Məhkəmə qərarları › İş №2(040)-370/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-370/2025

30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-370/2025 30.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “himayəsində olan nəvəsinin saxlanması üçün cavabdehdən onun xeyrinə aliment ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 14 aprel 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və ödədiyi 55 manat mediasiya xərcinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X7 ilə Cavabdeh faktiki nikahlarından 15 aprel 2009-cu ildə Aysun adlı bir uşaqları doğulmuşdur. Onların nikahları olmadığından və cavabdeh uşağa atalıq vermədyindən qızı X1 Rayon Məhkəməsinə atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli 2(040)-130/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh, X2 15 aprel 2009-cu ildə doğulmuş Aysu adlı uşağın аtаsı hesab edilmiş, 15 aprel 2009-cu ildə doğulmuş Aysu adlı uşağın anası X4 himayəsində olmasının müəyyən edilməsi və 15 aprel 2009-cu il tarixdə doğulmuş Aysunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh ona təyin edilmiş alimenti bir müddət normal ödəmişdir. Bir müddətdən sonra tərəflər arasında müəyyən razılıq olmuşdur və təyin olunmuş alimentə xitam verilmişdir. Uzun müddətdir ki, qızı X7 uşağı onun yanında qoyaraq çıxıb getmişdir. Hazırda qızı Oksananın harada olmasından xəbəri yoxdur. X7 öz qızı X13 onun yanında qoyaraq çıxıb getdikdən sonra o, məcbur olub nəvəsi Aysunu qəyyumluğa götürmək üçün Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Göygöl Rayon İcra Hakimiyyəti başçısının 17 dekabr 2019-cu il tarixli 152 nömrəli sərəncamı ilə o, 14 aprel 2009-cu ildə doğulmuş X8 qəyyumu təyin edilmişdir. Cavabdeh uşağı ilə maraqlanmır, uşağının saxlanılmasında ona köməklik göstərmir. Cavabdeh fərdi əməklə məşğul olur. Onun aylıq qazancı yetərincədir, buna baxmayaraq, uşağın saxlanılmasında iştirak etmir. Uşaq böyüyür, tələbatları artır. O, uşağın saxlanılmasında çətinlik çəkir. Məhkəmədən əvvəl mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Odur ki, cavabdehdən alimentin tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli 2(040)-130/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh, X2 15 aprel 2009-cu ildə doğulmuş Aysu adlı uşağın аtаsı hesab edilmiş, 15 aprel 2009-cu ildə doğulmuş Aysu adlı uşağın anası X4 himayəsində olmasının müəyyən edilməsi və 15 aprel 2009-cu il tarixdə doğulmuş Aysunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 dekabr 2024-cü il tarixdə verilmiş AZ-İ № 435375 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 15 aprel 2009-cu ildə X3 doğulmuş X8 atası hesab edilmişdir. İş materiallarında olan: Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 dekabr 2024cü il tarixdə verilmiş AZ-İV № 975787 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 15 aprel 2009-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası-Cavabdeh, anası-X5r. İş materiallarında olan: Gəncə 2 saylı Mediasiya Təşkilatının mediatoru X10 tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli MŞG/1/MT033/2024-00012 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan: Göygöl Rayon İcra Hakimiyyəti başçısının 17 dekabr 2019-cu il tarixli 152 nömrəli “Göygöl rayonu Şəhriyar kəndində yaşayan İddiaçı valideyn tərəfindən himayəsiz qalmış nəvəsi 15 aprel 2009-cu il tarixdə anadan olmuş X11 qəyyumluğa götürülməsi haqqında” sərəncamının surətindən görünür ki, Göygöl rayonu Şəhriyar kəndində yaşayan İddiaçı valideyn tərəfindən himayəsiz qalmış nəvəsi 15 aprel 2009-cu il tarixdə anadan olmuş X12 qəyyum təyin edilmişdir. İş materiallarında olan: Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, “Qəyyumluq və Himayəçilik” komissiyasının sədri Kəmalə İbrahimova tərəfindən 17 aprel 2025-ci il tarixdə məhkəməyə göndərilmiş 15 aprel 2025-ci il tarixli 5-47/2-219/2025 saylı məktubdan görünür ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının 17 dekabr 2019-cu il tarixli 152 nömrəli sərəncamı ilə 15 aprel 2009-cu il təvəllüdlü X8 üzərində nənəsi İddiaçı qəyyum təyin olunmuşdur. Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən Sərəncamın ləğvi ilə bağlı heç bir sənəd qəbul edilməmişdir. İş materiallarında olan: Göygöl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış 15 aprel 2025-ci il tarixli 86/14-A.İ nömrəli məktubdan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli 2(040)-130/2014 saylı icra sənədi tələbkarın ərizəsi əsasında 09 aprel 2018-ci il tarixdə qərar qəbul olunaraq məhkəməyə geri qaytarılmışdır. Hal-hazırda şöbənin icraatında Kəlbəcər Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli 2(040)-130/2014 saylı icra sənədi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə”) 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 33.2-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 79.1-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76-78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının normal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə X4 birgə nikahından 15 aprel 2009-cu ildə doğulmuş və Göygöl Rayon İcra Hakimiyyəti başçısının 17 dekabr 2019-cu il tarixli 152 saylı sərəncamı ilə nənəsi İddiaçı qəyyumluğuna verilmiş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulmalı və tutulacaq aylıq alimentin miqdarı hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,6 (sıfır tam onda altı) misli həddində müəyyən edilməlidir. İddia qalan hissədə - 400x0,6=240 (iki yüz qırx) manatdan artıq olan aliment və mediasiya xərci tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin, hesab edir ki, 15 aprel 2009-cu ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli 2(040)-130/2014 saylı qətnaməsi ilə ata - Cavabdeh ana X4 xeyrinə tutulmalı olan aliment öhdəliyinə 30 aprel 2025-ci il tarixdən xitam verilməlidir. Məhkəmə, alimentin hesablanmağa başlanma vaxtı ilə bağlı hesab edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 31 yanvar 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə X4 birgə nikahından 15 aprel 2009-cu ildə doğulmuş və Göygöl Rayon İcra Hakimiyyəti başçısının 17 dekabr 2019-cu il tarixli 152 saylı sərəncamı ilə nənəsi İddiaçı qəyyumluğuna verilmiş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə, 31 yanvar 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,6 (sıfır tam onda altı) misli həddində sabit pul məbləğində aylıq aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. 15 aprel 2009-cu ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin 08 may 2014-cü il tarixli 2(040)-130/2014 saylı qətnaməsi ilə ata- Cavabdeh ana X4 xeyrinə tutulmalı olan aliment öhdəliyinə 30 aprel 2025-ci il tarixdən xitam verilsin. Qətnamənin aliment tutulması ilə bağlı hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar