Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-439/2025 21.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “uşaqların saxlanması üçün aliment tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16 fevral 2009-cu ildə doğulmuş X4 və 16 yanvar 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 22 may 2007-ci il tarixdə ailə qurmuş, birgə nikahdan 16 fevral 2009-cu il tarixdə Leyla və 16 yanvar 2011-ci ildə Rahib adında iki övladları doğulmuşdur. Aralarında olan narazılığa görə nikahları Kəlbəcər Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli 2(040)-499/2018 saylı qətnaməsi ilə pozulmuş və uşaqları onun himayəsində saxlanılmışdır. Həmin vaxt aliment tələbi olmamışdır. Hazırda çətinliklə uşaqlarının maddi tələbatını ödəyir, maddi vəziyyəti olduqca ağırdır. O, uşağını həm maddi, həm də mənəvi tərəfdən özü təmin edir. Cavabdeh isə uşağı ilə maraqlanmır, onların maddi tələbatlarını ödəməkdə heç bir köməklik etmir. Cavabdeh uzun müddətdir ki, Azərbaycanda yaşamır, xarici ölkədə yaşayır. Aliment tələbi barədə ilkin olaraq mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 18 mart 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onun maddi imkanı aşağıdır. Uşaqlara baxmaqda çətinlik çəkir. Cavabdeh isə uşaqların anası olaraq uşaqlarla maraqlanmır, uşaqların saxlanmasına heç bir köməklik göstərmir. Hesab edir ki, cavabdeh uşaqlarına görə aliment ödəməli, uşağın saxlanılmasına kömək etməlidir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 fevral 2009cu il tarixdə verilmiş AZ-İİ № 220322 saylı doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır – hakimin qeydi) görünür ki, X4 16 fevral 2009-cu ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-İddiaçı, anası- X1r. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 fevral 2011ci il tarixdə verilmiş AZ-İİ № 595057 saylı doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır – hakimin qeydi) görünür ki, X5 16 yanvar 2011-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-İddiaçı, anası- X1r. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 avqust 2018-ci il tarixli 2(040)-499/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh X3 arasında 22 may 2007-ci il tarixdə Kəlbəcər rayon VVADQ şöbəsi tərəfindən 128 nömrə ilə qeydə alınmaqla bağlanmış nikahın pozulması, tərəflər arasında olan nikah pozulduqdan (boşanmadan) sonra, tərəflərin birgə nikahından 16 fevral 2009cu ildə doğulmuş X4 və 16 yanvar 2011-ci ildə doğulmuş X2 ataları - İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya təşkilatının mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00185) X6 tərəfindən verilmiş 01 fevral 2025-ci il tarixli MŞG/1/MT007/2025-00118 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonrakı mətndə: “Konstitusiya”) 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Konstitusiyanın 34-cü maddəsinin dördüncü (İV) hissəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: “Ailə Məcəlləsi”) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəticə olaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, cavabdehin maddi və ailə vəziyyəti, gəlirləri, əmlak vəziyyəti, həmçinin, cavabdehdən alimentin tutulması üçün əsas ola biləcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdehdən alimentin tutulması mümkünsüzdür. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-439/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-439/2025
21.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver