qəbul etmir, bununla belə, 20 fevral 2021-ci il tarixdə ondan doğulmuş X2 bioloji atasının müəyyən edilməsi üçün müvafiq ekspertizanın (o cümlədən DNT analizi) keçirilməsinə və bu məqsədlə iddiaçının xərcinə Bakı şəhərinə uşaqla getməyə razıdır, ekspertizaya getməkdən qəsdən yayınacağı halda Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar ona izah edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-219/2024 nömrəli mülki iş üzrə 16 may 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “20 fevral 2021-ci il tarixdə Cavabdeh doğulmuş X2 bioloji atası olmasının mübahisələndirilməsi ilə bağlı” mülki iş üzrə məhkəmə-tibbi-bioloji ekspertizası təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4”nin ekspertlərinə həvalə edilməsi, ekspertiza qarşısında aşağıdakı- 1) “ana, uşaq və rəsmi atanın qan və digər nümunələrinin DNT-nin tədqiqinə görə 20 fevral 2021-ci il tarixdə Cavabdeh doğulmuş X3 adlı uşağın bioloji olaraq xx xxxxxx 1997-ci il tarixdə doğulmuş İddiaçı törənməsi mümkündürmü”; 2) İddiaçı 20 fevral 2021-ci il tarixdə doğulmuş X3 adlı uşağın bioloji atasıdırmı” suallar qoyulmuş, ekspertizanın keçirilməsi üçün qərardadın surətinin, 2(040)-219/2024 saylı mülki iş materialların ekspertə təqdim edilməsi qərara alınmış, həmin qərardadla həmçinin İddiaçı və Cavabdeh tövsiyə edilmişdir ki, 20 fevral 2021-ci ildə doğulmuş X3 adlı uşaqla birlikdə müəyyən edilən vaxtda ekspertin sərəncamında olsunlar. Həmin qərardadla iddiaçı və cavabdehin nəzərlərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İş materiallarında olan: “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 Məhkəmə-tibbi biologiya şöbəsinin rəisi Elşən Məmmədovun məhkəməyə göndərdiyi 29 fevral 2024-cü il tarixli 9/175 nömrəli məktubdan (vəsatət) görünür ki, məhkəmənin 15 fevral 2024-cü il tarixli qərardadı əsasında ekspertizanın 18 mart 2024-cü il tarixdə saat 11:00-da Birliyin Məhkəmə-tibbi biologiya şöbəsində keçirələcəyi bildirilmiş, tərəflərin iştirakının təmin edilməsi xahiş edilmişdir (bu barədə tərəflərə məhkəmə tərəfindən məlumat verilmiş, o cümlədən mülki iş üzrə iclas katibi Leyla Məmmədovanın tərtib etdiyi 12 mart 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh bu barədə istifadəsində olan mobil telefon vasitəsilə məlumatlandırılmışdır-hakimin qeydi). İş materiallarında olan: “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 Məhkəmə-tibbi biologiya şöbəsinin rəisi Elşən Məmmədovun məhkəməyə göndərdiyi 04 iyun 2024-cü il tarixli 9/504 nömrəli məktubdan (vəsatət) görünür ki, məhkəmənin 16 may 2024-cü il tarixli qərardadı əsasında ekspertizanın 27 iyun 2024-cü il tarixdə saat 11:00-da Birliyin Məhkəmə-tibbi biologiya şöbəsində keçirələcəyi bildirilmiş, tərəflərin iştirakının təmin edilməsi xahiş edilmişdir (həmin məktubun elektron qaydada 21 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuş versiyasında vərəqin arxa tərəfində şəxsən Cavabdeh tərəfindən əlyazma ilə yazılmış qeydlərdən görünür ki, Cavabdeh 27 iyun 2024-cü il tarixdə saat 11:00-da Birliyin Məhkəmə-tibbi biologiya şöbəsində keçirələcək ekspertizanın yeri və vaxtı barədə məlumatlandırılmışdır-hakimin qeydi). İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 Məhkəmə-tibbi biologiya şöbəsinin rəisi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 28 mart 2024-cü il tarixli 9/254 nömrəli və 05 iyul 2024-cü il tarixli 9/596 nömrəli məktublardan görünür ki, sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı Şöbəyə gəlmiş, lakin Cavabdeh gəlməməsi səbəbindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. İş materiallarından o da görünür ki, Cavabdeh ekspertizanın keçirilməsində iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra “Ailə Məcəlləsi”) 46.1ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “Mülki Prosessual Məcəllə”) 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh məhkəmədə məhkəmə-tibbi-bioloji ekspertizasının keçirilməsində iştirak edəcəyi ilə bağlı razılıq ifadə etsə də, ekspertizanın keçirilməsində iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə, Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər; bununla da Cavabdeh 20 fevral 2021-ci ildə doğulmuş X5 adlı uşağın bioloji atasının iddiaçı X6 olmadığı qənaətinə gəlmək mümkündür. Bununla da İddiaçı Cavabdeh 20 fevral 2021-ci il tarixdə doğulmuş X2 atalıq mənsubiyyətindən imtinası qanuni hesab edilməli və 20 fevral 2021-ci il tarixdə doğulmuş X2 Azərbaycan Respublikasının Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 19 mart 2021-ci il tarixdə aparılmış 21 nömrəli doğum aktı qeydində ata haqqında məlumatlar qrafasında “İddiaçı” adı pozulmalıdır. Həmçinin, 20 fevral 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(040)-1250/2023 nömrəli və 06 sentyabr 2021-ci il tarixli 2(040)-782/2021 nömrəli qətnamələri ilə müəyyən edilmiş aliment öhdəliklərinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh 20 fevral 2021-ci il tarixdə doğulmuş X2 atalıq mənsubiyyətindən imtinası qanuni hesab edilsin və 20 fevral 2021-ci il tarixdə doğulmuş X2 Azərbaycan Respublikasının Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 19 mart 2021-ci il tarixdə aparılmış 21 nömrəli doğum aktı qeydində ata haqqında məlumatlar qrafasında “İddiaçı” adı pozulsun. 20 fevral 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(040)-1250/2023 nömrəli və 06 sentyabr 2021-ci il tarixli 2(040)-782/2021 nömrəli qətnamələri ilə müəyyən edilmiş aliment öhdəliklərinə xitam verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar