Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-297/2024 08.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı cavabdeh X5 qarşı “aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 23 fevral 2014-cü ildə doğulmuş X8 və 14 mart 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X9 ilə 27 yanvar 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 23 fevral 2014-cü il tarixdə X8 və 14 mart 2015-ci ildə X6 adında iki övladları doğulmuşdur. Xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən Goranboy Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahları ləğv olunmuşdur. Goranboy Rayon Məhkəməsinin 2(045)-144/2020 saylı 11 noyabr 2020ci il tarixli qətnaməsinə əsasən 23 fevral 2014-cü il tarixdə doğulmuş X8 və 14 mart 2015ci il tarixdə doğulmuş X6 cavabdehin himayəsinə verilmiş və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ondan hər uşağa görə hər ay 120 manat olmaqla, iki uşaq üçün 240 manat sabit pul məbləğində alimentin alınaraq X5 verilməsi qət edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-724/2023 saylı, 31 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən övladları - 23 fevral 2014-cü il tarixdə doğulmuş X8 və 14 mart 2015-ci il tarixdə doğulmuş X6 onun yanında saxlanılmış və ona qarşı Goranboy Rayon Məhkəməsi tərəfindən təyin edilmiş aliment öhdəliyinə 31 avqust 2023-cü il tarixdən xitam verilmişdir. Hal-hazırda övladlarının ikisi də onun yanındadır, onunla birgə yaşayırlar. Həmçinin təhsillərini də onun yaşadığı yerdə - Goranboy rayonunun Qaraçinar kəndində davam etdirirlər. Uşaqlar anasının yanında olanda o, hər iki uşaq üçün hər ay məhkəmə tərəfindən kəsilən alimenti uşaqların yaxşı yaşaması üçün və analarının sıxıntı keçirməməsi üçün vaxtında ödəyirdi. Hal-hazırda uşaqlar onun yanındadır, onunla qalır. Ona görə də cavabdeh X2 23 fevral 2014-cü il tarixdə doğulmuş X8 və 14 mart 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər bir uşaq üçün ayda 180 (bir yüz səksən) manat olmaqla, iki uşaq üçün 360 (üç yüz altmış) manat aliment tutularaq ona verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və cavabdeh X9 məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi (anası) Nümayəndə 08 aprel 2023-cü il tarixdə məhkəmənin dəftərxanasına ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (anası) Nümayəndə iştirak etdiyi 13 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı heç yerdə işləmir, maddi imkanı aşağıdır. Uşaqlara baxmaqda çətinlik çəkir. Cavabdeh isə uşaqların anası olaraq uşaqlarla maraqlanmır, görüşmür, uşaqların saxlanmasına heç bir köməklik göstərmir. Hesab edir ki, cavabdeh uşaqlarına görə aliment ödəməli, uşağın saxlanılmasına kömək etməlidir. Uşaqlar analarının yanında olanda İddiaçı uşaqların saxlanmasına görə aliment ödəyirdi. İndi isə ana da atanın yanında olan uşaqlara aliment ödəməlidir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə verilmiş AZ-İİİ № 378442 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 23 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş, atası-İddiaçı, anası- X7r. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 avqust 2017-ci il tarixdə verilmiş AZ-İİİ № 985738 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 14 mart 2015-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş, atası-İddiaçı, anası- Cavabdehdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 31 avqust 2023-cü il tarixli 2(040)-724/2023 saylı qətnaməsinin surətindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(045)-144/2020 saylı qətnaməsi ilə anaları X3 yanında saxlanılmış 23 fevral 2014-cü ildə doğulmuş X8 və 14 mart 2015-ci ildə doğulmuş X1 hazırkı qətnamə əsasında ataları- İddiaçı yanında saxlanılması, 23 fevral 2014-cü ildə doğulmuş X8 və 14 mart 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Goranboy Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(045)-144/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə 31 avqust 2023cü il tarixdən xitam verilməsi qət edilmişdir. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00223) X4 tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli MŞG/MT/032/2023-01667 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, X9 ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəticə olaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 31 avqust 2023-cü il tarixli 2(040)-724/2023 saylı qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra cavabdehin maddi və ailə vəziyyəti, gəlirləri, əmlak vəziyyəti, həmçinin, cavabdehdən alimentin tutulması üçün əsas ola biləcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdehdən alimentin tutulması mümkünsüzdür. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X5 qarşı “23 fevral 2014-cü ildə doğulmuş X8 və 14 mart 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay hər uşağa görə 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-297/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-297/2024
08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver